Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Təzə 3 qəpiyi buraxmaq... MADDİ MARAQ baxımından da SƏRF ETMİR

Təzə 3 qəpiyi buraxmaq... MADDİ MARAQ baxımından da SƏRF ETMİR


Bu gün, 15:39
Təzə 3 qəpiyi buraxmaq... MADDİ MARAQ baxımından da SƏRF ETMİR
Xəbər verdiyimiz kimi, Mərkəzi Bank tərəfindən yenilənən 3 qəpiklik metal pul nişanları tədavülə buraxılıb.
Yeniavaz.com xəbər verir ki, çəkisi 3,45 qram, diametri 18 mm olan 3 qəpiyin tərkibi mislə örtülmüş poladdan ibarətdir.
3 qəpiyin hansı ölkədə hazırlandığı və Azərbaycana nə vaxt gətirildiyi barədə Mərkəzi Bankdan məlumat verilmir.
Lakin açıqlanan digər rəsmi məlumatlar göstərir ki, bu ilin ilk 11 ayı ərzində Azərbaycana Türkiyə və Almaniyadan ölkə daxilində mübadilə vasitəsi kimi istifadə edilən 168 min 906,5 kiloqram pul vahidləri – sikkələr (Gömrük kodu 711890) gətirilib. Ölkəyə gətirilən sikkələrin gömrük dəyəri 2 milyon 513 min dollar olub. Bu isə o deməkdir ki, Türkiyə və Almaniyadan gətirilən sikkələrin 1 qramının orta gömrük dəyəri 2,5 qəpik olub.
Qeyd edək ki, Mərkəzi Bank bu ilin əvvəlində dövriyyəyə yenilənmiş 1 qəpiklik metal pul nişanları da buraxıb. Bu il dövriyyəyə buraxılan 1 və 3 qəpik nominallı metal pul nişanlarının orta çəkisi 3,1 qram təşkil edir.
Xatırladaq ki, Azərbaycanda dövriyyədə olan sikkələrin sifarişçisi Mərkəzi Bankdır. Mərkəzi Bank sikkələrin maya dəyərinin nə qədər olduğunu açıqlamır. Yazıda qeyd olunan qiymətlər Dövlət Gömrük Komitəsi və Dövlət Statistika Komitəsinin açıqladığı idxal göstəricilərinə istinadən hesablanıb və sikkələrin orta gömrük dəyərini göstərir.

Geri qayıt