Əsas Səhifə > Ana xəbər / Güney Press > “Azerconnect”də yeni təyinat
“Azerconnect”də yeni təyinat2-12-2024, 16:19 |
![]() “Azerconnect” MMC-yə HR İdarəetmə və Layihələr Qrupu Direktoru təyin edilib. Banker.az xəbər verir ki, bu vəzifəyə təyin edilən Seymur Əhmədovdur. O, 2022-ci ilin yanvarından indiyə kimi “Avrora Group”da İnsan Resursları üzrə Baş Mütəxəssis kimi çalışıb. Seymur Əhmədov 2009-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq İqtisadi Münasibətlər” üzrə bakalavr dərəcəsi, 2014-2016-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində MBA – Maliyyə üzrə magistr dərəcəsi alıb. Geri qayıt |