Gənc şairin ölüm təhlükəsi aradan qalxıb .....                     Azərbaycanda töhmət alan yüksək vəzifəli məmurlar .....                     Mülklərimi 10 milyona satıb, pulu bitkoində itirdim .....                     Elşad Həsənova yeni müavin təyin olundu .....                     İlin əvvəlindən ölkə ərazisində qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb .....                     Ermənistan siyasi elitasının “qorxulu günləri” başladı: .....                     Rusiya ABŞ və İran arasındakı fikir ayrılıqlarının həllinə kömək etməyə hazırdır .....                     Bakıdakı ermənilər Paşinyanı belə satdı .....                     Prezidentin şiddətli töhmət verdiyi məmur kimdir? .....                     Paşinyan Azərbaycanı düz yoldan çətin relyef olan əraziyə yönləndirmək istəyir .....                     Prezident Mülki Məcəlləyə üzərində həbs olan əmlakla bağlı əlavəni təsdiqləyib .....                     Prezident İlham Əliyev Fuad Nağıyevə şiddətli töhmət elan edib .....                     Başçının qəbuluna düşmək olmur... .....                     Böyük biabırçılıq və ya siyasi dəllalın şousu .....                     Naxçıvan icra başçısına I müavin təyin edilib .....                     Qadın həmcinsini evinə gətirdi, kişilərlə görüşdürdü: “Mənə qadağa qoymuşdu” .....                     14 yaşlı qız “Askar” hoteldə münasibətdə olduğu şəxs tərəfindən şantaj edilib .....                     “Azərkosmos”a müvəqqəti rəhbərlik Dunay Bədirxanova həvalə edilib .....                     Avropanın ən böyük təhsil proqramı Azərbaycanda fəaliyyətini dayandırıb .....                     Fərid Əhmədov Fikrət Məmmədovun qərarını ləğv etdi .....                     İran həbsxanasından qurtulan tələbəmiz .....                     “Təkcə mən yox, digər sənətçilər də Mehriban Ələkbərzadədən narazıdır, sadəcə özlərini arxa planda saxlayırlar” .....                     Sənəd qəbulunun başa çatmasına az qalır .....                     “Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi .....                     “AzTeleKom”un daha bir bahalı tenderi ləğv edildi .....                     “Gəncə Şərab -2” səhmdarlarını yığıncağa çağırır, .....                     Ukrayna ABŞ-sız da mübarizəni davam etdirə bilər,amma... .....                     Abşeron RİH-ə qadağa qoyuldu .....                     Tramp dediyini etdi... .....                     "Sevgilim yaşca məndən böyükdür" .....                     Azərbaycanda 16 illik inşaat şirkəti .....                     Parkdakı bu güllələnmə hadisəsinin təfərrüatı bilindi: BAŞINDAN BİR GÜLLƏ .....                     Aİ Ermənistana yeni tranş ayırmağa hazırlaşdığını təsdiqləyib .....                     Suriyanın parçalanması niyə İran və digərləri üçün təhlükəlidir? .....                     Polis Nizami rayonunda evdən oğurluq edən şəxsi saxlayıb .....                     Naxçıvan: Konstitusiyaya dəyişikliklər ictimaiyyətə nə vaxt açıqlanacaq? .....                     Veysəloğlu Şirkətlər Qrupu ilə Bakı Ali Neft Məktəbi arasında Anlaşma Memorandumu imzalanıb .....                     Nazirlik Əli Həsənovun ailə üzvlərinə bağlı şirkətlə daha bir müqavilə imzaladı .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "Bəzi mahnılar var ki, özü yazır" .....                 

Bölgəyə yerləşməli olan amerikalı sərhədçilərdən hələ də xəbər yoxdur - GƏLİŞMƏ
Tarix: Bu gün, 08:30 | Çap et
Bölgəyə yerləşməli olan amerikalı sərhədçilərdən hələ də xəbər yoxdur
Bəllidir ki, bu il yanvarın 14-də, Donald Trampın yeni prezident qismində andiçməsindən cəmi 6 gün öncə Vaşinqtonda ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb.

O da məlumdur ki, rəsmi İrəvan bunu xarici siyasətin mühüm uğuru, hətta az qala, Amerikadan ölkəsinə təhlükəsizlik zəmanətini almaq kimi təqdim etmişdi. İmzalanma mərasimindən sonra o vaxt dövlət katibi Entoni Blinken bildirmişdi ki, Birləşmiş Ştatların Gömrük və Sərhəd Təhlükəsizliyi komandası (əslində hərbi təyinatlı qrup) “Ermənistanın sərhəd təhlükəsizliyi potensialını inkişaf etdirmək” üçün yaxın həftələrdə bu ölkəyə gələcək. Lakin üstündən 2 aya yaxın (50 gün) vaxt keçsə də, amerikalı sərhədçilərdən hələ də xəbər yoxdur. Ötən həftəsonu bu mövzuda danışan Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədr müavini Rafael Gevorkyan gecikmə faktını təsdiqləsə də, əlavə şərh verməyib. Çünki əlavə ediləsi bir şey də yox.

Xarici analitiklərdə də belə qənaət var ki, Tramp administrasiyası Bayden hökumətinin Ermənistanla imzaladığı 14 yanvar anlaşmasından geri çəkiləcək. Yəni amerikalı kəşfiyyat qrupu, ümumiyyətlə, gəlməyə bilərmi? Bu, ABŞ tərəfindən nəyin siqnalıdır? Tramp hökuməti Ermənistanla imzalanmış tərəfdaşlıq xartiyasını həmişəlik unutdumu? Bütövlükdə Tramp komandasını hazırda Ermənistan nə dərəcədə maraqlandırır?

Ümumiyyətlə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın dövründə ikitərəfli xartiyanın müddəalarının həyata keçirilmə perspektivi məsələsi açıq qalır. Bütün hallarda ABŞ-ın respublikaçı prezidentindən erməni maraqlarını qorumaq üçün Bayden və komandası kimi, Azərbaycana münasibətdə açıq addımlar atacağını gözləmək ağılsızlıq olardı. Demokratlar hətta strateji mövqelərdə belə Bakıya müəyyən güzəştlərə getməyə bilməyiblər. Artıq Azərbaycan öz suverenliyi üçün optimal təhlükəsizlik dairəsi yaradıb. Bakının regional siyasi kursunun davam etdiriləcəyinə də şübhə yoxdur. Amma Trampın başqa prioritetləri var. Digər maraqlı məqam odur ki, Tramp bu xartiyaya veto qoymasa da, ona məhəl verməyə bilər.

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a sözlərinə görə, Ermənistanın tələsik imzaladığı strateji tərəfdaşlıq sazişi onu qoruya bilməyəcək: “Bayden iqtidarı bu sənədi gedərayaq imzaladı ki, Trampın üzərinə məsuliyyət qoysun. Düşünmürəm ki, Amerikanın yeni lideri xartiyaya etiraz edib. Sadəcə, Ermənistan o səviyyədə dəstək almayacaq. Təbii ki, xartiyadan irəli gələn məsələlərin həyata keçirilməsi mümkündür. Amma Trampın Rusiyaya münasibəti göstərir ki, Ermənistan Kremldən tam qopa bilməyəcək”. Q.Hüseynli hesab edir ki, amerikalı sərhədçilərin Ermənistana getməsi yubanacaq: “Tramp qərarın icrasında maraqlı deyil. Görünür ki, bununla bağlı prosedur da var və zaman tələb edir. Ümumilikdə isə Paşinyan 4 il gözləməli olacaq ki, respublikaçılar hakimiyyətdən getsinlər. Çünki ABŞ-Ermənistan əlaqələri gözlənilən dinamika ilə inkişaf etməyəcək. Rusiya isə bu vəziyyətdən istifadə edərək Ermənistanı sıxmağa çalışacaq. Hər şey gələn il keçiriləcək seçkilərdən asılıdır. Paşinyan iqtidarda qalmağı bacarsa, mövqeyini möhkəmləndirəcək. ABŞ-la imzalanan sənəd isə İrəvana hələlik heç nə vermir. Bu xartiya daha çox ona hesablanıb ki, Amerika bölgədə təsirini artırsın. Yəni sərhədçiləri göndərməklə Rusiyaya qarşı addım atılmış olacaq. Tramp isə indi Rusiyanı narazı salan hərəkətlərə yol verməyi üstün tutmur”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, professor Elxan Mirzəyevin fikrincə, Tramp hakimiyyətinin başı Ukraynaya və Avropa Birliyinə qarışıb, Cənubi Qafqaz prioritet deyil. Onun sözlərinə görə, ABŞ lideri indiyə qədər bölgə haqda heç nə deməyib və görünür ki, Tramp Cənubi Qafqazı sonraya saxlayıb: “Onun Bayden barəsində ağır ifadələrini nəzərə alsaq, Ermənistanla imzalanmış xartiyanı da bir kağız saydığını ehtimal edə bilərik. Tramp Zelenski ilə mübahisəsi zamanı da Baydenə sərt sözlər dedi və ona nifrətini gizlətmədi. Ona görə də Ermənistanla keçmiş hakimiyyətin imzaladığı sənəd indi Trampı bir o qədər maraqlandırmır”.

Professor hesab edir ki, Paşinyan hakimiyyəti narahatdır və Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun İrəvan səfəri onları sevindirir: “Səfərin məqsədi haqda verilən məlumat da maraqlıdır. Qeyd olunur ki, bu səfər Rusiya ilə Ermənistan arasında dövlətlərarası münasibətlərə təkan vermək xarakteri daşıyır. Deməli, Paşinyan komandası siyasi konyukturanı dəyişməyə başlayır. Ermənistan anlayır ki, Amerikadan Bayden dövründə olduğu qədər dəstək görməyəcək, nə qədər gec deyil, Rusiya ilə əlaqələri yaxşılaşdırmaq lazımdır. O ki qaldı amerikalı sərhədçilərin gəlişinə, bunun reallaşması istisna deyil. Sadəcə, zaman məsələsidir. Tramp bu sənədin icrasına gec baxacaq”.

Xatırladaq ki, hərbi əməkdaşlıq çərçivəsində ABŞ və Ermənistan Almaniyanın Hohenfels şəhərində ABŞ hərbi bazasında keçirilən “Birgə Qərar-2025" təlimində iştirak edib. Təlim zamanı Ermənistan Müdafiə Nazirliyinin tibb personalı və ABŞ Milli Qvardiyaçıları döyüş meydanında tibbi müdaxilə ssenarilərini sınaqdan keçirmək üçün birgə fəaliyyət göstəriblər. Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) təlimlə bağlı açıqlamasında Qərbin Cənubi Qafqazda təsirini artırmaq cəhdlərinə "ABŞ Ermənistanı özünə tabe etməyə çalışır" ifadəsi ilə reaksiya verib. Rusiyanın “Tass” xəbər agentliyi də təlimin Almaniyadakı ABŞ bazasında keçirilməsinin özlüyündə bir mesaj olduğunu bildirərək, İrəvanın Qərbə yaxınlaşdığını və bunun Moskva üçün narahatlıq doğuran hadisə olduğunu vurğulayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gənc şairin ölüm təhlükəsi aradan qalxıb - ŞÜKÜR...
Bu gün, 17:15
Azərbaycanda töhmət alan yüksək vəzifəli məmurlar - SİYAHI
Bu gün, 17:13
Mülklərimi 10 milyona satıb, pulu bitkoində itirdim - Emin
Bu gün, 17:09
Elşad Həsənova yeni müavin təyin olundu - BUNDAN SONRA...
Bu gün, 17:06
İlin əvvəlindən ölkə ərazisində qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb - VİDEO
Bu gün, 17:05
Ermənistan siyasi elitasının “qorxulu günləri” başladı: - Araik dəhşətli hərbi cinayətləri ifşa edir
Bu gün, 17:02
Rusiya ABŞ və İran arasındakı fikir ayrılıqlarının həllinə kömək etməyə hazırdır - Peskov
Bu gün, 16:59
Bakıdakı ermənilər Paşinyanı belə satdı – Azərbaycanın xəbəri olsaydı…
Bu gün, 16:16
Prezidentin şiddətli töhmət verdiyi məmur kimdir? - DOSYE
Bu gün, 16:14
Paşinyan Azərbaycanı düz yoldan çətin relyef olan əraziyə yönləndirmək istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 16:13
Prezident Mülki Məcəlləyə üzərində həbs olan əmlakla bağlı əlavəni təsdiqləyib
Bu gün, 16:09
Prezident İlham Əliyev Fuad Nağıyevə şiddətli töhmət elan edib - SƏRƏNCAM
Bu gün, 16:04
Başçının qəbuluna düşmək olmur... - "Bunun 100 günü də bitib..."
Bu gün, 16:01
Böyük biabırçılıq və ya siyasi dəllalın şousu - NƏ BAŞ VERİR?
Bu gün, 15:56
Naxçıvan icra başçısına I müavin təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:54
Qadın həmcinsini evinə gətirdi, kişilərlə görüşdürdü: “Mənə qadağa qoymuşdu” - TƏFƏRRÜAT
Bu gün, 15:52
14 yaşlı qız “Askar” hoteldə münasibətdə olduğu şəxs tərəfindən şantaj edilib - AÇIQLAMA, TƏFƏRRÜAT
Bu gün, 15:32
“Azərkosmos”a müvəqqəti rəhbərlik Dunay Bədirxanova həvalə edilib - BUNDAN SONRA...
Bu gün, 15:25
Avropanın ən böyük təhsil proqramı Azərbaycanda fəaliyyətini dayandırıb - İLGİNC...
Bu gün, 15:24
Fərid Əhmədov Fikrət Məmmədovun qərarını ləğv etdi - DETALLAR
Bu gün, 15:17
İran həbsxanasından qurtulan tələbəmiz Almaniyaya GETDİ
Bu gün, 15:16
“Təkcə mən yox, digər sənətçilər də Mehriban Ələkbərzadədən narazıdır, sadəcə özlərini arxa planda saxlayırlar” - QALMAQAL
Bu gün, 15:13
Sənəd qəbulunun başa çatmasına az qalır - Abituriyentlərin DİQQƏTİNƏ
Bu gün, 15:09
“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi - FOTO
Bu gün, 15:04
“AzTeleKom”un daha bir bahalı tenderi ləğv edildi
Bu gün, 14:02
“Gəncə Şərab -2” səhmdarlarını yığıncağa çağırır, mənfəətini bölüşdürəcək
Bu gün, 13:58
Ukrayna ABŞ-sız da mübarizəni davam etdirə bilər,amma... - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Bu gün, 13:07
Abşeron RİH-ə qadağa qoyuldu
Bu gün, 13:05
Tramp dediyini etdi... Çin cavab hazırlayır
Bu gün, 13:03
"Sevgilim yaşca məndən böyükdür"
Bu gün, 12:57
Azərbaycanda 16 illik inşaat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 12:55
Parkdakı bu güllələnmə hadisəsinin təfərrüatı bilindi: BAŞINDAN BİR GÜLLƏ - VİDEO
Bu gün, 12:51
Aİ Ermənistana yeni tranş ayırmağa hazırlaşdığını təsdiqləyib - AÇIQLAMA
Bu gün, 12:46
Suriyanın parçalanması niyə İran və digərləri üçün təhlükəlidir?
Bu gün, 12:39
Polis Nizami rayonunda evdən oğurluq edən şəxsi saxlayıb - FOTO, VİDEO
Bu gün, 12:36
Naxçıvan: Konstitusiyaya dəyişikliklər ictimaiyyətə nə vaxt açıqlanacaq? - GƏLİŞMƏ
Bu gün, 12:33
Veysəloğlu Şirkətlər Qrupu ilə Bakı Ali Neft Məktəbi arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
Bu gün, 12:28
Nazirlik Əli Həsənovun ailə üzvlərinə bağlı şirkətlə daha bir müqavilə imzaladı - DETALLAR
Bu gün, 12:23
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:18
"Bəzi mahnılar var ki, özü yazır"
Bu gün, 12:13
Rüfət Nasosnu Azərbaycan Yazıçılar Birliyinin adının dəyişdirilməsini təklif edir – “Üzv olmaq mənim də istəyimdir”
Bu gün, 12:11
Hakimləri, vəzifəli şəxsləri təhqir edən “Bandit İsa”nın ŞOK SƏS YAZILARI
Bu gün, 12:09
ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər
Bu gün, 12:02
"AlfaSığorta" AZAL-ın Aktau yaxınlığında qəzaya uğramış təyyarəsinə görə tam sığorta ödənişi edib
Bu gün, 12:01
İrəvanın kommunikasiya ağrısı: Paşinyan bu dəfə də yalan danışır - AKTUAL
Bu gün, 11:59
İrəvandan sülh açıqlaması: - “Yaxın günlərdə çox maraqlı hadisə ola bilər”
Bu gün, 11:54
Dövlət agentliyi 62 milyonluq idxal mal-qaranı - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 11:51
Bahəddin Leysanovun GİZLƏTDİYİ TARİX... - İLGİNC...
Bu gün, 11:46
“Asan İmza” niyə İŞLƏMİR?
Bu gün, 11:36
"Bolkart debet kartdan imtina edirəm..." - vətəndaş BOĞAZA YIĞILDI
Bu gün, 11:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru