"3 aya yaxındır ki, təyinatımız verilmir..." .....                     Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu .....                     İşdən çıxarılan ginekoloq danışdı .....                     Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI .....                     Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub .....                     Ermənistanın Qərb və Rusiya arasında yeni planı: .....                     "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır" .....                     İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... .....                     "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" .....                     “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” .....                     Göygöldə məktəblilər arasında mübahisə .....                     “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir .....                     İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? .....                     Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir .....                     Bacısını bıçaqlayan qardaş hakim qarşısında .....                     Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır .....                     Moskvadakı erməni biznesmenlər narahatdır .....                     Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir .....                     Baydenin erməni MİRASI .....                     Hafiz Hacıyev yaddaşını itirib? .....                     Xırdalanda dözülməz vəziyyət .....                     Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur .....                     Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini .....                     Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb .....                     Çox hörmətli başçı nəyə və kimə arxalanır?! .....                     26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi .....                     Naxçıvanda dövlət qurumu adını dəyişir .....                     Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib .....                     Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? .....                     Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI .....                     Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? .....                     Pezeşkian sabah Tacikistana səfər edəcək .....                     Valeh Əhmədova bu kanalda vəzifə verildi .....                     Nahid Bağırov onunla bağlı .....                     Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... .....                     AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb .....                     Bakının son tələbi masaya qoyuldu: .....                     Tramp niyə Qrelandiyanı almağa can atır? .....                     Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı .....                 

AYNA-nın çörəksiz qoyduğu ailələr... - "Hələ də özümə iş tapmamışam..."
Tarix: Bu gün, 07:06 | Çap et
AYNA-nın çörəksiz qoyduğu ailələr...
Azərbaycanda taksi minik avtomobillərinin orta yaşı 15-dən 7-yə düşüb. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumatda bildirilir. Agentlik bunu "islahatların nəticəsi" kimi dəyərləndirib.

Ötən il iyulun 1-dən Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər" müəyyən etdi. Sənədə görə, buraxılış tarixindən 15 ildən artıq müddət keçən minik avtomobilləri taksi kimi sərnişin daşımalarında istifadə oluna bilməz.

Həmin tarixdən taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır. Tələblərdə avtomobilin texniki göstəriciləri ilə bağlı başqa məsələlər də yer alırdı.

Bütün bu dəyişikliklərdən sonra taksilərin sayında azalma, qiymətlərdə isə artım baş verdiyi bildirilir. Üstəlik, əvvəllər taksi fəaliyyəti ilə məşğul olduğunu söyləyən bir çox insanlar işsiz qalıb iş tapa bilmədiklərindən də şikayətlənirlər.

Bakıda 10 il taksi sürücülüyü fəaliyyəti ilə məşğul olduğunu söyləyən Bəhruz Əhmədov deyir ki, sürdüyü avtomobil yeni texniki parametrlərə uyğun olmadığına görə keçən ilin iyulundan işsiz qalıb: "Hələ də başqa iş tapa bilməmişəm. Sürdüyüm maşını satıb yenisini ala da bilmirəm, çünki qiymətlərdə fərq çox böyükdür. Elə şirkətlər var ki, maşını onlar verir, sən də sürüb günlük plan verirsən. Amma o şirkətlər adama elə günlük plan qoyurlar ki, ya sükanın arxasında yatmalısan, ya da təkcə onlara plan verib özün ac qalmalısan".

Lakin rəsmi statistika olmadığından taksi sahəsində qanunvericiliyə dəyişikliklərdən sonra işsiz qalan şəxslərin sayını dəqiq müəyyən etmək çətindir.

Mövzu ilə bağlı taksi fəaliyyəti göstərən şirkətlərin rəhbər şəxsləri ilə danışmaq mümkün olmayıb. Amma AYNA-dan "Turan"a bildirilib ki, 2024-cü ildə taksi daşımalarında 13 min 513 sahibkara buraxılış vəsiqəsi verilib, taksi minik avtomobillərinə verilən buraxılış kartlarının sayı isə 21 min 620 ədəd olub: "Buraxılış kartı alan taksilərin 35 faizi 2020-2024-cü illərdə istehsal olunan avtomobillərdir. 13 taksi operatoruna icazə verilib. Təxminən 34 min 198 taksi sürücüsü təlimdən keçib".

Agentlikdən verilən məlumata görə, 2024-cü ilin dekabrında taksi sifarişlərinin sayında əvvəlki ilin eyni dövrü ilə müqayisə 31-32 faiz azalma müşahidə edilib. Vurğulanıb ki, islahatların məqsədi qiymətlərin artırılması deyil, taksi xidmətlərinin keyfiyyətini yüksəltməkdir.

İqtisadçı Zöhrab İsmayıl isə AzadlıqRadiosuna bildirib ki, taksi kimi istifadə olunan nəqliyyat vasitələrinin yaşı azaldıqca taksilərin sayı azalır və bu proses davam edəcək: "Təbii ki, qiymətlər də qalxacaq".

Ekspertin sözlərinə görə, bu taksilərin bir hissəsi xırda sahibkarların idi: "Onlar beş-on maşın almışdılar. İndi onlar həmin maşınları satırlar və beş maşın yerinə ili taksi xidməti üçün yararlı iki maşın alırlar. Ona görə də həmin o avtomobil fondunu bərpa etmək üçün vaxt lazımdır".

Z.İsmayıl işsiz qalan sürücülərin işlə təmin olunmadığına diqqət çəkir: "Təəssüf ki, Azərbaycanda işsizliklə bağlı siyasət, ümumiyyətlə, metodologiya işsiz vətəndaşların xeyrinə deyil. Ona görə də həmin işsiz qalan sürücülərin hansısa təzminat və ya işsizlikdən sığorta almasını gözləmək sadəlövhlük olar. Baxmayaraq ki, çoxunun lisenziyası, nişanı, VÖEN-i var idi. Sosial paketlərdən çox danışırlar, amma faktiki olaraq bu paketlər sosial zümrəyə yönəlik deyil. Bu, sadəcə pensiyaçıların, əlilliyi olan şəxslərin acından ölməməyi üçün bir ödənişlərdir".

İqtisadçı vurğulayır ki, taksi sürücülərinin çoxu məhz işsizlikdən sürücülüyə qaçırdılar: "İndi qaçmağa yer də yoxdur. Ölkədə işsizlərin real sayını nə hökumət, nə ictimaiyyət bilir. Amma biz muzdlu işlə təmin olunanlarla əmək qabiliyyəti olanların faiz fərqini götürəndə Azərbaycanda işsizlik rəsmi açıqlanan rəqəmlərdən dəfələrlə çoxdur".

Azərbaycanda 5 milyon civarında əməkqabiliyyətli insanın olduğu bildirilir. Rəsmi rəqəmlərə görə, hazırda ölkədə cəmi 5 faiz işsiz var. Amma müstəqil ekspertlər bu rəqəmə şübhə ilə yanaşırlar.

Hazırda taksilərin sayını da öyrənmək mümkün olmayıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmiləri ötən ilin yayında bildirmişdilər ki, əvvəllər Bakıda 65-70 min taksi fəaliyyət göstərirdi, indi isə bu, 35 minə düşüb.

Qiymətlərə gəlincə isə, ayrı-ayrı vətəndaşların bildirməsinə görə, son illər taksi xidmətlərində 20 faizə yaxın bahalaşma var.

Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Bu gün, 19:02
Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Bu gün, 19:00
Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Bu gün, 18:21
İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Bu gün, 18:16
Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Bu gün, 18:12
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Bu gün, 18:07
Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Bu gün, 18:00
"Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Bu gün, 17:59
İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Bu gün, 17:46
"Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Bu gün, 17:45
“Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Bu gün, 17:41
Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Bu gün, 17:39
“Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Bu gün, 17:36
İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Bu gün, 17:30
Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Bu gün, 17:25
Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Bu gün, 17:23
Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Bu gün, 17:18
Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Bu gün, 17:14
Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Bu gün, 17:13
Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Bu gün, 17:04
Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Bu gün, 17:01
Xırdalanda dözülməz vəziyyət - İcra hakimiyyəti sakinləri günahkar çıxardı
Bu gün, 16:59
Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur
Bu gün, 16:55
Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Bu gün, 16:48
Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Bu gün, 16:44
Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Bu gün, 16:42
26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 16:36
Naxçıvanda dövlət qurumu adını dəyişir
Bu gün, 16:29
Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Bu gün, 16:17
Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 16:15
Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI - "Arxa qapıdan tullandım"
Bu gün, 16:11
Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? - AÇIQLAMA
Bu gün, 16:05
Pezeşkian sabah Tacikistana səfər edəcək
Bu gün, 16:01
Valeh Əhmədova bu kanalda vəzifə verildi - FOTO
Bu gün, 15:50
Nahid Bağırov onunla bağlı ƏMR VERDİ
Bu gün, 15:48
Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... - "Sakinlər dövlətimizdən hər hansı yardım istəmirlər..."
Bu gün, 15:44
AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib
Bu gün, 15:38
Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Bu gün, 15:31
Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Bu gün, 15:29
Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Bu gün, 15:28
“Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 15:23
AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar verib - Rusiya XİN
Bu gün, 15:17
Avropaya qaçmaq istəyən 45 nəfər tutuldu - Biri azərbaycanlıdır
Bu gün, 15:06
Bakı bu dəfə tramvaya görə söküləcək: - "Əsəbimiz nə qədər davam gətirəcək..."
Bu gün, 15:05
Lənkəranda YAŞIL TERROR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:55
Daha yüksək zirvələrə - FOTO
Bu gün, 14:40
Ermənistan XİN başçısının Rusiyaya səfəri bu yaxınlarda baş tuta bilər - Lavrov
Bu gün, 14:30
Naxçıvan İcra Hakimiyyəti Novruz şənliyi üçün 143 min manat xərcləmək istəyir
Bu gün, 14:24
Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:13
Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? – DOSYE
Bu gün, 14:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru