Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib
Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edibDünən, 15:52 |
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan ictimai fəal Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib. Gununsesi.info xəbər verir ki, əslən Göyçə mahalından olan Hacıyev İcmanın tanınmış simaları – Əhliman Əmiraslanov, Misir Mərdanov və digərlərindən onun hüquqlarına dəstək olmağı xahiş edib. Hacıyev müraciətində yazıb ki, Ermənistan hökumətini Qərbi Azərbaycandan olan insanların qayıdış hüququnu tanımasına çalışan İcma onun da əsas hüquqlarına biganə qalmamasını xahiş edib. Hacıyev, həmçinin ittiham aktında ondan tələb olunan zərəri ödəməsi üçün imkanlı soydaşlarının ona dəstək olmasını da xahiş edib. Geri qayıt |