Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı
Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldıDünən, 14:48 |
Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi, polkovnik Rəşad Zalov vəzifəsindən azad edilib. Bakupost.az -ın xəbərinə görə, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov müvafiq əmr imzalayıb. R.Zalovun təqaüdə göndərildiyi bildirilir. Qeyd edək ki, https://customs.gov.az saytında Rəşad Zalovla bağlı məlumatlar da götürülüb. Rəşad Zalov 18 mart 1980-ci ildə anadan olub. 1996-cı ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. O, Azərbaycan Respublikası daxili işlər nazirinin sabiq müavini (1998–2022), polis general-leytenantı Oruc Zalovun oğludur. Geri qayıt |