“Rusiyanın vəzifədə qalan mehdiyevçilərlə iş aparacağı gözləniləndir” .....                     “Toyda oxuyub pul qazanmısan, utanmaz-utanmaz fəxri ad istəyirsən, get vergini ödə” .....                     Zəngəzur dəhlizi 2026-da işə düşür, Avropa gecikərsə... .....                     Gürcüstana yağ daşıyan Rusiya tankeri Türkiyə sahilləri yaxınlığında hücuma məruz qalıb .....                     Nazir iki idarə rəisini vəzifəsindən azad etdi .....                     Mehdiyev İbrahimbəyovu niyə Həsənli ilə əvəz edib? .....                     Ermənistan hələ də Aİ-nin "qara siyahı"sındadır .....                     Bu gün Tale Heydərov üçün həlledici məhkəmədir .....                     Adil Qeybulladan qorxunc proqnoz .....                     Bakıda yeniyetməni döyüb videoya çəkərək şantaj etdi .....                     Xalq artisti Mehriban Xanlarovanın MÜDAFİƏSİNƏ QALXDI .....                     “İçkili idim, əldə etdiyim qızılları lombarda verdim” .....                     Mehdiyevlərin Bank BTB-si batır .....                     Şərurda qalmaqal: Məktəb direktoru ondan narazı olan müəllimlərə qarşı... .....                     Tramp Madurodan Venesuelanı tərk etməsini tələb edib .....                     Buralar yenə də zibilxanaya çevrilir: HARA BAXIRSINIZ? .....                     Kərimovun qohumunun şirkəti barədə protokol tərtib edildi .....                     İcra başçıları Ramiz Mehdiyevə görə DİNDİRİLİB? .....                     Kəmaləddin Heydərovun 6 müavini qaldı .....                     Mingəçevir Heydər Əliyev Mərkəzinə yeni rəhbər təyin olundu .....                     Əli Kərimli təkadamlıq kamerada saxlanılır .....                     Tiflisdən Zəngəzur həmləsi .....                     Bir sıra məktəblərdə 9,2 milyon manata təmir və abadlıq işləri görəcək .....                     Bakı-Tehran münasibətlərində nisbi sabitlikdir .....                     İrəvan mühüm tarix açıqladı: gələn martda... .....                     Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə hökm oxunub .....                     Psixiatriya Xəstəxanasında pasiyentin döyülməsi iddiasını polis araşdırır .....                     Əmək haqqılarının ödənilməsi qaydaları... .....                     Banklardan yeni dollar fırıldağı .....                     ABB müştərilərinə zəmanət verə bilmir... .....                     Azərbaycanın sabiq naziri vəfat etdi .....                     Mehdiyev-Kərimli birliyi: Daha kimlər həbsə gedəcək... .....                     BİRBANK'ın absurd TƏHLÜKƏSİZLİK TƏDBİRİ .....                     "Bravo"da polietilen torbalar bahalaşdı .....                     Tramp Maduroya VAXT QOYUBMUŞ .....                     Fərəh Əliyeva əməlli-başlı dəstə qurubmuş .....                     Uduşu verə bilməyəcəkdinizsə... .....                     Polşaya "Abrams" tanklarının növbəti partiyası çatdırılıb .....                     İsmayıllıda Əfqan Qəribov adlı kabus... .....                     “Əli Kərimli həbs olundu, biz artıq Türkmənistanıq” tezisi çürükdür .....                 

Bu gün Tale Heydərov üçün həlledici məhkəmədir - GƏLİŞMƏ...
Tarix: Bu gün, 11:03 | Çap et

Bakı Apellyasiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə Azərbaycan vətəndaşı Aygün Aydın qızı Mahmudovanın “Gilan” MMC-yə, holdinqin sahiblərindən olan Tale Kamaləddin oğlu Heydərova qarşı iddiasına baxılır.

Musavat.com xəbər verir ki, məhkəmə çəkişməsinin kökündə Heydərovların Aygün Mahmudovaya məxsus əmlakı almaq adı ilə zəbt etməsi dayanır.

Heydərovlar mülkə görə beh ödəyiblər. Lakin qalan məbləği ödəməkdən 17 ildən artıqdır ki, yayınırlar.

Mülk Bakının mərkəzində, Neftçilər prospekti 60 ünvanında yerləşir, dəyəri milyonlarla manatla ölçülür. 419 kvadratmetr torpaq sahəsi və içindəki 172,5 kvadratmetr əmlak 2008-ci ildə zəbt olunub və yerlə-bir edilib. Aygün Mahmudova 17 ildir ki, saxta sənədlərə əsasən ələ keçirilmiş torpaq sahəsi və əmlakının geri qaytarılması üçün mübarizə aparır. İddiaçı, bu gün, dekabrın 2-nə təyin olunan proseslə bağlı məhkəməyə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə vəsatət təqdim edib. Məqsəd “Gilan” MMC və onun aktivlərinin mümkün manipulyasiyalarla əldən çıxarılmasının qarşısını almaqdır.

“Gilan” MMC-nin direktoru saxta alqı-satqı müqaviləsi tərtib etdirib!

Aygün Mahmudova və ailəsi 2007-ci ildə “Gilan” MMC rəhbərliyi ilə özlərinə məxsus əmlakın satılması barədə razılığa gəliblər. Əmlak üçün beh alınıb və müqavilənin rəsmi təsdiqi gözlənilib. Lakin bundan sonra hadisələr tam fərqli istiqamətdə cərəyan edib. “Gilan” MMC rəhbərliyi sövdələşməni uzadıb, əmlak sahibləri ilə görüşlərdən yayınmağa başlayıb. 2009-cu ildə məlum olub ki, torpaq sahəsi şirkət tərəfindən zəbt edilib, Aygün Mahmudovaya məxsus tikili sökülüb və ərazidə inşaat işləri aparılır. Aygün Mahmudovaya sonradan bəlli olub ki, 28 yanvar 2008-ci ildə “Gilan” MMC-nin direktoru Cəmil Muradov rüşvət hesabına saxta alqı-satqı müqaviləsi tərtib etdirib. Bu sənəddə onun adından saxta etibarnamə əsasında Aidə Bayramova adlı şəxs imza atıb.

Saxta etibarnamə vermiş notarius öldürülüb!

Hadisənin daha dramatik tərəfi isə budur ki, saxta etibarnaməni verən notarius şikayətlərdən bir müddət sonra özünü güllələyib. Ailə iddia edir ki, o, əslində öldürülüb və işin üstü qısa zamanda ört-basdır edilib. Şikayətlər davam etdikcə ailə üzvlərinə qarşı təhdidlər artıb, lakin hüquq-mühafizə orqanlarından heç bir nəticə əldə olunmayıb.

Azərbaycanda bütün instansiya məhkəmələri “Gilan” MMC-nin xeyrinə qərarlar çıxardıqdan sonra Aygün Mahmudova ailəsi Avropa Məhkəməsinə şikayət edib.

Azərbaycan məhkəmələrinin qanunsuz qərarları ləğv olunub!

AİHM 18 yanvar 2024-cü ildə qərar verib ki, Aygün Mahmudovanın bütün hüquqları saxta sənədlər və cinayət tərkibli hərəkətlər nəticəsində aşkar şəkildə pozulub. Bu qərardan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 09.10.2024-cü il tarixli qərarı ilə əvvəlki bütün məhkəmə qərarlarını ləğv edib, işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib. Hazırda iş üzrə ən qalmaqallı epizodlardan biri “Gilan” MMC-nin 2025-ci ilin avqustunda məhkəməyə köhnə tarixli, nömrəsiz, qeydiyyatsız ödəniş tapşırığı təqdim etməsidir.

Mülkün sahibi bir kənarda qalıb, “Gilan” kimlərəsə pul ödədiyini iddia edir!

Şirkət iddia edir ki, guya 25 yanvar 2008-ci ildə, 26 yanvar 2008-ci il tarixli müqaviləyə əsasən, Aygün Mahmudovanın əmlakı üçün Aidə Bayramova ilə birlikdə yaşayan Cabir Zayidova 1 milyon 300 min dollar verilib. Aygün Mahmudovanın vəkilləri isə bunu tam absurd və saxta sənəd adlandırır. Deyirlər ki, Aygün Mahmudovaya məxsus olan, dəyəri ödənmədən onun əlindən alınan halal əmlakı bu illər ərzində əldən-ələ keçirilib. Rəsmi dövlət qurumlarının məktublarına əsasən, 2008 və 2022-ci illərdə əmlak “Gilan” MMC-nin adına keçirilib. 2023-cü ildə saxta aktla əmlak Tale Kəmaləddin oğlu Heydərovun adına keçirilib! 2024-cü ilin mayında isə Tale Kəmaləddin oğlu Heydərov əmlakı “Aypara” Development MMC-yə satıb. “Aypara” Development MMC-nin təsisçilərindən biri isə yenə də Tale Kəmaləddin oğlu Heydərovdur.

Tale Heydərov zəbt olunan torpağı addan-ada keçirir

Vəkillər bildirirlər ki, bu gün Aygün Mahmudovaya məxsus olan, ondan dəyəri ödənilmədən, saxta sənədlərlə alınan torpaq sahəsində “Crescent Residences” tikilib. Aygün Mahmudova bildirir ki, torpağı ilə bağlı addan-ada keçirilmələr ədalətli məhkəmə qərarının icrasından yayınmaq və əmlakı əlçatmaz vəziyyətə gətirməyə xidmət edir.

Aygün Mahmudova Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərrux Qasımova vəsatət təqdim etməklə Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinə əsaslanaraq aşağıdakı müvəqqəti təminat tədbirlərini tələb edir:

“Gilan” MMC-nin bütün əmlakına həbs qoyulsun.

Şirkətə aktivlərini azaltmaq üçün pul və maliyyə əməliyyatları aparmaq qadağan edilsin. “Aypara” Development MMC-nin adına keçirilmiş torpaq sahəsinə həbs qoyulsun. “Crescent Residences” üzrə hər hansı alqı-satqı qadağan edilsin. Eyni torpaq sahəsi üzrə bütün əqdlərin bağlanması dayandırılsın.

Həlledici proses 11-də başlayacaq!

Aygün Mahmudovanın vəkilləri bildirir ki, əgər bu tədbirlər görülməsə, əmlak yenidən müxtəlif formalarda gizlədilə bilər. Bu da AİHM qərarının icrasını mümkünsüz edəcək. İş artıq illərdir ki, Azərbaycan ictimaiyyətinin diqqətindədir. AİHM-in ağır ittihamlarla dolu qərarından sonra Bakı Apellyasiya Məhkəməsinin verəcəyi qərar xüsusi əhəmiyyət daşıyır.

Məhkəmə iclası 11:00-a təyin olunub. Məhkəmədən reportajı təqdim edəcəyik.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Rusiyanın vəzifədə qalan mehdiyevçilərlə iş aparacağı gözləniləndir” - ŞOK xəbərdarlıq
Bu gün, 11:38
“Toyda oxuyub pul qazanmısan, utanmaz-utanmaz fəxri ad istəyirsən, get vergini ödə” - QALMAQAL
Bu gün, 11:32
Zəngəzur dəhlizi 2026-da işə düşür, Avropa gecikərsə... - AKTUAL
Bu gün, 11:28
Gürcüstana yağ daşıyan Rusiya tankeri Türkiyə sahilləri yaxınlığında hücuma məruz qalıb
Bu gün, 11:26
Nazir iki idarə rəisini vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 11:18
Mehdiyev İbrahimbəyovu niyə Həsənli ilə əvəz edib? - ŞOK DETALLAR
Bu gün, 11:14
Ermənistan hələ də Aİ-nin "qara siyahı"sındadır
Bu gün, 11:10
Bu gün Tale Heydərov üçün həlledici məhkəmədir - GƏLİŞMƏ...
Bu gün, 11:03
Adil Qeybulladan qorxunc proqnoz - “Qrip pandemiyası olacaq, ölüm halları da arta bilər”
Bu gün, 10:57
Bakıda yeniyetməni döyüb videoya çəkərək şantaj etdi – QƏRAR
Bu gün, 10:56
Xalq artisti Mehriban Xanlarovanın MÜDAFİƏSİNƏ QALXDI - “Ayıbdır axı, günahdır, niyə onun əziyyətini yerə vurursuz?”
Bu gün, 10:53
“İçkili idim, əldə etdiyim qızılları lombarda verdim” - TƏFƏRRÜAT
Bu gün, 10:50
Mehdiyevlərin Bank BTB-si batır – “kassir” Rzanın başı dərddə
Bu gün, 10:43
Şərurda qalmaqal: Məktəb direktoru ondan narazı olan müəllimlərə qarşı... - "Telefonlarımızı tələb edirlər ki..."
Bu gün, 10:37
Tramp Madurodan Venesuelanı tərk etməsini tələb edib - "Reuters"
Bu gün, 10:32
Buralar yenə də zibilxanaya çevrilir: HARA BAXIRSINIZ? - KİMİN NƏ MARAĞI VAR Kİ?
Bu gün, 10:31
Kərimovun qohumunun şirkəti barədə protokol tərtib edildi - DETALLAR
Bu gün, 10:16
İcra başçıları Ramiz Mehdiyevə görə DİNDİRİLİB? - KİMLƏR VAR SİYAHIDA?
Bu gün, 10:10
Kəmaləddin Heydərovun 6 müavini qaldı - SİYAHI
Bu gün, 10:01
Mingəçevir Heydər Əliyev Mərkəzinə yeni rəhbər təyin olundu - ƏMR
Bu gün, 09:58
Əli Kərimli təkadamlıq kamerada saxlanılır - Yeni məlumatlar
Bu gün, 09:47
Tiflisdən Zəngəzur həmləsi - Nə baş verir?
Bu gün, 09:43
Bir sıra məktəblərdə 9,2 milyon manata təmir və abadlıq işləri görəcək - ŞİRKƏT MƏLUM OLDU
Bu gün, 09:41
Bakı-Tehran münasibətlərində nisbi sabitlikdir - AMMA...
Bu gün, 09:37
İrəvan mühüm tarix açıqladı: gələn martda... - Bakıdan reaksiya
Bu gün, 09:34
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:26
Psixiatriya Xəstəxanasında pasiyentin döyülməsi iddiasını polis araşdırır - RƏSMİ AÇIQLAMA
Bu gün, 09:25
Əmək haqqılarının ödənilməsi qaydaları... - DİQQƏT
Bu gün, 09:23
Banklardan yeni dollar fırıldağı - diqqətli olun!
Bu gün, 08:26
ABB müştərilərinə zəmanət verə bilmir... - "Deyəsən, ölkədə etibarlı bank yoxdur..."
Bu gün, 08:23
Azərbaycanın sabiq naziri vəfat etdi
Bu gün, 08:06
Mehdiyev-Kərimli birliyi: Daha kimlər həbsə gedəcək... - AKTUAL
Bu gün, 08:05
BİRBANK'ın absurd TƏHLÜKƏSİZLİK TƏDBİRİ - BU NƏDİ BELƏ?
Bu gün, 08:01
"Bravo"da polietilen torbalar bahalaşdı - FOTO
Bu gün, 07:37
Tramp Maduroya VAXT QOYUBMUŞ - həmin vaxt da bitib...
Bu gün, 07:25
Fərəh Əliyeva əməlli-başlı dəstə qurubmuş - İTTİHAM VAR...
Bu gün, 07:18
Uduşu verə bilməyəcəkdinizsə... - NARAZILIQ VAR...
Bu gün, 07:10
Polşaya "Abrams" tanklarının növbəti partiyası çatdırılıb - KİV
Bu gün, 07:00
İsmayıllıda Əfqan Qəribov adlı kabus... - yaşıllığa daraşıb...
Bu gün, 06:47
“Əli Kərimli həbs olundu, biz artıq Türkmənistanıq” tezisi çürükdür - Natiq Cəfərli
Bu gün, 06:39
GOLD METAL TT” MMC-nin 33 min manatlıq vergi borcu üzə çıxıb - FOTO
Bu gün, 06:34
Şabranın az qala yarısı Mehdiyevin imiş... - iki villa özünün, iki villa...
Bu gün, 06:30
“Azparking” qanunsuzluqlar barədə video yayan işçisini cəzalandırmaq istəyir - TƏFƏRRÜAT
Bu gün, 06:26
Ramiz Mehdiyevi və Əli Kərimlini birləşdirən amal... - deputat deyir ki...
Bu gün, 06:24
Sakinlərə DİVAN TUTAN ZÜLFƏLİ... - həm də DÖVLƏT ADINDAN...
Bu gün, 06:16
"Niyə fironluq edirsən axı?" - ETİRAZ
Bu gün, 06:09
Dəyərini itirən manatın SABİT KURSU... - dollara nisbətdə...
Bu gün, 06:06
Qareginin QARA GÜNLƏRİ - Hələliksə...
Bu gün, 06:03
Azərbaycanda kommunizmə xidmət edən partiya YOXDUR
Dünən, 18:00
Bakı-Moskva münasibətlərinin soyumasının səbəbi Rusiya idi - AKTUAL
Dünən, 17:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru