Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Nəhayət, bir şikayətə QULAQ VERƏN TAPILDI...

Nəhayət, bir şikayətə QULAQ VERƏN TAPILDI...


9-12-2024, 12:15
Nəhayət, bir şikayətə QULAQ VERƏN TAPILDI...
"Uzun illər ərzində ölkənin hasilat sektorunda apardığımız monitorinq və qiymətləndirmələr, işçilərdən daxil olan ərizə və şikayətlərin araşdırılması zamanı SOCAR sahə üzrə məsul şəxs (qurum) tərəfindən "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunun maddə 7.13. (Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır.) Maddə 10.1. (Vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.) , Azərbaycan Respublikasının Konstitutsiyası Maddə 57. 2 .(Müraciət etmək hüququ ) pozulduğunu müşahidə edirik. Və təssüflər olsun ki,bu qanun pozuntularına görə hələ heç bir vəzifəli şəxs cəzalanmayıb..." "DİA-AZ" bildirir ki, bunu öz açıqlamasında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı qeyd edib.

"Və bunu da müşahidə etdik..." deyə yeni bir məsələyə diqqət çəkən M.Qəhrəmanlı nəhayətdə edilən müraciətlərdən birinə reaksiya verildiyini diqqətə çatdırıb. Hüquq müdafiəçisi deyib:

"Lakin yuxarıda qeyd olunanlara rəğmən təşkilata (NHMT nəzərdə tutulur -red.) daxil olan və müsbət hal kimi qiymətləndirilə bilən,bir məlumatı da qeyd etməyi vacib hesab etdik.

Belə ki, təşkilata daxil olan məlumata əsasən, SOCAR Azneft İB 1 saylı İNMXTİ-nin kran maşinisti tərəfindən SOCAR Prezidenti cənab Rövşən Nəcəfə yazılmış 29.09.2024-cü il tarixli ərizəsinə əsasən İB-nin müvafiq komissiyası tərəfindən şikayətçinin - özünün iştirakı ilə 07.10.2024-cü il tarixində yerində araşdırma aparılmışdır...

Nəticədə Azneft” İB-nin “İcra intizamının gücləndirilməsi haqqında” 29.11.2024-cü il tarixli, 14-2-1/3-1İ-513/2024 nömrəli əmrinə əsasən bir neçə vəzifəli şəxs cəzalandırılmışdır..."

Geri qayıt