Əsas Səhifə > Gündəm, Manşet > Kərəm Həsənov karyerasının qürub çağında ona böyük qardaşlıq etmiş sabiq nazirdən üzr istəyib
Kərəm Həsənov karyerasının qürub çağında ona böyük qardaşlıq etmiş sabiq nazirdən üzr istəyib28-08-2014, 10:50 |
DİA.AZ: - «Əmlak Məsələlir üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov yaxın günlərdən vəzifəsini itirə bilər». Bu məlumatı redaksiyamıza Nazirlər Kabinetindəki məlumatlı mənbə verib. Qaynağın DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, hakim düşərgəyə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin adamı kimi qədəm qoyan, sonradan isə Fərhad Əliyevə asi olan bu adam artıq gedəcəyini bildiyindən hətta keçmiş nazirdən üzr istəmyə belə fürsət tapıb. Mənbənin diaaz.space-a söylədikləri: “Doğrudur, Kərəm Həsənov həbs olunmayacaq... O, sadəcə olaraq yola salınır. Amma istənilən halda, Kərəm Həsənovun vəzifənin əbədi olmadığına əmin olması və buna görə də, zamanında ona böyük qardaşlıq etmiş Fərhad Əliyevdən üzr istəməsi komitə sədrinin karyerasının son günlərini yaşadığından xəbər verir”. Mənbə iddia edir ki, Fərhad Əliyevdən üzr istəyən Kərəm Həsənov 2005-ci ildə sabiq nazirə qarşı getməkdən başqa çıxış yolunun qalmadığnı da Fərhad Əliyevə ismarıc şəklində yolladığı üzrxahlığında ehtiva edib. Komitə sədrinin gediş vaxtına gəlincə isə mənbə iddia edir ki, Kərəm Həsənovla bağlı qərar hər an verilə bilər: “Ən çox ehtimal olunan tarix sentyabr ayının əvvəlidir”. Geri qayıt |