Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Biz Paşinyanla deyil, Ermənistanla sülh müqaviləsi imzalamalıyıq

Biz Paşinyanla deyil, Ermənistanla sülh müqaviləsi imzalamalıyıq


Bu gün, 09:52
Biz Paşinyanla deyil, Ermənistanla sülh müqaviləsi imzalamalıyıq
"Azərbaycan tərəfi Baş nazir Nikol Paşinyanla deyil, Ermənistan dövləti ilə sülh müqaviləsi imzalayacaq".
Bu barədə siyasi şərhçi İlyas Hüseynov deyib. Ekspert bildirib ki, Nikol Paşinyan hazırda öz komandası ilə birlikdə Ermənistanda hakimiyyət başındadır. Ancaq gələcəkdə Paşinyan və komandası hakimiyyətdə olmayacaq: "Yeni hakimiyyət indiki Ermənistan Konstitusiyasını əsas götürərək yeni müharibə dalğasını, müharibəni, silahlanmanı başlada, özünə tərəfdarlar toplaya bilər.

Bu da Cənubi Qafqazda yenidən böyük bir müharibənin başlanması deməkdir. Əsas risk budur. Sosial şəbəkədə ermənilərin davranışlarını, yanaşmalarını izləyirik. Məsələn, deyək ki, işğaldan azad edilmiş ərazilərimizdə bədbəxt hadisə baş verir, mina terroru yaşanır, hərbi, yaxud mülki vətəndaşımız həyatını, sağlamlığını itirir. Ermənilər bunu bayram edirlər. Ona görə də bizə maraqlıdır ki, erməni toplumu həqiqətən sülh istəyirmi? Bunu yoxlamaq üçün, daha doğrusu, test etmək üçün ən gözəl nümunə referendumun keçirilməsidir. O zaman biləcəyik ki, erməni ictimaiyyətinin neçə faizi Azərbaycanla sülhə, sabitliyə tərəfdardır. Bilək ki, erməni cəmiyyətində revanş əhvali-ruhiyyəsi varmı? Ermənistan hakimiyyəti ilk növbədə bunu həyata keçirməlidir".
İ.Hüseynov əlavə edib ki, Paşinyan düşünür ki, əgər Konstitusiya dəyişikliyinə gedərsə, ayrı-ayrı güc mərkəzlərinin Ermənistana müdaxiləsi reallaşa bilər:
"Bu da Paşinyanın özünə qarşı əhvali-ruhiyyəni gücləndirər. Ona görə də hiyləgərcəsinə planlar qurur. Paşinyan referendumu 2027-ci ilə yubatmaqla ora avrointeqrasiya məsələsini də salıb. Bunu da öz hakimiyyəti naminə etməyi düşünür. Nəzərə alaq ki, 2026-cı ildə Ermənistanda parlament seçkisi keçiriləcək. Paşinyan həmin seçkidə qələbə qazanaraq hakimiyyətini möhkəmləndirmək və sonra referenduma getmək niyyəti güdür. Həm də bir çox regionda baş verən münaqişələrin hansı sonluqla bitəcəyini gözləyir".

Geri qayıt