Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İcra başçının müavini övladımın əlimdən alınmasını istəyir
İcra başçının müavini övladımın əlimdən alınmasını istəyir1-11-2024, 13:30 |
“Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini, Qəyyumluq və Himayəçilik Komissiyasının sədri Sevinc Süleymanova ölkənin qalmaqallı ailəsi kimi tanınan Fərid İsmayılov və onun atası Rauf İsmayılov ilə iş birliyinə girərək, övladımı əlimdən almaq istəyir. Sevinc Süleymanova bilə-bilə məhkəməyə yalan məlumat verib. Bununla o, məsuliyyət daşıyır. Mən adiyyatı qurumlardan bu şəxsin məsuliyyətə cəlb olunmasını tələb edəcəyəm”. Bunu Gununsesi.info-ya müraciət edən Bakı şəhər sakini Ayşən İsmaylova deyib. Ayşən İsmayılova bildirib ki, uzun illərdir həyat yoldaşının onu döyməsi, işgəncə verməsi faktlarından cana yığıldığı üçün nigahını ləğv edir: “Ancaq ərim Fərid bunu istəmədiyi üçün məni şantaj edir. Onların ailəsi Azərbaycanda ən qalmqallı ailə kimi tanınır. Bunu mən iddia etmirəm. Google axtarış sistemində kifayyət qədər məlumatlar var. Məni şərə salıblar. Öz əməllərini mənim üstümə atırlar. İndi boşanıram deyə guya uşağı tələb edirlər. Halbuki, uşaq onun marağında deyil. O başqa həyat yaşayan adamdır. Sevinc Süleymanova isə iddia edir ki, guya mən boşananda uşağa baxa bilməyəcəyəm. Mən hazırda işləyirəm. Atam, anam çalışır. Bizim imkanımız olmasa uşağı illiyi 7 min manat olan liseydə oxuda bilməzdik. Adam neçə aydır ki, övladı haqqında maraqlanmır. Amma Sevinc Süleymanova kimiləri onu müdafiə edir”. Geri qayıt |