Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Vergi borcu olan şirkət 12 milyonluq tenderin qalibi olub
Vergi borcu olan şirkət 12 milyonluq tenderin qalibi olubBu gün, 13:03 |
“Tikilməkdə olan Obyektlərin Müdiriyyəti” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 11 milyon 843 min 596 manat 64 qəpik olan tender müsabiqəsinin qalibi “Teymur-M” MMC (VÖEN- 2000552081) olub. Qeyd edək ki, tenderin qalibi olan “Teymur-M” MMC Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağında qəza vəziyyətinin aradan qaldırılması tədbirlərini həyata keçirəcək. Nizamnamə kapitalı 20 manat olan “Teymur-M” MMC-nin hüquqi ünvanı Xətai rayonu, Neapol, ev 9, m. 30-da yerləşir. MMC-nin qanuni təmsilçisi Vəliyev Saday Rəhim oğludur. Onu da bildirək ki, 11,8 milyon manatlıq tender müsabiqəsinin qalibi olan “Teymur-M” MMC-nin hazırda dövlət büdcəsinə 25 min 651 manat 29 qəpik vergi borcu var. Geri qayıt |