Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış
Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmışDünən, 18:06 |
Əvvəllər Azərbaycanın Livan və Misirdəki səfirliklərində işləmiş keçmiş diplomat Ramiz Vəliyevin həbs edildiyinə dair xəbərlər yayılıb. Buna səbəb kimi onun dövlətə qarşı təxribat xarakterli kampaniyada iştirak etməsi olub. Ramiz Vəliyevin sabiq xarici işlər naziri Elmar Məmmədyarovun dövründə də diplomat kimi işlədiyini nəzərə alaraq, onun bu hadisəyə münasibətini öyrənməyə çalışdıq. Elmar Məmmədyarov Modern.az-a açıqlamasında Ramiz Vəliyevi vaxtilə Xarici İşlər Nazirliyi (XİN) sistemindən kənarlaşdırdığını deyib: “Vaxtilə müvafiq əmrlə onu Xarici İşlər Nazirliyindən mən uzaqlaşdırmışdım. Amma olayı tam xatırlamıram. Onun sonrakı taleyinin necə olduğunu XİN-dən öyrənin. Düzünü deyim ki, onu şəxsən də xatırlamıram. Yalan niyə danışım”. Mediada yayılan məlumata görə, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində məsul vəzifələrdə çalışmış Ramiz Vəliyevin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə törədilmiş əməllərdə şübhəli bilindiyi məlum olub. Belə ki, onun öz xidməti vəzifələrindən irəli gələn əlaqə və informasiyalara malik olmaqla, diplomatik fəaliyyətdən kənar gizli əməllərlə də məşğul olduğunu ehtimal etməyə əsaslar yaranıb. Məlumata görə, dövlət əleyhinə kampaniya apardığına görə həbs edilmiş Ramiz Vəliyev barəsində Səbail rayon Məhkəməsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Geri qayıt |