Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi...

Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi...


Bu gün, 08:30
Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi...
Naxçıvanda pərakəndə ticarət dövriyyəsi Azərbaycandakı ümumi göstəricidən təxminən 3 dəfə aşağıdır. Rəsmi rəqəmlərə əsasən bu nəticəyə gəlmək olar. Bu fərqin bir səbəbi kimi yerli əhalinin alıcılıq qabiliyyətinin ölkə üzrə orta göstəricidən xeyli zəif olması göstərilə bilər. Digər bir səbəb isə Naxçıvandakı əhalinin rəsmi statistikası ilə real rəqəmlər arasındakı kəskin fərqdir. Bundan əlavə, ticarət dövriyyəsinin vergidən yayınmaq məqsədilə aşağı göstərilməsi də mümkündür. Bəs, sizcə, əsas səbəb nədir?
Pərakəndə ticarət dövriyyəsinə qida məhsulları, içkilər, tütün məmulatı və qeyiri-qida məhsullarıını satışı daxildir. Azərbaycanın ümumi göztəriciləri ilə müqayisədə ən çox fərq qida məhsullarının alışındadır.
Yerli Statistika Komitəsinin məlumatına görə, bu il Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 1 milyard manatdan bir qədər artıq olub. Rəsmi rəqəmlərə əsasən, əhalisi 460 min nəfər olan muxtar respublikada bu, adambaşına təxminən 2 min 174 manat təşkil edir.
10 milyon əhalisi olan Azərbaycanda isə ümumi pərakəndə ticarət dövriyyəsi 55 milyard manatdan çox olub ki, bu da adambaşına təxminən 5 min 500 manat edir.

"Gündəlik Naxçıvan"

Geri qayıt