Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İran 120 minlik ordu ilə kimə meydan oxuyur?
İran 120 minlik ordu ilə kimə meydan oxuyur?Dünən, 09:22 |
Düşünürəm ki, 2025-ci ildə Trampın atacağı ilk addımlardan biri də İranla bağlı olacaq. Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov SEPAH-ın 120 minlik şəxsi heyətlə genişmiqyaslı hərbi təlimlərinin Donald Trampın 20 yanvarda keçiriləcək andiçmə mərasiminə qədər davam etməsinin ABŞ-a mesaj olması haqda şərhlərə münasibət bildirərkən deyib. Hərbi ekspert bildirib ki, İran zaman-zaman belə bleflər edib: “Bu təlimlər də hədə-qorxu xarakterlidir. Lakin bu mövzuda İranın məqsədlərinə çatacağını düşünmürəm. Çünki İran özü də bilir ki, nə Amerika, nə də Fransa ilə ayaqlaşa bilər. İndiki halda İran anlayır ki, ABŞ-da Donald Trampın prezidentlik vəzifəsini icra etdiyi dönəmdə ərazisinə mütləq zərbə endiriləcək. Bu, bir ay tez və ya beş ay gec ola bilər. Qeyd edim ki, Trampın bu tip hədə-qorxulardan çəkinəcəyini düşünmürəm. Əksinə, SEPAH-ın meydan oxuyan təlimi Trampın qərarını tezləşdirə bilər”. Üzeyr Cəfərov əlavə edib ki, artıq İranın blefləri ciddiyə alınmır: “İran ordusunun zəif olduğunu düşünmürəm. Ancaq ötən il İranın sabiq prezidenti İbrahim Rəisinin helikopteri qəzaya uğradı, 10 saat yerini təsbit edə bilmədilər. Axırda Türkiyə PUA-sı köməyə gəldi. Daha sonra, HƏMAS lideri İsmayıl Haniyə İranda sui-qəsd nəticəsində öldürüldü və İran bunun qarşısını ala və ya cavabını verə bilmədi. Ona görə də hesab edirəm ki, İranın hərbi və təhlükəsizlik məsələsində ciddi zəiflikləri var”. Geri qayıt |