Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Sanksiya hesabına milyardlar qazanırıq: KTMT-dən çıxsaq…
Sanksiya hesabına milyardlar qazanırıq: KTMT-dən çıxsaq…5-01-2025, 08:30 |
Nikol Paşinyana xidmət edən oliqarxlar Rusiyaya tətbiq edilən sanksiyalar hesabına milyardlar qazanır. Bu halda Nikol Paşinyan Ermənistanı KTMT-dən necə çıxara bilər? Axı KTMT-dən çıxmaq Ermənistanı Aİİ-dən də avtomatik olaraq kənarda qoyacaq. Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Qriqor Balasanyan yerli mediaya müsahibəsində deyib. “Mən Paşinyanın KTMT-dən çıxacağı fikrindən uzağam. Çünki bu addımın ardınca Aİİ-dən çıxmaq məsələsi dərhal gündəmə gətiriləcək. Aİİ-dən çıxmaq isə Ermənistanın maliyyə axınlarından məhrum olması deməkdir”, - o bildirib. Balasanyanın sözlərinə görə, Rusiyaya sanksiyalar Ermənistana külli miqdarda pul qazandırır: “Ermənistanın nəhəng oliqarx dairəsi Aİİ-nin idxal-ixrac imkanları, o cümlədən qızılın idxalı və ixracı hesabına nəhəng maliyyə axınları alır. Aİİ-dən çıxmaq Ermənistan üçün böyük bir bazarı itirmək deməkdir. Buraya atom elektrik stansiyası və qaz məsələsi də əlavə olunacaq. Biz bütün bunlarla necə qarşılaşacağıq?” Geri qayıt |