Əsas Səhifə > Gündəm, Manşet > Avropa və Amerikanın Azərbaycana qarşı iyrənc planı olubmuş
Avropa və Amerikanın Azərbaycana qarşı iyrənc planı olubmuş13-09-2014, 12:21 |
DİA.AZ: - Bir neçə gün əvvəl Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ilginc bir açıqlaması ilə diqqətə gəldi. Belə ki, beynəlxalq təşkilatların ikili standartlarından giley edən PA rəsmisi maraqlı bir ifadəni də işlətdi: “Obyektiv yanaşılsa, görünər ki, bu gün Azərbaycan müsbət mənada nə qədər fərqli durumdadır. 25 ilə yaxındır ki, müharibə şəraitində yaşaya-yaşaya sabitlik qorunub, güclü inkişafa nail olunub. Bu da çox böyük səylər nəticəsində mümkün olub. Çoxları Azərbaycanın bu uğurlarını istəmir. Çoxları istəməz ki, Azərbaycan kimi zəngin bir dövlət belə rahat yaşasın. Buna nail olmaq da asan deyil”. DİA.AZ bildirir ki, əslində Novruz Məmmədovun bu sözlərinin qəribçiliyə salınması heç də doğru deyil. Bu bir faktdır ki, Azərbaycan həm müsəlman ölkəsi və həm də bir neft ölkəsi olaraq dünya düzənində yer alır. Və o da bir faktdır ki, hər iki faktoru özündə cəmləşdirən hansısa bir ölkəyə dünya gücləri - başda elə özünü «demokratiyanın beşiyi» kimi dünyaya sırımağa çalışan ABŞ olmaq şərtilə - bu dünya gücləri nəfəs dərdirmirlər, dərdirməzlər də. Yəni həm müsəlman ölkəsi və həm də neft ölkəsi olaraq Azərbaycanın hazırki idarəçilik və mövcudluq modelindən ötəsi mövcud deyil. Çox çətin şəraitdə və çox çətin bir periodda rəsmi Bakının bu gün Azərbaycanda kifayət qədər mühüm faktor hesabğ olunan STABİLLİYİ və həmçinin DÖVLƏT APARATINI qoruya bilməsinin uğur olmadığını deməyə qalxan, isbatlamağa çalışan ən azından normal düşünmə qabiliyyətinə malik olmayan birisi ola bilər. Bəli, bu gün Azərbaycan çətin bir regionda, ağır bir geopolitik şəraitdə nəinki bir dövlət olaraq var və həm də özünün əlahiddə xarici siyasətini də nümayiş etdirir. Bu, çox önəmli bir hadisədir. Bununla bağlı DİA.AZ-a açıqlama verən hökumətdəki mötəbər mənbə də maraqlı məqamları açıqladı: «Bu gün Azərbaycan əhalisinin 99 faizi belə hər gün vedrə ilə araq içsə də, yenə də Azərbaycan müsəlman ölkəsi hesab olunur. Dünyanın əsas güc qütbünü təşkil edən Qərbin və ABŞ-ın isə islam dünyasına hansı məsafədə və mövqedə dayandığını təkcə Əfqanıstanın, İraqın, Suriyanın və digər müsəlman ölkələrinin bugünkü halından duymaq olmaz. Həm də elə bu gün Azərbaycanın Qarabağ probleminə Avropanın və ABŞ-ın münasibətinə nəzər saldıqda da görərik ki, Azərbaycanın məhz müsəlman ölkəsi olması faktı bu gün Qarabağ problemini düyünə salır. Xristian Qərbi Azərbaycanı Ermənistanla müqayisədə itələyən yeganə məqam məhz müsəlman olmağımızdır. Bunu hər kəs etiraf edir, bunu hər addımda müşahidə edirik. Belə olan təqdirdə hər kəs müsəlman və neft ölkəsi olan Azərbaycanın başında dayanan, bu ölkəni idarə edən qüvvələrin hansı müstəvidə mövqe davasına çıxdığını təxmin etməlidir. Rusiya Azərbaycanın dostu deyil. Bunu elə bu gün Azərbaycanı idarə edən hakimiyyət də yaxşı bilir. Amma Amerika və Avropa Birliyi ölkələri Azərbaycana Rusiyadan daha uzaq məsafədədirlər. Yəni bu gün rəsmi Bakı əgər güclər arasındakı seçimini periodik olaraq dəyişirsə, bunu hansısa balans pozuqluğu kimi yox, dövlət siyasəti olaraq qəbul etmək lazımdır. Çünki Azərbaycan dövləti özünün maraqlarını hansısa siyasi və yaxud da dini qüvvənin maraqları əsasında müəyyən etmir. Burada dövlətin və xalqın mənafeyi önəmlidir. Bu gün rəsmi Bakı üçün Azərbaycanın Ukraynaya çevrilməsindən sadə bir şey yoxdur. Amma bu, bizə nə verəcək? Digər tərəfdən, Ukrayna Azərbaycandan fərqli olaraq bu kimi problemlərə daha dayanıqlı hesab olunur. Həm də Ukrayna Azərbaycandan fərqli olaraq məhz xristian ölkə olması səbəbindən Avropanın, ABŞ-ın, NATO-nun tam dəstəyini belə alır. Amma bu halda belə Ukraynanın hazırda yaşadıqlarını Azərbaycana arzulamaq yalnız düşmən işi ola bilər». Mənbəmiz diaaz.space-a maraqlı bir faktı da açıqladı: «Azərbaycan dövlətinə qarşı Qərbin çox iyrənc planları olub. Bu barədə rəsmi Bakı məlumatlandırılıb. Ona görə də məhz həmin iyrənc planlarda yer alan qüvvələrin zərərsizləşdirilməsinə start verilib. Hər şeyi danışmaq olmur. Amma hər şey enində-sonunda gözlə görünəcək səviyyəyə qədər gəlir»… Geri qayıt |