Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyan Lukaşenkoya ictimai sillə vurdu
Paşinyan Lukaşenkoya ictimai sillə vurduDünən, 09:38 |
Ermənistanın Baş naziri Nikol Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenkoya ictimai sillə vurdu. Axar.az xəbər verir ki, bu barədə Belarusun keçmiş mədəniyyət naziri Pavel Latuşka sosial şəbəkə səhifəsində yazıb. “Bu o vaxt baş verir ki, sən hər şeylə razılaşan saray əyanlarının mühitində olmursan", - o bildirib. Qeyd edək ki, Paşinyanla Lukaşenko Aİİ sammitində mübahisə ediblər. Paşinyan Minskdə keçiriləcək iclasa onlayn qoşulacağını bildirəndə Lukaşenko buna etiraz etmişdi, Nikol Paşinyan isə “bəyanatının qüvvədə olduğunu” demişdi. N.Paşinyan bundan əvvəl Lukaşenkonun prezidentliyi müddətində Ermənistanın heç bir rəsmisinin Minskə səfər etməyəcəyi haqda bəyanatla çıxış etmişdi. Erməni baş nazir 26 dekabrda Peterburqda keçirilən sammitə də “kovidə yoluxduğu” bəhanəsi ilə onlayn qoşulmuşdu. Geri qayıt |