Deyəsən, Təhsil Nazirliyində TENDER HƏRLƏYƏN YOXDUR... .....                     Yersiz zarafat, nalayiq ifadələr fəhlə yoldaşının ölümünə səbəb oldu .....                     "Texniki səhvə görə niyə mənim haqqım pozulmalıdır?" .....                     Ukraynadakı müharibə 2026-cı ilin iyununda başa çata bilər .....                     Muxtar Babayevin yerinə KADR TAPILMIR? .....                     "Maaş 50 manat, qiymətlər isə 100 faiz qalxır" .....                     “NAS Project BOKT”un rəhbərliyində və idarə sturukturunda mühüm dəyişikliklər olub .....                     Londonda "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabının təqdimatı keçirilib .....                     Artıq dövlət aparatında təmizlənmə işləri aparılıb .....                     Moskva Paşinyanın məxfi danışıqlarını necə dinləyib .....                     “Camaşırxana Kombinatı” rəhbərliyi seçiləcək .....                     Ermənistan hökuməti bu məsələdə cəmiyyətdən təzyiqlərlə üzləşir .....                     Məşhur şirkət problemlə üzləşib .....                     İcra başçıları üçün çətin sınaq .....                     Bakı-Moskva arasında indi də logistika böhranı? .....                     Tovuzda təhsil sistemi bərbad gündə imiş .....                     Fuad Ncəfli də özünə xanlıq qurmaq istəyirdi... .....                     Naxçıvanda duz istehsalının dayanmasında Vasif Talıbovun əli var .....                     "Proses sadəcə “axşam repetitorluğu” kimi davam edəcək" .....                     Prezident onlara yeni şans verdi... onlar isə... .....                     “Azərbaycanda institusional islahatlar dərinləşir” .....                     Manatın məzənnəsi haqda anons verildi .....                     “Qarabağ Ermənistanın boğazına bağlanan ip idi” .....                     "Bilirsiniz, biz yavaş-yavaş hansı dövrə gedirik?" .....                     Ramiz Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari .....                     Yazar deputat xanımın təklifini yüksək dəyərləndirib .....                     Artıq əmr verilib, Ukrayna ordusu geri çəkilə bilər .....                     “Bu, baş versə idi, Ermənistan olmayacaqdı” .....                     Xaricdə yaşayan Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafov Baş Prokurorluğa çağırılıblar .....                     Xarici borcumuz silah alışı hesabına artıb .....                     Xalqımızın tarixlər boyu unutmayacaq o fəxarətli cümlə... .....                     Azərbaycan kinosu: film çəkməyə doğrudanmı pul yoxdur? .....                     Şərurlu İsfəndiyardan ölkəni tərk etmək istəməsi ilə bağlı iddialara .....                     Şabranın icra başçısı 2 yerli sakini məhkəməyə verdi .....                     “Düşdü qəzetlər hörmətdən...” .....                     “Mahnılarımı oğurlayıb oxuyurlar, mənimsəyirlər” .....                     8 saatlıq iş vaxtı necə olacaq və maaşlara nə qədər ƏLAVƏ OLUNACAQ? .....                     Ermənistan TŞ-nin katibi Cənubi Kiprə səfər edəcək .....                     Fuad Nəcəfov Naxçıvanı eləcə... sakitcə... TƏRK EDƏ BİLƏCƏKMİ? .....                     Nazirin BÖYÜK-KİÇİK SÖHBƏTİ... .....                 

Bakı-Moskva arasında indi də logistika böhranı? - NƏ ETMƏLİ?
Tarix: Bu gün, 08:58 | Çap et

Rusiya Azərbaycandan yan keçməklə Şimal-Cənub dəhlizi vasitəsilə İrana yük daşımalarına başlayıb. Rusiya Dəmir Yolları bildirib ki, 62 ədəd 40 futluq konteyner daşıyan qatar Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin şərq marşrutundan istifadə edərək təxminən 13 gün ərzində təyinat yerinə çatıb. “Yeni Müsavat” xəbər verir ki, qatar İrana getmək üçün Rusiya, Qazaxıstan və Türkmənistandan keçib. Aprin şəhəri istiqamətində qatarların həftədə iki-üç dəfə hərəkət etməsi gözlənilir. Mütəxəssislər növbəti üç ildə marşrut boyunca illik yük daşımalarının 15-20% artacağını və ixracatçıların nəqliyyat xərclərinin 10-15% azalacağını proqnozlaşdırırlar.

Qeyd edilir ki, daşınan malların çeşidinin genişləndirilməsi tez xarab olan və yüksək texnologiyalı yüklərin daxil edilməsinə imkan verəcək. Aprin limanına daşınan yüklər daha sonra ya Çinə, ya da cənuba, İranın Bəndər Abbas limanına, oradan isə Hindistana göndərilir. Beləliklə, quru-dəniz marşrutunun tam logistika dövrü Azərbaycandan yan keçməklə Şimal-Cənub dəhlizinin şərq qolu vasitəsilə Rusiya-Hindistan dəhlizi üzərindən həyata keçirilir.

Əvvəllər Azərbaycandan keçən qərb marşrutu daha perspektivli hesab olunurdu və Rusiya buraya investisiya qoyurdu. Rusiya bunu Bakının NATO da daxil olmaqla, Qərb strukturlarına yönəlməsi ilə izah edir. Bildirilir ki, Rusiya məhz buna görə Azərbaycandan imtina edərək Şimal-Cənub dəhlizinin şərq qolu vasitəsilə yük daşımalarına başlayıb. Sirr deyil ki, zəngin enerji resurslarından tutmuş müasir, döyüş qabiliyyətli orduya, eləcə də çoxvektorlu xarici siyasətə qadir Azərbaycan NATO-nun “cənub cinahında” mərkəzi aktora çevrilib. Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” kimi proqramları çərçivəsində dialoqu davam etdirir.

Ötən həftə Prezident İlham Əliyev noyabrın 6-da NATO nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri, həmçinin ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxildir.

NATO nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul olunmasının əhəmiyyətini vurğulayan Türkiyənin alyansdakı daimi nümayəndəsi Basat Öztürk dövlətimizin başçısının NATO mənzil-qərargahına səfərlərini məmnunluqla xatırladıb. Prezident İlham Əliyev Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırıldığını və bu çərçivədə Türkiyə ordusu ilə sıx əməkdaşlığı vurğulayıb. Bu xüsusda ölkəmizlə alyans arasında əlaqələrin genişləndirilməsinin roluna toxunub. Prezident İlham Əliyev Azərbaycanın ötən əsrin əvvəllərində müstəqilliyini qazandıqdan bəri əsas məqsədimizə çatdığımızı - torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayaraq qeyd edib ki, ordumuzun müasirləşdirilməsi prosesi bundan sonra da davam edəcək.

Rusiyanın şübhələrinə baxmayaraq, Bakının NATO-ya qoşulmaq kimi məqsədi yoxdur. Azərbaycan üçün önəmli olan öz təhlükəsizliyini təmin edən ordusunun olması və müttəfiqləridir.

Bəs Rusiyanın bu qərarının Azərbaycana hansı təsirləri ola bilər? İki ölkə arasında indi də iqtisadi münasibətlərdə gərginlik başlayırmı? Moskva Bakıya təzyiq göstərməklə nəyə nail olmaq istəyir?

Sualları cavablandıran professor Qabil Hüseynlinin sözlərinə görə, Rusiyanın bu davranışı anlaşılmazdır: “Çünki Azərbaycan yüklərin daşınması üçün ən uyğun istiqamətdir. Üstəlik, 2028-ci ildən Azərbaycan üzərindən 5 milyon ton yük daşınması nəzərdə tutulub. Bu hədəf olduğu halda Rusiyanın yenə yersiz bəhanələr gətirməsi qəbuledilməzdir. Azərbaycan Rusiya ilə münasibətlərin gərgin dövründə belə ticarət dövriyyəsində, yükdaşımalarda fasilə verməyib. Üstəgəl, sanksiyalar altında olan Rusiyanın Şimal-Cənub dəhlizinə böyük ehtiyacı var. Ancaq onun Azərbaycan hissəsindən imtina növbəti dəfə əlaqələrə mənfi təsir edəcək. Yəni bu dəfə artıq siyasi böhran deyil, iqtisadi və logistika əlaqələrində problem yaranır. Təbii ki, bu qərar Azərbaycana da gəlirlər cəhətdən mənfi təsirini göstərir. Lakin Rusiya Azərbaycanı itirmək istəyirsə, onun seçimidir. Fakt budur ki, bizim Şimali Atlantika Alyansına üzvlük niyyətimiz yoxdur və belə "izah"lar uğursuzdur".

Q.Hüseynli NATO ilə əməkdaşlığın inkişafını isə Azərbaycanın suveren haqqı olduğunu düşünür və bunun Rusiyaya təhlükə yaratmadığını hesab edir: “Alyansla 30 ildən çoxdur ki, əməkdaşlığımız var. Yeri gəlmişkən, Bakıda rus və NATO generallarının görüşünə də ev sahibliyi etmişik. Azərbaycan isə bu blokla əməkdaşlıq etsə də, Qoşulmama Hərəkatına üzvdür. O deməkdir ki, hərbi bloklara qoşulmaq istəmirik və neytrallığımızı qoruyuruq. Zənnimcə, Rusiyanın hərbi blokla əlaqələrimizi bəhanə gətirib logistika sahəsində addımlar atması Azərbaycana təzyiq məqsədi daşıyır. Buna da bizdən heyif çıxmaq cəhdi demək olar. Halbuki Rusiya taxılı Azərbaycandan keçərək Ermənistana daşınır. Moskva bunu görməzdən gələrək öz aləmində bizi guya cəzalandırır”.

Analitikin fikrincə, Rusiyanın Azərbaycan-NATO əlaqələrinin acığına Şimal-Cənub nəqliyyat dəhlizinin şərq qolunu seçməsi özünə də fayda gətirmir: “Ən azından ona görə ki, məsafə uzanır. Belə demək mümkünsə, daşıma xərcləri artır, malın dəyərinə təsir edir. İndi bu nə hikkədir?! Məncə, Rusiya dəhlizin qərb qolundan daşımaları bərpa edəcək. Sadəcə, müvəqqəti təzyiq cəhdidir. Nəzərə alaq ki, Zəngəzur dəhlizi var və Rusiya bu yoldan da pay istəyir. O zaman indi özünü yaxşı aparmalıdır ki, belə bir iqtisadi dividentdən məhrum olmasın. Mənə elə gəlir ki, burada Rusiyanın qısqanclığı da var. Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti artmaqdadır. Və bizim müstəqil qərarlarımız, müxtəlif layihələrdə iştirakımız onun xoşuna gəlmir. Ancaq Rusiya anlamalıdır ki, Azərbaycan və Türkiyəsiz ona çox çətin olacaq”.

Qeyd edək ki, 2000-ci ildən icrasına başlanan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinə 12 il əvvəl Azərbaycan da qoşulub. Ölkəmiz İran üzərindən Hindistandan, Fars körfəzi ölkələrindən gələcək yüklərin Rusiyaya, Avropaya ötürülməsində iştirak etmək niyyətini büruzə verib, layihənin icrasında aktiv iştirak niyyətini bəyan edib. Lakin uzun müddət İran və Rusiyanın layihəyə ciddi maraq göstərməməsi üzündən onun icrası ləngiyib. İran dəhlizin bir seqmenti olan Qəzvin-Rəşt dəmiryol xəttini 8 ilə güclə çəkib başa çatdırıb. İqtisadçıların fikrincə, ölkəmiz Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə tranzit yüklərin daşınmasından ildə 2,5-3 milyard dollara yaxın vəsait əldə edə bilər.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Deyəsən, Təhsil Nazirliyində TENDER HƏRLƏYƏN YOXDUR... - Daha bir fakt...
Bu gün, 09:58
Yersiz zarafat, nalayiq ifadələr fəhlə yoldaşının ölümünə səbəb oldu - QƏRAR
Bu gün, 09:53
"Texniki səhvə görə niyə mənim haqqım pozulmalıdır?" - NARAZILIQ VAR...
Bu gün, 09:50
Ukraynadakı müharibə 2026-cı ilin iyununda başa çata bilər - Buşun köməkçisi
Bu gün, 09:46
Muxtar Babayevin yerinə KADR TAPILMIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:35
"Maaş 50 manat, qiymətlər isə 100 faiz qalxır" - ETİRAZ
Bu gün, 09:31
“NAS Project BOKT”un rəhbərliyində və idarə sturukturunda mühüm dəyişikliklər olub - TƏFƏRRÜAT
Bu gün, 09:28
Londonda "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabının təqdimatı keçirilib - FOTO
Bu gün, 09:21
Artıq dövlət aparatında təmizlənmə işləri aparılıb - ONA GÖRƏ DƏ...
Bu gün, 09:19
Moskva Paşinyanın məxfi danışıqlarını necə dinləyib - Sensasion detallar
Bu gün, 09:17
“Camaşırxana Kombinatı” rəhbərliyi seçiləcək - TOPLANTI
Bu gün, 09:12
Ermənistan hökuməti bu məsələdə cəmiyyətdən təzyiqlərlə üzləşir - Belə görünür...
Bu gün, 09:10
Məşhur şirkət problemlə üzləşib - Səhmdarların təcili yığıncağı çağırılıb
Bu gün, 09:06
İcra başçıları üçün çətin sınaq - 4 mühüm tələb
Bu gün, 09:03
Bakı-Moskva arasında indi də logistika böhranı? - NƏ ETMƏLİ?
Bu gün, 08:58
Tovuzda təhsil sistemi bərbad gündə imiş - BU DA FAKT...
Bu gün, 08:57
Fuad Ncəfli də özünə xanlıq qurmaq istəyirdi... - Talıbovdan FƏRQLƏNMƏDİ
Bu gün, 08:54
Naxçıvanda duz istehsalının dayanmasında Vasif Talıbovun əli var - ŞOK DETALLAR
Bu gün, 08:00
"Proses sadəcə “axşam repetitorluğu” kimi davam edəcək" - Əməkdar müəllimdən yeni qərara REAKSİYA
Bu gün, 07:58
Prezident onlara yeni şans verdi... onlar isə... - AKTUAL
Bu gün, 07:56
“Azərbaycanda institusional islahatlar dərinləşir” - İNCƏLƏMƏ
Bu gün, 07:54
Manatın məzənnəsi haqda anons verildi - Mühüm xəbər
Bu gün, 07:52
“Qarabağ Ermənistanın boğazına bağlanan ip idi” – Məğlubiyyətindən xilasa doğru?
Bu gün, 07:49
"Bilirsiniz, biz yavaş-yavaş hansı dövrə gedirik?" - ETİRAZ
Bu gün, 07:47
Ramiz Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari – Yaxın günlərdə…
Bu gün, 07:43
Yazar deputat xanımın təklifini yüksək dəyərləndirib - RƏY
Bu gün, 07:40
Artıq əmr verilib, Ukrayna ordusu geri çəkilə bilər - Getman
Bu gün, 07:38
“Bu, baş versə idi, Ermənistan olmayacaqdı” – Paşinyan
Bu gün, 00:11
Xaricdə yaşayan Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafov Baş Prokurorluğa çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 00:08
Xarici borcumuz silah alışı hesabına artıb - Paşinyan ETİRAF ETDİ
Dünən, 18:00
Xalqımızın tarixlər boyu unutmayacaq o fəxarətli cümlə... - MƏQALƏ
Dünən, 17:57
Azərbaycan kinosu: film çəkməyə doğrudanmı pul yoxdur? - AKTUAL
Dünən, 17:44
Şərurlu İsfəndiyardan ölkəni tərk etmək istəməsi ilə bağlı iddialara CAVAB
Dünən, 17:39
Şabranın icra başçısı 2 yerli sakini məhkəməyə verdi - Arpanı alıb, pulunu vermir
Dünən, 17:36
“Düşdü qəzetlər hörmətdən...” - AXI NİYƏ?
Dünən, 17:32
“Mahnılarımı oğurlayıb oxuyurlar, mənimsəyirlər” - Xalq artistindən ETİRAZ
Dünən, 17:28
8 saatlıq iş vaxtı necə olacaq və maaşlara nə qədər ƏLAVƏ OLUNACAQ? - Müəllimlərin iş rejimi DƏYİŞİR
Dünən, 17:24
Ermənistan TŞ-nin katibi Cənubi Kiprə səfər edəcək
Dünən, 17:20
Fuad Nəcəfov Naxçıvanı eləcə... sakitcə... TƏRK EDƏ BİLƏCƏKMİ? - MÜMKÜN DEYİL!
Dünən, 17:17
Nazirin BÖYÜK-KİÇİK SÖHBƏTİ... - İNKİŞAF HARDADIR?
Dünən, 17:08
İsa Qəmbər - Etibar Məmmədov razılaşması: Onu kim necə pozdu? -Pənah Hüseyn açıqladı
Dünən, 17:04
Azərbaycanda məmur həbsi niyə toy-bayrama çevrilir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:01
“Kiyev Rusiyanın milyardlarını gözləyir” - Poitico
Dünən, 16:58
Bu dəfə də Elman Nəsirovun oğlu... - FOTO
Dünən, 16:56
Ramiz Mehdiyevə görə hədəfə çevrildilər – Araşdırmalar başlaya bilər
Dünən, 16:54
Bu Paşinyanın mənəvi prinsiplərə verdiyi önəmi göstərir - ŞƏRH
Dünən, 16:50
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil - AKTUAL
Dünən, 16:45
“Məni əxlaqsız kimi tanıtmaq istədi” - Model videoya aydınlıq gətirdi
Dünən, 16:41
Hərbi prokurora böyük köməkçi təyin edildi - ƏMR
Dünən, 16:37
Paşinyan– Köçəryan insidenti - Gərginlik yox idi, siz sadəcə başlıq axtarırsınız
Dünən, 16:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru