Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycanda general vəzifəsindən AZAD EDİLDİ

Azərbaycanda general vəzifəsindən AZAD EDİLDİ


Bu gün, 11:36
Azərbaycanda general vəzifəsindən AZAD EDİLDİ
Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu Komandanının birinci müavini-Qərargah rəisi general-leytenant Fazil Ağalarov vəzifəsindən azad edilib.

"DİA-AZ" xəbər verir ki, məlumatı "qafqazinfo" saytı yayıb.

Məlumata görə, general Ağalarov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

General-leytenantın yerinə hələ ki, təyinat yoxdur.

Qeyd edək ki, hazırda Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidovdur. Fazil Ağalarov uzun illər sabiq komandan general-polkovnik Kərəm Mustafayevin də müavini işləyib.

Geri qayıt