Əsas Səhifə > Gündəm, Manşet > Nəqliyyat Nazirliyi strukturlarılnda qarşıdurma ovqatı həlledici mərhələyə gəlir
Nəqliyyat Nazirliyi strukturlarılnda qarşıdurma ovqatı həlledici mərhələyə gəlir6-06-2014, 10:43 |
DİA.AZ: - Hakim komandaya aid bir neçə nüfuzlu məmurun sıradan çıxarılacağı bildirilir. Onların arasında isə ön yeri nəqliyyat naziri Ziya Məmmədov tutmaqdadır. Məlumatlara görə, artıq hakim komandanın ümumi maraqlarına yetərincə ayaq uydurmayan Ziya Məmmədovla ayrılıq zamanı yetişib. Bildirək ki, son günlər NN şefi ilə bağlı müəyyən dolaşıq xəbərlər yayılsa da, hökumətdəki etibarlı mənbə Ziya Məmmədovla bağlı qərarın qəti mahiyyəti barədə DİA.AZ-a açıqlama verib. Amma bu arada redaksiyamıza nəqliyyat nazirliyindəki çox mötəbər qaynaqlardan olduqca ilginc xəbər də daxil olub. Məlumatlı mənbənin söylədiklərindən belə aydın olur ki, «iynə üstündə oturan» Ziya Məmmədov gedişi ərəfəsində də rəqibləri ilə haqq-hesab çürütmək niyyətinə düşüb. Maraqlıdır ki, onun rəqibi olaraq hansısa kənar bir şəxsin yox, dünənə qədər nazirə yaxın bir sima kimi tanıdığımız «Azəravtoyolservis»in prezidenti Cavid Qurbanovun adı çəkilir. Ziya Məmmədovun başının üstündən işlər görməsi səbəbindən Cavid Qurbanovun öz nazirinin hədəfinə çevrildiyini bildirən mənbə iddia edir ki, «Azəravtoyolservis» rəhbəri də vəziyyətdən çıxış yolları aramaq zorunda qalıb. Onu da bildirək ki, Ziya Məmmədov bu gün ona qarşı mətbuatda aparılan kampaniyada maraqlı tərəflərdən biri kimi məhz Cavid Qurbanovu gördüyündən özünün gedişi ərəfəsində Qurbanova əlində olan imkanlar miqyasında zərbə vurmağa da hazırlaşır. diaaz.space-a daxil olan məlumatlara görə, Cavid Qurbanovun Ziya Məmmədov tərəfindən «vurulacağı» təqdirdə yeni iş yeri FHN ola bilər. Bu məsələ ilə bağlı əlavə bilgiləri diqətinizə təqdim edəcəyik. Bizi izləyin... Geri qayıt |