Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycandakı bəzi səfirlər diplomatik deyil, siyasi fəaliyyətlə məşğul olmağa başlayıb
Azərbaycandakı bəzi səfirlər diplomatik deyil, siyasi fəaliyyətlə məşğul olmağa başlayıbBu gün, 11:23 |
Azərbaycan prezidentinin öz müsahibəsində ölkənin daxili və xarici siyasəti, gələcək sülh müqaviləsi ilə bağlı verdiyi mesajlar hər kəs üçün "yol xəritəsi"dir. “Report” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin dekabrın 20-də keçirilən plenar iclasında çıxışı zamanı deyib. O qeyd edib ki, son zamanlar Azərbaycandakı bəzi səfirlər diplomatik deyil, siyasi fəaliyyətlə məşğul olmağa başlayıblar: “Onlar sosial şəbəkələrdə müxtəlif bəyanatlarla çıxış edirlər. Fransanın Azərbaycandakı səfiri də özünü səfir kimi aparmır. Bu cür məqamlara ciddi cavab vermək vacibdir”. Geri qayıt |