Əsas Səhifə > Gündəm, Manşet > Bakıda bankın rəhbəri rəsmən prezidentdən də artıq maaş alır

Bakıda bankın rəhbəri rəsmən prezidentdən də artıq maaş alır


16-07-2014, 10:23
Bakıda bankın rəhbəri rəsmən prezidentdən də artıq maaş alır
DİA.AZ: - «Dəmirbank»ın başı cəncəldədir. Bu barədə DİA.AZ-a Mərkəzi Bankdakı mötəbər mənbə informasiya verib. Xəbəri verən qaynaq idia edir ki, bank rəhbərliyi daha çox çirkli pulları yumaqla məşğul olduğundan demək olar ki, artıq öz müştərilərinin pullarını havaya sovurublar.

diaaz.space-a daxil olan məlumatda bildirilir ki, 22 milyon nizamnamə kapitalı olan bankın hazırda 60 milyon manat ümidsiz krediti var və bu kreditlərin çox böyük bir hissəsi bank rəhbərliyi öz yaxın adamlarının adına verərək sadəcə mənimsənilib. Mənbənin sözlərinə görə bankdakı vəziyyətdən Mərkəzi Bankın demək olar ki, xəbəri yoxdur. Çünki «Dəmirbank»ın rəhbərliyi bankın göstəricilərini Mərkəzi Bankdan gizlədir və onlara saxta göstəricilər təqdim edir. Əgər Mərkəzi Bank «Dəmirbank»da yoxlamalara başlasa, o zaman bütün saxtakarlıqlar ortaya çıxacaq və bu zaman bankda böyük maliyyə fırıldaqlarının olduğu aşkarlanacaq

«Dəmirbank»ın çirkli pulları yumasından bəhs edən mənbə qeyd edir ki, «Dəmirbank» rəhbərliyi bir sıra iri ticarət şəbəkələri ilə əlaqə yaradaraq dövlətdən külli miqdarda vergi gizlədilməsinə nail olur və bundan milyonlar qazanırlar. Metod isə çox sadədir. Belə ki, kredit mal satan ticarət şəbəkələri müştərilərini «Dəmirbank»a yönəldir. Bankdan kredit alan müştəri ticarət obyektində elədiyi alverin pulunu nağd olaraq ödəyir. Yəni pul «Dəmirbank»dan ticarət obyektinin hesabına köçürülmür. Bundan sonra isə müştəriyə mal mağazadan deyil, anbardan verilir və bu zaman NKA çeki vurulmur. Yəni faktiki olaraq ticarət obyekti malı satdığnı heç yerdə qeyd eləmir və bu yolla vergidən yayınır. «Dəmirbank» isə həm verdiyi kreditlərdən faiz qazanır, həm də bankın rəhbərliyi ticarət obyektlərindən faiz alır. Mənbə bildirir ki, bu yolla verilən kreditlər on milyonlarla manat həcmində olur və bank rəhbərliyi ticarət obyektlərinə vergidən yayınmaqda kömək etməklə hər il milyonlarla manat gəlir əldə edir.

Mənbə bildirir ki, «Dəmirbank» bu əməliyyatları əsasən «BakuElektroniks», «Optimal Elektroniks», «Texnoqrup», «Bermud Elektroniks» və «DNS Komputers» ticarət şəbəkələri daxildir. Bildirilir ki, məhz «Dəmirbank»ın yardımı ilə bu Ticarət şəbəkələri milyonlarla manatı dövlət büdcəsindən gizlədir. Bu isə «Dəmirbank»ın birbaşa vergi ciynayətlərinin iştirakçısına çevirir.

DİA.AZ-a məlumat verən mənbə bildirir ki, bankın rayon filiallarının işçiləri 150-200 manat maaş alır. Lakin Bank rəhbərliynin maaşı fantastikdir. Mənbə misal çəkərək göstərir ki, «Dəmirbank»ın İdarə Heyətinin sədri 18 000 manat maaş alır. 1-ci müavin 16500, digər iki müavin isə 15 000 manat maaş alır. Müqayisə üçün bildirək ki, Azərbaycan Respublikasının prezidenti 15 000 manat maaş alı rvə bu maaş Azərbaycanda ən yüksək maaş hesab olunur. Özəl sektorda kimin nə qədər maaş almasını həmin müəssisənin özü təyin etsə də, normalda rəhbərliyi 18 000 manat maaş alan müəsisənin orta əmək haqqı 3-4 min manat olmalıdır. Bu isə «Dəmirbank»da sosial ədalətsizliyin və çalışanların istismarı anlamına gəlir.

Mənbə onu da bildirir ki, «Dəmirbank»da ədalətsizliyə və istismara azacıq etiraz edənlərə sadəcə qapını göstəirilər.

Qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt