“PAŞA Sığorta” ASC-nin Baş risk inzibatçısı təyin edilib.
Banker.az xəbər verir ki, bu, Nicat Rəsulovdur. O, dekabrdan etibarən müvafiq vəzifələrin icrasına başlayır. Hazırda bu vəzifədə olan şəxslər həmçinin şirkətin İdarə Heyətində də təmsil olunur.
Nicat Rəsulov peşəkar karyerasına müxtəlif banklarda başlayıb, uzun illər “Kapital Bank” ASC-də çalışmışdır. Burada o, 2013-cü ildən etibarən bir sıra rəhbər vəzifələrdə fəaliyyət göstərmiş, 2023-cü ildən isə Kredit Riskləri və informasiya təhlükəsizliyi üzrə departamentinin rəhbəri kimi çalışıb. Bundan əvvəl o, “Unibank” ASC və “Bank VTB (Azərbaycan)” ASC-də korporativ və pərakəndə kredit riskləri üzrə idarəçilik etmiş, həmçinin “PASHA Bank”da maliyyə və kredit analitiki kimi fəaliyyət göstərib.
Nicat Rəsulov İstanbul Universitetində biznes idarəçiliyi üzrə bakalavr dərəcəsini alıb, İngiltərənin Lester Universitetində bankçılıq və maliyyə üzrə magistr pilləsini bitirib.









