Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bir düz bütün səhvləri aparır: Zəngəzur həqiqətləri, İrəvan nağılları
Bir düz bütün səhvləri aparır: Zəngəzur həqiqətləri, İrəvan nağıllarıDünən, 15:07 |
Azərbaycan hakimiyyəti azərbaycanlıların Zəngəzura, İrəvana və digər tarixi Azərbaycan torpaqlarına qayıtmaq hüququ ilə bağlı beynəlxalq ictimaiyyət qarşısında məsələlər qaldırır. Bu isə, fırıldaqçılıqla tarixi faktları təkzib etməyə və ya təhrif etməyə çalışan erməni ekspertlərində nəzərəçarpacaq əsəbilik yaradır. Belə ki, tarix elmləri namizədi Mikael Malxasyan təhrif olunmuş tarixi faktlara müraciət edərək, azərbaycanlıların Qərbi Azərbaycana qayıtması tələbinin tamamilə əsassız olduğunu iddia edib. Onun fikrincə, 1604-cü ildə Səfəvi şahı Birinci Abbasın əmri ilə indiki Ermənistanın ərazisindən 600 minədək erməni zorla köçürülüb. “Nəticədə Şərqi Ermənistan ərazilərinin əhəmiyyətli bir hissəsi boşaldı və burada müxtəlif müsəlman mənşəli tayfalar məskunlaşdı”, - deyə o sərsəmləyib. Bu, həqiqətən belə idi? Həmin hadisələrin şahidi olan erməni tarixçisi Arakel Davrijetsi qeyd edib ki, İrana ermənilərlə yanaşı müsəlmanlar və yəhudilər də köçürülüb. Onun sözlərinə görə, Şah Abbasın əmri ilə yerli əhali yerində qalıb, gəlmələr köçürülüb. Deməli, bu ərazidə hələ də müsəlmanlar, yəni azərbaycanlılar yaşayırdılar və şahın əmri ilə gəlmələr, yəni ermənilər köçürülüb. Bundan başqa, erməni tarixçi iddia edir ki, “heç bir topluda, XIX əsrə aid hesabatda və ya digər oxşar sənəddə “azərbaycanlı” etnonimi qeyd olunmur və Ermənistanın indiki ərazisində yaşayan bütün müsəlmanları - istər şiələri, istərsə də sünniləri Azərbaycanda “azərbacyanlı” adı altında birləşdirirlər, baxmayaraq ki, belə etnik mənşəyə malik olmayıblar. Bu yerdə Malxasyana tarixi mənbələri diqqətlə işləməyi tövsiyə edirik. Məsələn, rus diplomatı Aleksandr Qriboyedov 19-cu əsrin əvvəllərində “azərbaycanlı” anlayışına işarə edib. 1827-ci ilin dekabrında o yazırdı: “Aderbidjan xalqını qəzəbdən saxlamaq üçün...” (http://feb-web.ru/feb/griboed/texts/varia/mjas_40.htm#@04). Beləcə Qriboyedov təsdiq edir ki, 19-cu əsrin əvvəllərində etnik məna daşıyan “azərbaycanlı” anlayışı mövcud idi. Ermənistanın indiki paytaxtının - İrəvan şəhərinin tarixinə gəlincə, Malxasyan cəfəngiyyatla danışır ki, orada heç vaxt böyük azərbaycanlı məhəllələri olmayıb. Müxtəlif vaxtlarda İrəvanda olmuş avropalı səyyahlar Jan Tavernye, Jan Şarden, Kerr-Porter, Ceyms Morye, Montper, Kameron, Linç və başqaları şəhərin dörd məhəllədən - Qala, Şəhər (Şəhri), Təpəbaşı və Dəmirbulaqdan ibarət olduğunu əsaslandırırdılar. Eyni zamanda, ermənilərin sayca az olduqlarına görə yalnız şəhərətrafı kəndlərdə yaşadıqlarını qeyd ediblər. 20-ci əsrin 30-40-cı illərində İrəvanın azərbaycanlı məhəllələri hələ də mövcud idi. Ermənilər XIX əsrin əvvəllərində İrəvana köçürüldükləri üçün onların məhəllələri Azərbaycan məhəllələri ətrafında bir halqada yerləşirdi. 50-60-cı illərdə azərbaycanlıların kompakt yaşadıqları məhəllələr, onların qəbiristanlıqları yeni tikililər tikmək adı ilə yerlə-yeksan edilib. Bu faktlara məhəl qoymayan Malxasyan iddia edir ki, 1979-cu il siyahıyaalınmasına əsasən, Sovet Ermənistanında 160 min azərbaycanlı yaşayırdı. Beləliklə, o, iddia edir ki, Azərbaycan hakimiyyətinin Ermənistandan qovulan azərbaycanlıların sayı ilə bağlı açıqladığı rəqəmlər şişirdilmiş və əsassızdır. “Tarix mütəxəssisi” Malxasyan xatırlamalı və unutmamalıdır ki, 1948-1953-cü illərdə Ermənistandan 150 mindən çox, 1988-1991-ci illərdə isə 200 minə yaxın azərbaycanlı deportasiya edilib. Bu səbəbdən də bu gün Azərbaycan xalqı haqlı olaraq Zəngəzura, İrəvana və digər tarixi Azərbaycan torpaqlarına qayıtmaq hüququ ilə bağlı məsələ qaldırır. Bu hüquq beynəlxalq konvensiyalarda təsbit olunub və bir gün azərbaycanlılar Qərbi Azərbaycanda öz evlərinə qayıdacaqlar. AYNA.AZ Geri qayıt |