Əsas Səhifə > Gündəm, Manşet > Keçmiş məmura yüksək vəzifə verilir
Keçmiş məmura yüksək vəzifə verilir6-09-2014, 13:04 |
DİA.AZ: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşova yaxın zamanlarda yeni vəzifə veriləcək. Bu barədə DİA.AZ-ı bilgiləndirən mənbənin sözlərinə görə, keçmiş xidmət rəisi bu ilin sonlarından start götürəcək BÖYÜK DƏYİŞİKLİK - BÖYÜK KADR İSLAHATLARI sezonunda yeni vəzifəyə gətiriləcək. Qaraşova kifayət qədər böyük vəzifənin veriləcəyini bildirən mənbə iddia edir ki, ona təkrar etimadın yaranmasında araçılıq edənlər var. diaaz.space-ı bilgiləndirən mənbənin sözlərinə görə, Arif Qaraşova bu məsələdə sabiq kənd təsərrüfatı naziri, hazırda baş nazirin müavini postunu tutan İsmət Abbasov vasitəçilik edib. Xəbərə aydınlıq gətirmək üçün Arif Qaraşovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Qeyd edək ki, bir neçə il əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi vəzifəsindən azad olunan Arif Qaraşov yeni işə təyinat almasa da, əksər “vurulan” məmurlardan fərqli olaraq, onun biznesinə toxunulmayıb. Geri qayıt |