Naxçıvanda tələbələrə DAHA BİR QADAĞA... .....                     “Lukoil” hazırda ən ağır sınaq dövrünü yaşayır .....                     İqtisadiyyatın AZƏRBAYCAN MODELİ... .....                     Ən qalmaqallı MTK-da NÖVBƏTİ QANUNSUZLUQ... .....                     Üç qardaş dövlətin Bakıdan dünyaya ədalət və güc mesajı .....                     UEFA Zubir haqqında reportaj hazırladı: Bakıda evlənmişəm və ata olmuşam .....                     Xalq artisti xəstəxanadan evə buraxılıb .....                     Vergi borcuna görə ölkədən çıxış qadağası: rəqəmlər və narahatlıq… .....                     Ağciyər Xəstəlikləri Mərkəzi şuadiaqnostika və radioloji otaqların izolyasiya etdirir .....                     Özünə hörmət qoyan məmur BÜDCƏYƏ DARAŞMIR... .....                     Zəfər paradı Azərbaycanın hərbi gücünün növbəti nümayişi oldu .....                     Təyyarənin qəza səbəbi: kənar müdaxilə... .....                     12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı .....                     Azərbaycan müdafiə naziri Bosniya və Herseqovinaya səfər edib .....                     Manatın hazırki kursunun qorunması... .....                     “Nar”da bu axşam daha bir avtomobil sevinci! .....                     Cəmi 27 dəqiqə çəkən uçuş... .....                     Elçin Şıxlı müavininin ölümündən yazdı .....                     Moskvanın ümidinə qalsa... .....                     Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzasında 20 hərbçinin öldüyünü təsdiqləyib .....                     “Azərterminalkompleks”də ilkin rütbə məsələsi .....                     Bu il Naftalana hansı ölkələrdən gəliblər və nə qədər pul xərcləyiblər? .....                     Bunu niyə nəzərə almırlar ki? .....                     "Onun sözlərinin heç bir hüquqi və tarixi əsası yoxdur" .....                     Süfrəmizdən yoxa çıxan ƏT .....                     Astaranın toxunulmaz icra başçısı... .....                     Maduro “kompleks müdafiə” qanununu imzaladı .....                     "Yol vergisindəki artım dizel, benzin, qazın qiyməti qalxanda vətəndaşların büdcəsinə təsir göstərəcək" .....                     Qələbədən beş il sonra: Sülhün hansı mərhələsindəyik? .....                     "Şagirdlərə niyə bu qədər ev tapşırığı verilir?" .....                     "Belə adamlara çörək vermək olmaz..." .....                     Türkiyə hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı .....                     Məktəbdə etiraz: nazirlik bilməlidir ki... .....                     “Köhnə qvardiya” Azərbaycan siyasətini iflic edib .....                     İcbari tibbi sığortadan imtina etmək olar? .....                     Pezeşkian sos siqnalı verdi: təhlükə Azərbaycana yaxınlaşır .....                     Paraddan gedən təyyarənin qəza etməsi... .....                     "Haber Global" Türkiyə təyyarəsinin qəzası ilə bağlı bir neçə versiya irəli sürüb .....                     Qəzaya uğrayan Türkiyə təyyarəsi nələrə qadirdir? .....                     Siyavuş Aslanın oğlu Eldar Aslan yalan danışır? .....                 

Manatın hazırki kursunun qorunması... - AKTUAL
Tarix: Bu gün, 09:19 | Çap et

Tanınmış iqtisadçı alim, istiqlalçı millət vəkili Vahid Əhmədov “AzPolitika”ya müsahibəsində 2026-cı ilin büdcə zərfi, gələn il ölkənin sosial-iqtisadi həyatı ilə bağlı gözləntilər və bu ətrafda digər mövzularla bağlı sualları cavablandırıb.

Müsahibənin ikinci hissəsini təqdim edirik:

- Vahid müəllim, Hesablama Palatası ənənəvi olaraq büdcəyə dair rəyini təqdim edib. Bu qurum büdcənin icrası ilə bağlı xeyli sayda nöqsanları üzə çıxarır, amma təəssüf ki, vəziyyət hər il eyni qalır, dəyişmir…

- Büdcənin icrasına nəzarəti Hesablama Palatası, Maliyyə Nazirliyi və onun qurumları həyata keçirir. Amma əsas nəzarət Hesablama Palatasındadır. Mənim Palatanın rəhbərliyi ilə əlaqələrim əvvəllər də olub, indi də var. Orada həmişə çox təcrübəli auditorlar, mütəxəssislər işləyiblər. Palatanın sədri özü kifayət qədər yaxşı mütəxəssisdir və faktiki olaraq yoxladıqları yerlərdə olan bütün nöqsanları üzə çıxarırlar. Amma mən baxıram, ödəmə yüksək səviyyədə deyil. Faktiki mənimsəmələr var və bu məsələləri bəzən hüquq-mühafizə orqanlarına həvalə edirlər.

Hamısı mükəmməl işləyir, buna şübhəm yoxdur. Ola bilər, auditor sayı aşağıdır, artırmağa ehtiyac var. Çünki Hesablama Palatası büdcənin tam yoxlanılmasını əhatə edə bilməz. Orada kifayət qədər böyük işçi tələb olunur. Çünki büdcə üzərində nəzarət mexanizmi bizim üçün ən əhəmiyyətli məsələdir. Büdcənin gəlir hissəsində problem o qədər də böyük deyil. Amma xərc hissəsində problemlər var. Yəni müəyyən lüzumsuz xərclər var, müəyyən xərclər şişirdilib və s. Bunun qarşısını almaq üçün vaxtında yoxlama aparmaq və nöqsanların qabağını almaq olar.

- Gələn ilin büdcəsinin icrası ilə bağlı ən çox risk haradan qaynaqlanır? Hökumət bunu nə qədər nəzərə alır və tədbirlər planlaşdırır?

- Risklərin planlaşdırılması o qədər də asan məsələ deyil. Ən böyük risk dövlət büdcəsində neftin qiymətindən asılılıqdır. 2026-cı il üçün bunu 65 dollar götürüblər. Amma mən hesab edirəm ki, bu rəqəmi dəqiq proqnozlaşdırmaq olmaz. Qiymət 60 dollara, hətta 55 dollara qədər düşə bilər. Beynəlxalq institutların, maliyyə qurumlarının proqnozları mövcuddur. Orta hesablamaları Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi müəyyən edir və əlbəttə, dövlət büdcəsində bu göstəricilər əsas götürülür.

- Neft hasilatında enmə var, gəlirlərə onun təsiri də nəzərə alınmalıdır…

- Bəli. Bir də inflyasiya amili var. İnflyasiya yüksək olarsa, deməli, sənin maaş artımın o qədər əhəmiyyətli olmur. Son vaxtlar fikir verirəm, bizim bank sistemi ümumiyyətlə çox ciddi işlər görür. Birincisi, manatın məzənnəsinin qorunub saxlanmasıdır. Biz indi daim bu məzənnəni qoruyub saxlamağa çalışırıq. Sabit məzənnə rejiminə baxmayaraq, müdaxilələr olur və manat Mərkəzi Bank tərəfindən qorunub saxlanılır. Bu, bir tərəfdən Azərbaycan iqtisadiyyatı və sahibkarlar üçün müəyyən əhəmiyyət kəsb edir, xüsusilə də Qarabağda işləyən insanlar üçün. Amma digər tərəfdən biz bu vəziyyəti uzun müddət qoruyub saxlaya bilməyəcəyik. Bu, nə vaxtsa, indi olmasa belə, bir ildən sonra devalvasiyaya səbəb ola bilər. 2026-cı ilin dövlət büdcəsi ilə bağlı bunu dəqiq demək çətindir.

- Maliyyə naziri deyir ki, cari əməliyyatlar balansında profisit üç milyard manatdır və bu, manatın məzənnəsini sabit saxlamağa əsas verir. Amma təbii ki, burada neftin 65 dollardan götürülməsi nəzərə alınır.

- Ümumiyyətlə, manatın qorunub saxlanmasına iki əsas amil təsir edir. Birincisi, neftdir. İndi neftin qiyməti mühüm rol oynayır, amma eyni zamanda kifayət qədər böyük ehtiyatlarımız var — 70 milyard dollar civarında. Bu, çox böyük ehtiyatdır. Biz dövlət büdcəsinə 12 milyard manat həcmində transferlər etməyi nəzərdə tuturuq. Amma keçən il bu rəqəm daha çox idi. Bu azalmanı müsbət addım kimi qiymətləndirirəm.

Biz həmişə deyirdik ki, dövlət büdcəsinin neft gəlirlərindən asılılığını tədricən azaltmaq lazımdır. Bu da yeni iqtisadi proseslərin başlanması deməkdir. İndi bizim əsas bazarımız Rusiyadır. Amma artıq Orta Asiya dövlətləri ilə də müəyyən qədər ciddi əlaqələrimiz var, Türkiyə ilə də əlaqələrimiz güclənir. İranla ticarət əlaqələrimiz o qədər yüksək səviyyədə deyil, amma o da qonşu dövlətdir. İndi əsas məsələ bazarı genişləndirməkdir. Bunu etmək üçün isə keyfiyyətli məhsul istehsalına ehtiyac var. Məsələn, günəş panellərinin Azərbaycan istehsalı olan versiyalarını beynəlxalq bazarda qəbul etdirib bütün dünyada genişləndirmək lazımdır. Xüsusilə bərpa olunan, alternativ enerji istiqamətləri Azərbaycanda yaxşı inkişaf edir. Şimal bölgələrində artıq müəyyən proseslər həyata keçirilib. Yəni, bu işlər gedir.

- Bir də gələn il dövlət sektorunda ixtisar məsələsi gündəmdədir. Vergilər artandan sonra özəl sektorda da bir çox böyük şirkətlər xərclərini optimallaşdırmaq üçün müəyyən qədər ixtisarlara getməyi düşünürlər… 

- Əsas məsələ ixtisar yox, struktur islahatlarının aparılmasıdır. Bunu cənab Prezident özü də vurğulayıb — yəni, struktur islahatına ehtiyac var. Azərbaycanda bəlkə elə qurumlar var ki, ümumiyyətlə, onlara ehtiyac yoxdur. Amma sanki sadəcə məşğul görünmək üçün təkrarçılıq yaranır. Elə qruplar var ki… məsələn, üç-dörd qrupu birləşdirmək mümkündür. Hökumət ümumilikdə daha kompakt olmalıdır ki, operativ məsələləri daha çevik həll etsin. Optimallaşdırmaya ehtiyac var. Ona görə də mən hesab edirəm ki, yaxın zamanda müəyyən struktur dəyişiklikləri olacaq, yeni islahatlar həyata keçiriləcək. Bu zaman müəyyən ixtisarlar da qaçılmaz olur. Amma bu, sadəcə “mənzil-kommunal təsərrüfatında ixtisar” kimi deyil, struktur dəyişikliklərinin nəticəsi kimi baş verməlidir. Həmişə belədir, dövlətdə islahat aparılanda müəyyən narazılıqlar və problemlər yaranır. Amma əgər islahat aydın şəkildə aparılırsa, nəticəsi də uyğun olur. Bu gün təhsil sistemində müəllimlərin maaşı artıb. Fikir verin, orta hesabla 1000–1500 manat maaş alan müəllimlər də var.

- Amma onlar çox az faiz təşkil edir. Ümumiyyətlə, təhsil işçilərinin gəliri ölkə üzrə orta əməkhaqqından aşağıdır…

- Düzdür, təhsil sistemində illərlə yığılan problemlər nəticəsində bu vəziyyət yaranıb, amma islahatlar tədricən aparılmalıdır. Ümumiyyətlə, hər islahat müəyyən ağrı ilə müşayiət olunur, amma nəticə etibarilə razılıq doğurur. Mən hesab edirəm ki, təhsildə aparılan islahatlar 4–5 ildən sonra öz bəhrəsini verəcək və biz bunu real şəkildə görəcəyik.

Səhiyyə sisteminə gəlincə, mən bunu bir neçə dəfə demişəm: məsələn, səhiyyə sistemində indi həm Səhiyyə Nazirliyi, həm TƏBİB, həm də icbari tibbi sığorta sistemi fəaliyyət göstərir. Mən hesab edirəm ki, ümumiyyətlə sığorta sisteminə nəzarət mexanizmi yaradılmalıdır. Məsələn, təklif edərdim ki, sığorta sistemi daha güclü nəzarətə götürülsün. Çünki bizim də məlumatlarımız var — biz özümüz də bu sığorta sistemindən istifadə edirik və bəzi sahələrdə azalmalar müşahidə olunur. Amma ümumilikdə, sığorta paketlərinə daxil olan məsələlər tədricən öz həllini tapır. Sığorta sistemi üzərində ciddi nəzarət olmalıdır. Çünki burada söhbət çox böyük vəsaitdən gedir və bu vəsaitə düzgün nəzarət mexanizmləri tətbiq edilməlidir.

- Yeri gəlmişkən, deyilənə görə, gələn ildən 192 manat sığorta haqqı ödəməyənlər pulsuz tibbi sığorta ala bilməyəcək.

- Mən inanmıram bunu qəbul etsinlər. Çünki işi olmayan insan 192 manatı haradan ödəyəcək?

- Vahid müəllim, ƏDV-yə cəlb olunmayan dövriyyənin limiti 400 min manata qaldırılır. Mikayıl Cabbarov bildirdi ki, əvvəlki 200 min manat artıq iqtisadi reallığa cavab vermirdi. Bu barədə nə düşünürsüz?

- Bəli, çünki dövriyyə genişlənib. Xidmətlər, məhsullar, qiymətlər bahalaşıb. Ona görə də bu artım təbii sayılır və ciddi problem yaratmır. Bununla yanaşı, biznes mühitinin yaxşılaşdırılmasına hələ də böyük ehtiyac var. Hökumət qeyri-neft sektorunda daha çox gəlir əldə etmək üçün sahibkarlığın inkişafını dəstəkləməlidir. Hazırda bəzi sahibkarların sistemlərlə bağlı şikayətləri var. Vergi, gömrük və digər strukturların inteqrasiyası və sadələşdirilməsi vacibdir. Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinə nəzarət gücləndirilməli, kreditlərin ədalətli paylanması təmin olunmalıdır. Əhalinin və sahibkarların kreditə əlçatanlığı hələ də çətindir. Fondun təklif etdiyi faiz dərəcələri aşağı olsa da, kommersiya banklarında faizlər çox yüksəkdir. Mərkəzi Bankın resursları da ucuz deyil, çünki əmanətlər yüksək faizlə cəlb olunur. Bu, ümumi maliyyə bazarında balanssızlığa səbəb olur. Maliyyə Nazirliyi və Mərkəzi Bank birlikdə işləməli, vəsaitlərin real sektora yönəlməsini təmin etməlidirlər. Pul dövriyyədə olmasa, iqtisadi aktivlik və gəlirlilik mümkün deyil. Pul sadəcə kağız üzərində deyil, dövriyyədə olmalı, iqtisadiyyata işləməlidir.

- Maliyyə Nazirliyi açıqladı ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsində kəsir yaranıb. Gələn il fondun gəlirləri təxminən 6,2 milyard manat, xərcləri isə 7,6 milyard manat səviyyəsində proqnozlaşdırılır. Yəni təxminən 1,4 milyard manatlıq kəsir gözlənilir. Bu fərqi bağlamaq üçün dövlət büdcəsindən fonda əlavə subsidiyalar ayrılması vacibdir…

- Əslində, DSMF-ə dövlət dəstəyi həmişə olub. Çünki fondun öz gəlirləri (sığorta haqları və yığımlar) xərcləri tam qarşılamaq üçün kifayət etmir. Xüsusilə son illərdə sosial öhdəliklər artıb — müharibədən sonra qazilər və şəhid ailələri üçün evlərin tikintisi, avtomobillərin verilməsi, əlavə sosial ödənişlər və müavinətlər xərclərin strukturunda ciddi paya malik olub. Bu, əvvəllər mövcud olmayan yeni yükdür. Bu səbəbdən DSMF-in tam özünü təmin edən quruma çevrilməsi hələlik mümkün deyil. Bunun üçün həm məşğulluğun, həm də iqtisadi aktivliyin artması vacibdir. Hazırda ölkədə rəsmi müqavilə ilə işləyənlərin sayı təxminən 1,7 milyon nəfər civarındadır. Lakin qeyri-rəsmi məşğulluq hələ də geniş yayılıb, bu da sosial sığorta ödənişlərinin həcmini məhdudlaşdırır.

Ümumiyyətlə, iqtisadiyyatın böyüməsi olmadan sosial fondların dayanıqlılığını təmin etmək mümkün deyil. ÜDM-in artımı birbaşa dövlət büdcəsinin gəlir bazasını genişləndirir və sosial xərclərin maliyyələşdirilməsinə imkan yaradır. Prezidentin dəfələrlə qeyd etdiyi kimi, sosial siyasətin əsas dayağı iqtisadi artım olmalıdır.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanda tələbələrə DAHA BİR QADAĞA... - NARAZILIQ VAR...
Bu gün, 10:41
“Lukoil” hazırda ən ağır sınaq dövrünü yaşayır – “Reuters”
Bu gün, 10:39
İqtisadiyyatın AZƏRBAYCAN MODELİ... - Ekspert deyir ki...
Bu gün, 10:37
Ən qalmaqallı MTK-da NÖVBƏTİ QANUNSUZLUQ... - Sakinlər narahatdır...
Bu gün, 10:28
Üç qardaş dövlətin Bakıdan dünyaya ədalət və güc mesajı - MƏQALƏ
Bu gün, 10:22
UEFA Zubir haqqında reportaj hazırladı: Bakıda evlənmişəm və ata olmuşam - VİDEO
Bu gün, 10:18
Xalq artisti xəstəxanadan evə buraxılıb
Bu gün, 10:15
Vergi borcuna görə ölkədən çıxış qadağası: rəqəmlər və narahatlıq… - HÜQUQŞÜNAS DEYİR Kİ...
Bu gün, 10:13
Ağciyər Xəstəlikləri Mərkəzi şuadiaqnostika və radioloji otaqların izolyasiya etdirir
Bu gün, 10:11
Özünə hörmət qoyan məmur BÜDCƏYƏ DARAŞMIR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:08
Zəfər paradı Azərbaycanın hərbi gücünün növbəti nümayişi oldu - İsrafil Kərimovun yazısı
Bu gün, 09:47
Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...
Bu gün, 09:34
12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı - MƏQALƏ
Bu gün, 09:24
Azərbaycan müdafiə naziri Bosniya və Herseqovinaya səfər edib
Bu gün, 09:22
Manatın hazırki kursunun qorunması... - AKTUAL
Bu gün, 09:19
“Nar”da bu axşam daha bir avtomobil sevinci! - DİQQƏT
Bu gün, 09:14
Cəmi 27 dəqiqə çəkən uçuş... - ŞƏRH
Bu gün, 09:05
Elçin Şıxlı müavininin ölümündən yazdı - “Demə özündən müğayət olmayıb“
Bu gün, 09:01
Moskvanın ümidinə qalsa... - Azərbaycan və Ermənistan əlaqələri hələ də bloklanmış qalardı
Bu gün, 09:00
Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzasında 20 hərbçinin öldüyünü təsdiqləyib - ADLAR
Bu gün, 08:50
“Azərterminalkompleks”də ilkin rütbə məsələsi - İllərdir rütbəsiz işləyənlər NECƏ OLACAQ?
Bu gün, 07:57
Bu il Naftalana hansı ölkələrdən gəliblər və nə qədər pul xərcləyiblər? - SİYAHI
Bu gün, 07:45
Bunu niyə nəzərə almırlar ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:25
"Onun sözlərinin heç bir hüquqi və tarixi əsası yoxdur" - partiya sədri
Bu gün, 07:18
Süfrəmizdən yoxa çıxan ƏT - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:16
Astaranın toxunulmaz icra başçısı... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:13
Maduro “kompleks müdafiə” qanununu imzaladı - "Venezolana de Television"
Bu gün, 06:59
"Yol vergisindəki artım dizel, benzin, qazın qiyməti qalxanda vətəndaşların büdcəsinə təsir göstərəcək" - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:53
Qələbədən beş il sonra: Sülhün hansı mərhələsindəyik? - İNCƏLƏMƏ
Bu gün, 06:50
"Şagirdlərə niyə bu qədər ev tapşırığı verilir?" - ETİRAZ
Bu gün, 06:47
"Belə adamlara çörək vermək olmaz..."
Bu gün, 06:43
Türkiyə hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı yeni DETALLAR məlum oldu
Bu gün, 06:40
Məktəbdə etiraz: nazirlik bilməlidir ki... - Ekspert danışır...
Bu gün, 06:38
“Köhnə qvardiya” Azərbaycan siyasətini iflic edib - FAKT BUDUR!
Bu gün, 06:34
İcbari tibbi sığortadan imtina etmək olar? - AKTUAL
Bu gün, 06:32
Pezeşkian sos siqnalı verdi: təhlükə Azərbaycana yaxınlaşır – “Hazır olun!”
Bu gün, 06:30
Paraddan gedən təyyarənin qəza etməsi... - yenə də...
Bu gün, 06:26
"Haber Global" Türkiyə təyyarəsinin qəzası ilə bağlı bir neçə versiya irəli sürüb - VİDEO
Bu gün, 06:22
Qəzaya uğrayan Türkiyə təyyarəsi nələrə qadirdir?
Dünən, 18:04
Siyavuş Aslanın oğlu Eldar Aslan yalan danışır? - "Azdrama" cavab verdi
Dünən, 18:01
Pakistanın Baş naziri İslamabadda baş verən partlayışda Hindistanı günahlandırıb - “Al Jazeera“
Dünən, 17:59
Moskva geri çəkilir - Lavrov qərarı açıqladı
Dünən, 17:36
Zaxarovanın fərqli tonda çıxışı - Ermənistan üçün yeni nə mesaj var?
Dünən, 17:33
“İran hər dəfə yerindən qalxmaq istədikdə ona elə güclü zərbə vuracaqlar ki, daima gicəllənsin...”
Dünən, 17:22
“İnsan nə qədər əclaf olmalıdır ki…” - Çaxoyan
Dünən, 17:19
Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Dünən, 17:13
Sarkisyanın bəyanatları siyasi manevr və seçki populizmidir - RƏY
Dünən, 17:10
Azərbaycanda yeni BAHALAŞMA ANONSU... - XƏBƏRDARLIQ
Dünən, 16:56
İlham Əliyev təyyarə qəzası ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı verib - "Bu ağır anlarda..."
Dünən, 16:50
Rusiya Bəşər Əsədi təhvil verəcək? - Əhməd əş-Şəraa fikrində qətidir
Dünən, 16:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru