Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Hacıbala Abutalıbov yağış sularına təslim olan Bakıdan danışmaq istəmədi

Hacıbala Abutalıbov yağış sularına təslim olan Bakıdan danışmaq istəmədi


1-11-2024, 14:29
Hacıbala Abutalıbov yağış sularına təslim olan Bakıdan danışmaq istəmədi
Bir müddət öncə Bakıya yağan aramsız yağışlar nəticəsində Bakının kanalizasiya sistemi insanların müzakirə və tənqid obyektinə çevrilmişdi. Sözügedən hadisələr zamanı ən çox tənqid və müzakirə olunan şəxs isə Bakının sabiq icra baçısı Hacıbala Abutalıbov idi. Sosial şəbəkə istifadəçiləri sabiq meri sərt tənqid edərək bütün baş verənlərdə onu günahlandırırdı.

"DİA-AZ" xəbər verir ki, manset.az məsələ ilə bağlı Hacıbala Abutalıbov ilə əlaqə saxlayıb. O əvvəlcə Bakının yağış suları barədə və COP29-a hazırlıq mərhələsi ilə bağlı danışmaq istəsə də, sonradan müəmmalı şəkildə bundan imtina edib:

"Bakımız günü-gündən gözəlləşir. COP29-a möhtəşəm hazırlıqlar görülür. Hətta nəinki Bakıda, ümumən bütün ölkəmizdə COP29-la bağlı təntənəli hazırlıq işləri aparılır. Bakı haqqında isə mən heç nə deməyəcəm” - deyərək Hacıbala Abutalıbov telefonu söndürüb.

Geri qayıt