“Azərterminalkompleks”də ilkin rütbə məsələsi .....                     Bu il Naftalana hansı ölkələrdən gəliblər və nə qədər pul xərcləyiblər? .....                     Bunu niyə nəzərə almırlar ki? .....                     "Onun sözlərinin heç bir hüquqi və tarixi əsası yoxdur" .....                     Süfrəmizdən yoxa çıxan ƏT .....                     Astaranın toxunulmaz icra başçısı... .....                     Maduro “kompleks müdafiə” qanununu imzaladı .....                     "Yol vergisindəki artım dizel, benzin, qazın qiyməti qalxanda vətəndaşların büdcəsinə təsir göstərəcək" .....                     Qələbədən beş il sonra: Sülhün hansı mərhələsindəyik? .....                     "Şagirdlərə niyə bu qədər ev tapşırığı verilir?" .....                     "Belə adamlara çörək vermək olmaz..." .....                     Türkiyə hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı .....                     Məktəbdə etiraz: nazirlik bilməlidir ki... .....                     “Köhnə qvardiya” Azərbaycan siyasətini iflic edib .....                     İcbari tibbi sığortadan imtina etmək olar? .....                     Pezeşkian sos siqnalı verdi: təhlükə Azərbaycana yaxınlaşır .....                     Paraddan gedən təyyarənin qəza etməsi... .....                     "Haber Global" Türkiyə təyyarəsinin qəzası ilə bağlı bir neçə versiya irəli sürüb .....                     Qəzaya uğrayan Türkiyə təyyarəsi nələrə qadirdir? .....                     Siyavuş Aslanın oğlu Eldar Aslan yalan danışır? .....                     Pakistanın Baş naziri İslamabadda baş verən partlayışda Hindistanı günahlandırıb .....                     Moskva geri çəkilir .....                     Zaxarovanın fərqli tonda çıxışı .....                     “İran hər dəfə yerindən qalxmaq istədikdə ona elə güclü zərbə vuracaqlar ki, .....                     “İnsan nə qədər əclaf olmalıdır ki…” .....                     Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə tərəfinə .....                     Sarkisyanın bəyanatları siyasi manevr və seçki populizmidir .....                     Azərbaycanda yeni BAHALAŞMA ANONSU... .....                     İlham Əliyev təyyarə qəzası ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı verib .....                     Rusiya Bəşər Əsədi təhvil verəcək? .....                     Ermənilər Qazaxstan ununu bəyənmir? .....                     Gürcüstan-Azərbaycan sərhədində Türkiyənin hərbi yük təyyarəsi qəzaya uğradı .....                     Ermənistanda sabiq müdafiə naziri AXTARIŞA VERİLDİ .....                     Sumqayıtda sahibkarla qadın qonşusu arasında "qapı davası" .....                     "...nə qədər desən də xeyri yoxdur" .....                     "Bu yaxınlarda isə məlum olub ki, həmin mənzil başqa bir şəxsə satılıb" .....                     “Mehri-Naxçıvan dəmir yolunun tikintisi Paşinyanın qardaşına veriləcək” .....                     Balasanyan və Ohanyan niyə indi üzə çıxdı? .....                     Paşinyan Aİ ölkələrinin səfirləri ilə TRIPP layihəsini müzakirə edib .....                     Azərbaycanla ərazi mübadiləsi... .....                 

Pezeşkian sos siqnalı verdi: təhlükə Azərbaycana yaxınlaşır – “Hazır olun!”
Tarix: Bu gün, 06:30 | Çap et

İranda quraqlıq səbəbindən paytaxt sakinlərinin təxliyəsi bir sıra məsələləri gündəmə gətirib. Bildirilir ki, bu hadisə su qıtlığı probleminin təkcə Tehranla məhdudlaşmadığını göstərir və region ölkələri üçün də ciddi xəbərdarlıq siqnalı olmalıdır. Ekspertlər hesab edirlər ki, Azərbaycan da oxşar risklərlə üz-üzədir. Belə ki, son illərdə yağıntıların azalması, qarın demək olar ki, yağmaması, Kür çayında su səviyyəsinin aşağı düşməsi, xüsusilə Bakının su təchizatına mənfi təsir göstərir. İddialara görə, bəzi ərazilərdə artıq suyun fasilələrlə verilməsi təcrübəsi tətbiq edilir. Bundan başqa, Oğuz-Qəbələ-Bakı su xəttində də azalmaların müşahidə olunduğu deyilir.

Azərbaycanda su böhranı yarana bilərmi? Problemin qarşısını necə almaq olar?

Globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, Cənubi Qafqaz da daxil olmaqla, bütün Yaxın Şərqdə iqlim dəyişikliyinə görə su böhranı dərinləşir:

“Azərbaycanda da oxşar tendensiyalar müşahidə olunur. Kür çayının səviyyəsi aşağı düşüb, bəzi bölgələrdə yeraltı suların həcmi azalıb. Bu isə Bakının əsas su mənbələrinin – Kür su təchizatı sistemi və Oğuz–Qəbələ–Bakı su kəmərinin dayanıqlığını birbaşa təhdid edir. Son aylarda həmin kəmərdə də müəyyən azalmalar və təmir məhdudiyyətləri qeydə alınıb. Hazırda Bakı üçün dərhal “kritik təxliyə səviyyəsində” böhran təhlükəsi yoxdur, lakin orta müddətli perspektivdə risklər var. Əgər yağıntıların azlığı, qar örtüyünün zəifliyi və çay axınlarının azalması davam etsə, paytaxtın 2026–2027-ci illərdə mövsümi su çatışmazlığı ilə üzləşməsi mümkündür. Bu, xüsusilə yay aylarında içməli su təchizatında fasilələrin artması, təzyiqin azalması və sənaye sektoruna su məhdudiyyətlərinin tətbiqi ilə müşayiət oluna bilər”.

Ekoloq qeyd edib ki, problemin kökündə bir sıra səbəblər dayanır:

“Yağıntı və qar ehtiyatlarının azalması ilə dağ çaylarının qidalanması zəifləyib. Kür hövzəsində antropogen təzyiq, suvarma, sənaye və məişət tələbatı artıb. Bəzi məlumatlara görə, şəbəkə boyu su itkisi 35-40 faizə çatır. İqlim dəyişməsinə adaptasiya proqramlarının ləngliyi – ehtiyat mənbələr və desalinasiya hələ ilkin mərhələdədir”.

C.Bəxtiyar bildirib ki, su qənaəti “milli prioritet” kimi elan olunmalıdır:

“Həm əhali, həm müəssisələr üçün real qənaət mexanizmləri tətbiq edilməlidir. Ən azı 10% azalma ildə milyonlarla kubmetr suya qənaət deməkdir. Dəniz suyunun təmizlənməsi istiqamətində Xəzər sahili boyunca pilot layihələr tezləşdirilməlidir. Parklar, yol yaşıllaşdırması və sənaye üçün təmizlənmiş tullantı sularından təkrar istifadə edilməlidir. Oğuz–Qəbələ quyularının rejimi elmi nəzarət altında saxlanmalıdır. Azərbaycanın su təhlükəsizliyi problemi iqlim, iqtisadiyyat və milli təhlükəsizlik məsələsidir. Dövlət səviyyəsində “Su resurslarının adaptiv idarəetmə strategiyası” qəbul olunmalı, bu sənəd iqlim proqnozları, enerji-su balansı və regionlararası paylanmanı nəzərə almalıdır”.

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynlinin sözlərinə görə, BMT-nin hesabatlarına əsasən, Azərbaycan dünyada su ilə bağlı risk daşıyan 80 ölkə arasında yer alır və 2050-ci ilə qədər ciddi su böhranı ilə üzləşə bilər:

“Ölkəmizin əsas su mənbələri olan Kür və Araz transsərhəd çaylardır. Kür çayı Türkiyədən başlayaraq Gürcüstan ərazisindən, Araz çayı isə İranla sərhəd boyunca axaraq Sabirabadda birləşir və Xəzər dənizinə tökülür. Çayların mənbəyi Azərbaycanın hüdudlarından kənarda yerləşdiyinə görə, ölkənin su təhlükəsizliyi xarici amillərdən də asılıdır. Bu baxımdan vaxtında iri su anbarlarının yaradılması mühüm əhəmiyyət kəsb edib. Məsələn, Kür üzərində inşa edilmiş Mingəçevir su anbarı müəyyən müddət bu istiqamətdə riskləri azaltmağa imkan verir. Ceyranbatan su sistemi isə daxili çaylar hesabına formalaşır və tənzimlənir. Lakin daxili su ehtiyatlarının qorunması üçün qar və yağıntıların olması vacibdir. Hazırda Bakının əsas su təchizatı Kür çayı üzərindən həyata keçirilir. Oğuz-Qəbələ-Bakı və Şollar sistemləri isə şəhərin yalnız kiçik hissəsini təmin edir. Yağıntıların və qar örtüyünün azalması su ehtiyatlarının azalmasına səbəb olur. Bu, ölkə üçün ciddi risk yaradır”.

İB sədri vurğulayıb ki, İranda artıq su qıtlığı ilə bağlı fövqəladə tədbirlər görülür və bu, regionda vəziyyətin ciddi olduğuna nümunədir:

İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, yağıntılar bərpa olunmasa, bəzi ərazilərdə əhalinin evakuasiyası zəruri ola bilər. Azərbaycanda da 2030-cu ilə qədər vəziyyətin daha da kəskinləşəcəyi ehtimal edilir. Bu səbəbdən Xəzərin suyunun içməli suya çevrilməsi məqsədilə zavod tikintisinə başlanılıb. Hələlik layihənin effektivliyi barədə danışmaq çətindir, lakin bu, alternativ mənbə kimi əhəmiyyətlidir. Bundan əlavə, Azərbaycanın yeraltı su ehtiyatları da mövcuddur. Xüsusilə Qarabağda işğaldan əvvəl fəaliyyət göstərən kəhrizlər kəndlərin su təminatında mühüm rol oynayırdı. Hazırda həmin kəhrizlərin bərpası və istismarı yenidən gündəmdədir. Eyni zamanda, Kür-Araz bölgəsində 35-50 metr dərinlikdə yerləşən şirin yeraltı suların istifadəsi mümkündür. Bu baxımdan, ölkədə həm yerüstü, həm də yeraltı su mənbələrinin səmərəli istismarına diqqət artırılmalı, su ehtiyatlarının idarə olunması istiqamətində sistemli tədbirlər görülməlidir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azərterminalkompleks”də ilkin rütbə məsələsi - İllərdir rütbəsiz işləyənlər NECƏ OLACAQ?
Bu gün, 07:57
Bu il Naftalana hansı ölkələrdən gəliblər və nə qədər pul xərcləyiblər? - SİYAHI
Bu gün, 07:45
Bunu niyə nəzərə almırlar ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:25
"Onun sözlərinin heç bir hüquqi və tarixi əsası yoxdur" - partiya sədri
Bu gün, 07:18
Süfrəmizdən yoxa çıxan ƏT - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:16
Astaranın toxunulmaz icra başçısı... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:13
Maduro “kompleks müdafiə” qanununu imzaladı - "Venezolana de Television"
Bu gün, 06:59
"Yol vergisindəki artım dizel, benzin, qazın qiyməti qalxanda vətəndaşların büdcəsinə təsir göstərəcək" - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:53
Qələbədən beş il sonra: Sülhün hansı mərhələsindəyik? - İNCƏLƏMƏ
Bu gün, 06:50
"Şagirdlərə niyə bu qədər ev tapşırığı verilir?" - ETİRAZ
Bu gün, 06:47
"Belə adamlara çörək vermək olmaz..."
Bu gün, 06:43
Türkiyə hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı yeni DETALLAR məlum oldu
Bu gün, 06:40
Məktəbdə etiraz: nazirlik bilməlidir ki... - Ekspert danışır...
Bu gün, 06:38
“Köhnə qvardiya” Azərbaycan siyasətini iflic edib - FAKT BUDUR!
Bu gün, 06:34
İcbari tibbi sığortadan imtina etmək olar? - AKTUAL
Bu gün, 06:32
Pezeşkian sos siqnalı verdi: təhlükə Azərbaycana yaxınlaşır – “Hazır olun!”
Bu gün, 06:30
Paraddan gedən təyyarənin qəza etməsi... - yenə də...
Bu gün, 06:26
"Haber Global" Türkiyə təyyarəsinin qəzası ilə bağlı bir neçə versiya irəli sürüb - VİDEO
Bu gün, 06:22
Qəzaya uğrayan Türkiyə təyyarəsi nələrə qadirdir?
Dünən, 18:04
Siyavuş Aslanın oğlu Eldar Aslan yalan danışır? - "Azdrama" cavab verdi
Dünən, 18:01
Pakistanın Baş naziri İslamabadda baş verən partlayışda Hindistanı günahlandırıb - “Al Jazeera“
Dünən, 17:59
Moskva geri çəkilir - Lavrov qərarı açıqladı
Dünən, 17:36
Zaxarovanın fərqli tonda çıxışı - Ermənistan üçün yeni nə mesaj var?
Dünən, 17:33
“İran hər dəfə yerindən qalxmaq istədikdə ona elə güclü zərbə vuracaqlar ki, daima gicəllənsin...”
Dünən, 17:22
“İnsan nə qədər əclaf olmalıdır ki…” - Çaxoyan
Dünən, 17:19
Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Dünən, 17:13
Sarkisyanın bəyanatları siyasi manevr və seçki populizmidir - RƏY
Dünən, 17:10
Azərbaycanda yeni BAHALAŞMA ANONSU... - XƏBƏRDARLIQ
Dünən, 16:56
İlham Əliyev təyyarə qəzası ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı verib - "Bu ağır anlarda..."
Dünən, 16:50
Rusiya Bəşər Əsədi təhvil verəcək? - Əhməd əş-Şəraa fikrində qətidir
Dünən, 16:45
Ermənilər Qazaxstan ununu bəyənmir? - GƏLİŞMƏ
Dünən, 16:40
Gürcüstan-Azərbaycan sərhədində Türkiyənin hərbi yük təyyarəsi qəzaya uğradı - Azərbaycandan gedirdi...
Dünən, 16:35
Ermənistanda sabiq müdafiə naziri AXTARIŞA VERİLDİ - ŞOK SƏBƏB
Dünən, 15:48
Sumqayıtda sahibkarla qadın qonşusu arasında "qapı davası" - Məhkəmə qərarı
Dünən, 15:45
"...nə qədər desən də xeyri yoxdur"
Dünən, 15:26
"Bu yaxınlarda isə məlum olub ki, həmin mənzil başqa bir şəxsə satılıb" - Qarabağ Qazisi NARAZILIQ EDİR...
Dünən, 15:14
“Mehri-Naxçıvan dəmir yolunun tikintisi Paşinyanın qardaşına veriləcək”
Dünən, 15:10
Balasanyan və Ohanyan niyə indi üzə çıxdı? – Kremldən inanılmaz tapşırıq
Dünən, 15:07
Paşinyan Aİ ölkələrinin səfirləri ilə TRIPP layihəsini müzakirə edib - KİV
Dünən, 15:05
Azərbaycanla ərazi mübadiləsi... - Xandanyan
Dünən, 15:03
Ukrayna ordusu Rusiyanın neft müəssisələrinə zərbələr endirib - “UNIAN“
Dünən, 14:59
Azərbaycan vasitəsilə gətirilmiş buğdadan hazırlanan çörəyi ilk dadmağa hazıram - Ermənistanlı nazir
Dünən, 14:58
Azərbaycanda yayılan xəstəlik nədir? - COVID, yoxsa?
Dünən, 14:26
Fərhad Əhmədovun şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu - FOTO
Dünən, 14:20
Bakıda tatto ustası 15 yaşlı qızı qaçırtdı: "Anası ilə bir çarpayıda yatırdıq" - TƏFƏRRÜAT
Dünən, 14:14
Abbas Lisani saxlanıldı – 4 milli fəal Evin həbsxanası qarşısında həbs olundu
Dünən, 14:07
Qadın yolda yatdı, “ayıq sürücü” pulunu oğurladı - TƏFƏRRÜAT
Dünən, 14:00
Putin və Tramp arasında telefon danışığı tez bir zamanda ola bilər - Kreml
Dünən, 13:57
Dövlət Baxçalı KİMƏ İŞARƏ ETDİ? - AKTUAL
Dünən, 13:04
Paşinyan seçkiyə “müharibəmi, sülhmü?” şüarı ilə qatılacaq - ONA GÖRƏ DƏ...
Dünən, 13:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru