Banklardan yeni dollar fırıldağı .....                     ABB müştərilərinə zəmanət verə bilmir... .....                     Azərbaycanın sabiq naziri vəfat etdi .....                     Mehdiyev-Kərimli birliyi: Daha kimlər həbsə gedəcək... .....                     BİRBANK'ın absurd TƏHLÜKƏSİZLİK TƏDBİRİ .....                     "Bravo"da polietilen torbalar bahalaşdı .....                     Tramp Maduroya VAXT QOYUBMUŞ .....                     Fərəh Əliyeva əməlli-başlı dəstə qurubmuş .....                     Uduşu verə bilməyəcəkdinizsə... .....                     Polşaya "Abrams" tanklarının növbəti partiyası çatdırılıb .....                     İsmayıllıda Əfqan Qəribov adlı kabus... .....                     “Əli Kərimli həbs olundu, biz artıq Türkmənistanıq” tezisi çürükdür .....                     GOLD METAL TT” MMC-nin 33 min manatlıq vergi borcu üzə çıxıb .....                     Şabranın az qala yarısı Mehdiyevin imiş... .....                     “Azparking” qanunsuzluqlar barədə video yayan işçisini cəzalandırmaq istəyir .....                     Ramiz Mehdiyevi və Əli Kərimlini birləşdirən amal... .....                     Sakinlərə DİVAN TUTAN ZÜLFƏLİ... .....                     "Niyə fironluq edirsən axı?" .....                     Dəyərini itirən manatın SABİT KURSU... .....                     Qareginin QARA GÜNLƏRİ .....                     Azərbaycanda kommunizmə xidmət edən .....                     Bakı-Moskva münasibətlərinin soyumasının səbəbi Rusiya idi .....                     Bakıda binalara verilən istilik Hövsanda bir gün ÇƏKDİ .....                     AYNA bu yolu da bərbad hala saldı .....                     Əli Kərimlinin partiyası ləğv oluna bilər .....                     Paşinyan hakimiyyətdən getsə, yeni müharibə başlaya bilər .....                     Mehdiyev və Kərimli ilə bağlı atılan addımlar dövlətin təhlükəsizliyi məsələsidir .....                     Azər Əmiraslanov Ramiz Mehdiyevi "göylərə qaldırdı" .....                     Naxçıvanın Qaz İstismar Xidməti ləğv edilib .....                     Kino Agentliyinin 518 minlik tenderinin qalibi .....                     Əli Kərimlini Ramiz Mehdiyev SATIB .....                     “Gültəkin Hacıbəylinin Türkiyədən deport edilməsi QANUN POZUNTUSU DEYİL!” .....                     Kərimlidən sonra növbə kimindir? .....                     9-cu sinif şagirdinin intiharının təfərrüatları məlum olub .....                     AXCP və “Müsavat”da vicdanlı, aldanmış şəxslər var... .....                     Bazarlardan yoxa çıxan KƏND YUMURTASI .....                     Çağırışçıların xərcini kim ödəyir? .....                     Əli Kərimli bunun mümkün olmadığını anlayıb mənimlə Naxçıvana getdi .....                     Mənzil bazarında böhran olacaq? .....                     Ləmana Türkiyədən gələn həkim də baxdı, .....                 

Mehdiyev-Kərimli birliyi: Daha kimlər həbsə gedəcək... - AKTUAL
Tarix: Bu gün, 08:05 | Çap et

AXCP sədri Əli Kərimli barəsində həbs-qətimkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli barəsində Səbayel rayon Məhkəməsində təqdimata baxılıb. Məhkəmə onun barəsində 2 ay 15 gün müddətinə həbs-qətimkan tədbiri seçib.

Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində də 2 ay 15 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Ə.Kərimli ilə yanaşı, Faiq Əmirli, Fariz Əlizadə, Saleh Rüstəmli və Kərimlinin mühafizəçisi Ruslan Əmirov kimi partiya fəalları da saxlanılıb. Sonradan həmin şəxslərdən F.Əmirli və S.Rüstəmli azad olunub.

Milli Şuranın üzvü Gültəkin Hacıbəyli isə Türkiyədə saxlanılaraq, Azərbaycana deportasiya olunub. Onu hava limanında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları qarşılayıb. Qəzet çapa gedənə qədər son xəbərə görə, G.Hacıbəyli DTX-nın İstintaq Baş İdarəsində istintaq olunan “Ramiz Mehdiyev işi” çərçivəsində dindirilməsi üçün bu quruma aparılıb.

Bu arada “Ramiz Mehdiyev işi”ndə Əli Kərimli epizodu üzrə son ciddi detallar bəlli olub.

APA-nın xəbərinə görə, Ramiz Mehdiyevin dövlət hakimiyyətinin zorakı yolla ələ keçirilməsinə yönələn əməlləri ilə bağlı cinayət işi gedişində müxtəlif şəxslər, o cümlədən Əli Kərimli istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə müxtəlif şəxslərin dindirildiyi bəllidir.

Sorğulamalardan məlum olur ki, ssenarisi Rusiyada yazılmış əsas şübhəli sövdələşmələr məhz 2012-2013-cü illərdə başlayıb.

Ramiz Mehdiyevin yaxın dostu, Azərbaycana qarşı fəaliyyəti dəfələrlə ifşa olunsa belə, müdafiə etdiyi Abbas Abbasov 2012-ci ildə Rusiyada hamının “Milyarderlər İttifaqı” kimi tanıdığı “Rusiya Azərbaycan Təşkilatları İttifaqı”nı yaradır. İBRUS şirkətinin sahibi Rüstəm İbrahimbəyov isə (İB - İbrahimbəyov, RUS-Rustam) Abbas Abbasovla birgə “Milyarderlər İttifaqı”nın Koordinasiya Şurasının üzvü olur.

Bundan dərhal sonra, Rüstəm İbrahimbəyov missiyası üzrə Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəylini başına yığıb “Milyarderlər İttifaqı”nın kapitalı ətrafında Milli Şura yaradır.

Əli Kərimli isə tənəzzül etmiş AXCP-ni (həyatının növbəti ciddi səhvini edərək) Rusiyada yaşayan Rüstəm İbrahimbəyovun yaratdığı “Milli Şura”nın alətinə çevirir.

Hamıya məlum olan bu hadisələrin daha dərin dəlilləri isə şokedici telefon danışıqları üzə çıxdıqdan sonra araşdırılan Ramiz Mehdiyevin evindən çıxıb.

Məsələnin bir maraqlı tərəfi də odur ki, qeyd olunan kapital sonrakı illərdə də AXCP adından Əli Kərimlinin öz evinə axıb, bir qismi iğtişaşlara cəlb olunan şəxslərə təklif olunub və sair.

Xeyli vaxtdır çoxlarının diqqətini çəkirdi ki, Əli Kərimlinin fasiləsiz mitinqləri məhz Ramiz Mehdiyevin vəzifədən getməsi ilə eyni vaxtda tarixə qovuşub.

Daha əvvəl mətbuatda yayılan məlumata əsasən, DTX-nın AXCP sədri Əli Kərimlinin evində apardığı axtarış zamanı evdən “Milyarderlər İttifaqı” ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı və sair sənədlər tapılıb.

DTX-nın faktlarla təsdiqlənməyən qeyri-ciddi söhbətlərə baş qoşmadığı məlumdur.

Araşdırmalar zamanı o fakt da tam təsdiqini tapıb ki, Əli Kərimlidən geri qalmaq istəməyən Gültəkin Hacıbəyli də öz “haqqı”nı əldə etməyi bacarıb. Məsələn, Bakıda və Goranboyda daşınmaz əmlaklar formasında.

Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin sahibi olduğu, sonuncunun qardaşı oğlu Orxan Fikrət oğlu Əliyevin isə qanuni təmsilçisi olduğu “NLT” MMC tərəfindən inşa edilmiş Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi 251A nömrəli 15 mərtəbəli binada Gültəkin Hacıbəyliyə gizli şəkildə 2 müasir mənzil hədiyyə edilib (təmir olunmuş vəziyyətdə).

Həmin mənzillərdən biri Gültəkin Hacıbəylinin atası Yunis Hacıyevin adındadır. Söhbət həmin ünvanda yerləşən 179.4 kv.m sahəsi olan 183 nömrəli mənzildən gedir. G.Hacıbəyli sözügedən mənzili hazırda yüksək məbləğə kirayə verib. Bəs G.Hacıbəylinin aylıq vəsaitləri haralardan gələcəkmiş ki?!

Həmin binanın 13-cü mərtəbəsində G.Hacıbəyliyə xüsusi “xidmətlərinə” görə “boz kardinal” tərəfindən bağışlanan digər mənzil isə Gültəkin Hacıbəylinin bacısı Aytən Hacıyevanın adına rəsmiləşdirilib. 178.18 kv.m sahəsi olan 4 otaqlı mənzildə isə G.Hacıbəyli özü tək yaşayır.

Sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a ötən əsrin 90-cı illərindən Mehdiyevin komanda yığdığını deyib: “Ramiz Mehdiyev dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edildikdən sonra onun hələ uzun illər öncə bu iddiada olması barədə fikirlərimi mətbuat səhifələrində və TV kanallarda bölüşmüşəm. Adam hələ 1990-cı illərin ikinci yarısında bu çirkin məqsədini reallaşdırmaq üçün özünə "komanda" yığırdı. Bu bir həqiqətdir. Onun müxalifət cəbhəsində tərəfdarlarının olması da heç şübhəsizdir. Və bu gün bütün bu düyünlərin üstü açılır.

Hakimiyyət, onun fəaliyyətində yalnız qara axtarışında olan və özünü ana müxalifət adlandıran bu qaragüruhu demək olar ki, heç zaman maliyyələşdirməyib. Əgər rəsmi dövlət qeydiyyatından keçmiş hər hansı bir belə partiya nə vaxtsa dövlətdən yardım alıbsa belə, bu, sadəcə olaraq, partiyanın cari xərclərini örtməyə yetəcək bir həddə ola bilərdi. Bəs özünə cah-cəlal düzəltmiş, 7-8 qoruyucu saxlayan, övladları xaricdə oxuyan, heç yerdə əmək fəaliyyəti olmayan Əli Kərimli kimilərin milyonlarla manat maliyyə vəsaitlərini haradan, kimdən alırdı? Hesab edirəm ki, istintaq bütün bu suallara cavab verəcək.

Azərbaycan hakimiyyətinin kürsüsündə oturub müxalifəti maliyyələşdirənlər bir gün bunun hesabatını verəcəklərini bilməli idilər. İndi o gün gəlib çatdı. Ramiz Mehdiyevin əyri yollarla mənimsədiyi milyardlarla dollar vəsaitlər hesabına müxalifəti necə maliyyələşdirdiyi faktları tam ortaya çıxacaq. Kim nə dona girirsə girsin, əyri yol sonda adamı gətirib düzə çıxarır. Bu gün də biz buna bir daha şahidlik edirik".

Haqq Ədalət Partiyasının sədri Əli İnsanovun da mövqeyi diqqət çəkir: “Ramiz Mehdiyev uzun illər yüksək dövlət vəzifəsində təmsil olunaraq və özünün hüdudsuz səlahiyyətləri ilə təkcə ayrı-ayrı yüksək vəzifə sahiblərini, Milli Məclisin deputatlarını deyil, siyasi partiya və onların liderlərini də öz təsiri altına sala bilib və gizli olaraq ağır cinayət xarakterli çirkin əməllərə cəlb edib, dövlət əleyhinə ağır cinayətlərə sürükləyib, onlarla birlikdə dövlət çevrilişinə cəhd edib.

Ramiz Mehdiyevin istintaqa verdiyi ifadələr və DTX - nın istintaq zamanı axtarışları nəticəsində əldə etdiyi sənədlər və dəlillər onun Əli Kərimli ilə törədilmiş cinayətdə əlbir olmalarına şübhə yeri qoymur.

Göründüyü kimi, bu günə qədər aparılmış istintaq nəticəsində Ramiz Mehdiyevlə Əli Kərimlinin çirkin əməkdaşlığı barədə məhkəməyə təqdim etmək üçün yetərli sayda dəlillər mövcuddur. Bu dəlillər məhkəmənin gedişində təsdiqini tapdığı halda bu xəyanət yükünü Ramiz Mehdiyevlə bərabər təkcə Əli Kərimli deyil, onun rəhbərlik etdiyi AXCP-yə daşımış olur. Həndəsə elminin üç perpendikulyar teoremində deyildiyi kimi".

Qeyd edək ki, ötən gün Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Banklardan yeni dollar fırıldağı - diqqətli olun!
Bu gün, 08:26
ABB müştərilərinə zəmanət verə bilmir... - "Deyəsən, ölkədə etibarlı bank yoxdur..."
Bu gün, 08:23
Azərbaycanın sabiq naziri vəfat etdi
Bu gün, 08:06
Mehdiyev-Kərimli birliyi: Daha kimlər həbsə gedəcək... - AKTUAL
Bu gün, 08:05
BİRBANK'ın absurd TƏHLÜKƏSİZLİK TƏDBİRİ - BU NƏDİ BELƏ?
Bu gün, 08:01
"Bravo"da polietilen torbalar bahalaşdı - FOTO
Bu gün, 07:37
Tramp Maduroya VAXT QOYUBMUŞ - həmin vaxt da bitib...
Bu gün, 07:25
Fərəh Əliyeva əməlli-başlı dəstə qurubmuş - İTTİHAM VAR...
Bu gün, 07:18
Uduşu verə bilməyəcəkdinizsə... - NARAZILIQ VAR...
Bu gün, 07:10
Polşaya "Abrams" tanklarının növbəti partiyası çatdırılıb - KİV
Bu gün, 07:00
İsmayıllıda Əfqan Qəribov adlı kabus... - yaşıllığa daraşıb...
Bu gün, 06:47
“Əli Kərimli həbs olundu, biz artıq Türkmənistanıq” tezisi çürükdür - Natiq Cəfərli
Bu gün, 06:39
GOLD METAL TT” MMC-nin 33 min manatlıq vergi borcu üzə çıxıb - FOTO
Bu gün, 06:34
Şabranın az qala yarısı Mehdiyevin imiş... - iki villa özünün, iki villa...
Bu gün, 06:30
“Azparking” qanunsuzluqlar barədə video yayan işçisini cəzalandırmaq istəyir - TƏFƏRRÜAT
Bu gün, 06:26
Ramiz Mehdiyevi və Əli Kərimlini birləşdirən amal... - deputat deyir ki...
Bu gün, 06:24
Sakinlərə DİVAN TUTAN ZÜLFƏLİ... - həm də DÖVLƏT ADINDAN...
Bu gün, 06:16
"Niyə fironluq edirsən axı?" - ETİRAZ
Bu gün, 06:09
Dəyərini itirən manatın SABİT KURSU... - dollara nisbətdə...
Bu gün, 06:06
Qareginin QARA GÜNLƏRİ - Hələliksə...
Bu gün, 06:03
Azərbaycanda kommunizmə xidmət edən partiya YOXDUR
Dünən, 18:00
Bakı-Moskva münasibətlərinin soyumasının səbəbi Rusiya idi - AKTUAL
Dünən, 17:59
Bakıda binalara verilən istilik Hövsanda bir gün ÇƏKDİ – “Azəristilik” problemi niyə HƏLL edə bilmir?
Dünən, 17:51
AYNA bu yolu da bərbad hala saldı - “İndi bütün gün tıxacdı”
Dünən, 17:45
Əli Kərimlinin partiyası ləğv oluna bilər - AÇIQLAMA
Dünən, 17:43
Paşinyan hakimiyyətdən getsə, yeni müharibə başlaya bilər - ŞƏRH
Dünən, 17:37
Mehdiyev və Kərimli ilə bağlı atılan addımlar dövlətin təhlükəsizliyi məsələsidir - Siyavuş Novruzov
Dünən, 17:34
Azər Əmiraslanov Ramiz Mehdiyevi "göylərə qaldırdı" - VİDEO
Dünən, 17:31
Naxçıvanın Qaz İstismar Xidməti ləğv edilib - QƏRAR
Dünən, 17:23
Kino Agentliyinin 518 minlik tenderinin qalibi - MƏLUM OLDU
Dünən, 17:21
Əli Kərimlini Ramiz Mehdiyev SATIB - İDDİA
Dünən, 17:15
“Gültəkin Hacıbəylinin Türkiyədən deport edilməsi QANUN POZUNTUSU DEYİL!” – hüquqşünas BİLİNMƏYƏNLƏRİ AÇIQLADI
Dünən, 17:13
Kərimlidən sonra növbə kimindir? – Həbslər hakimiyyət daxilinə keçə bilər
Dünən, 17:11
9-cu sinif şagirdinin intiharının təfərrüatları məlum olub - Kəmalə Ağazadə açıqladı
Dünən, 17:00
AXCP və “Müsavat”da vicdanlı, aldanmış şəxslər var... - MÜRACİƏT
Dünən, 16:59
Bazarlardan yoxa çıxan KƏND YUMURTASI - "Digər ölkələrlə müqayisədə kəskin bahalaşma..."
Dünən, 16:46
Çağırışçıların xərcini kim ödəyir? - RƏSMİ
Dünən, 16:39
Əli Kərimli bunun mümkün olmadığını anlayıb mənimlə Naxçıvana getdi - Qüdrət Həsənquliyev faktları açıqladı
Dünən, 16:36
Mənzil bazarında böhran olacaq? – Ekspertdən şayiələrə reaksiya
Dünən, 16:28
Ləmana Türkiyədən gələn həkim də baxdı, ümid Allaha qalıb
Dünən, 16:26
Daha bir rayonda DOST mərkəzi tikiləcək - 10 MİLYON MANATLIQ TENDER
Dünən, 16:22
FED-in növbəti sədri kim olacaq? – Tramp namizədini seçib
Dünən, 16:20
Apellyasiya Məhkəməsi Tarix Əliyev barəsində qərar çıxardı
Dünən, 16:16
Tale Heydərovun aktivlərinin, əmlaklarının həbsi tələb olundu – Kritik gəlişmə, gərgin məhkəmə
Dünən, 16:12
Ramiz Mehdiyevin oğlu fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edildi - SƏRƏNCAM
Dünən, 16:06
Ramiz Mehdiyevin üstündən XƏTT ÇƏKİLDİ - FOTO
Dünən, 15:57
Ermənistanda KTMT-nin sabiq Baş katibi Xaçaturovun oğlu beynəlxalq axtarışa verilib
Dünən, 15:55
“Mən Cəmil Həsənlini “butulka” ilə vuranda…” – Ramiz Mehdiyev partiya sədrini necə tənbeh etdirib?
Dünən, 15:54
Rusiya Qarabağı Zəngəzurla “dəyişdi” – Kremlin daha bir hədəfi…
Dünən, 15:51
Dövləti cinayət törədənlərə siyasət QADAĞASI
Dünən, 15:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru