Əsas Səhifə > Gündəm, Manşet > Azərbaycan Qərblə Rusiyanın təzyiqləri arasında qalıb - Hər iki tərəf eyni anda və eyni şiddətdə basqıda bulunur
Azərbaycan Qərblə Rusiyanın təzyiqləri arasında qalıb - Hər iki tərəf eyni anda və eyni şiddətdə basqıda bulunur3-06-2014, 10:45 |
DİA.AZ: - Son dönəmlərdə Qərblə müəyyən problemlər yaşayan rəsmi Bakı artıq bütün gərginlikləri geridə qoymuş kimi görünür. Elə DİA.AZ-a hökumət içindəki mötəbər mənbələrdən ötürülən informasiyadan da anlaşılanı budur. Aydın olur ki, Ukraynada vəziyyətin şiddətli xarakter almasının ardından Rusiyaya yönəlik siyasətində bəzi korrektələr etməsi səbəbindən Qərbin hədəfinə çevrilən Azərbaycan iqtidarı baş verənlərin manevr xarakteri daşıdığını nümayiş etdirməyə müvəffəq olub. Mənbənin söylədikləri: «Qərb ehtiyat edir ki, Azərbaycan da Gömrük İttifaqına - Avrasiya Birliyinə qoşula bilər. Buna görə də Bakıya təzyiqlərini artırmaq fikrinə düşdü. Amma əvəzində adekvat şiddətdə reaksiyanın şahidi oldu. Çünki Azərbaycanın indiki situasiyada nə Rusiyanın qarşısında dayanması, nə də yanında durması dövlət maraqlarına zidd olardı. Qərb isə istəyirdi ki, Azərbaycan Ukrayna məsələsində Avropanı enerji ilə təhdid edən Rusiyanın qarşısında qalxan rolunu oynasın. Bu isə rəsmi Bakının könüllü intiharı anlamına gələrdi. Xatırlayırsınızsa, Rusiya Avropanı enerji ilə təhdid etməyə başladığı ilk günlərdə Avropadan «bizim Bakımız var» deyə təskinlik çağırışları eşidildi. Və hətta bu fikirlərinin əsaslı olduğunu sübut etmək üçün bir sıra gedişlərdə də bulundular. Hətta Azərbaycan iqtidarının xaricdəki bank hesabları ilə təhdid olunduğu da iddia olundu. Amma rəsmi Bakı nə bu təzyiqlərə uymadı, nə də Rusiyanın basqısı ilə Gömrük İttifaqına meyillənmədi. Yenə də ənənəvi balanslaşdırılmış siyasətə sədaqət nümayiş olundu ki, bu da Azərbaycanın yeganə çıxış yolu idi. Amma son günlər də görünəni odur ki, Rusiya da Azərbaycanı Avrasiya Birliyində görməkdə israrlıdır. Və dünən Bakıda olan Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin bunu açıq şəkildə ifadə etməsi, Azərbaycanı Gİ-yə və Avrasiya Birliyinə dəvət etməsi artıq Kremlin növbəti həmlələrə hazırlaşmasından xəbər verir». Mənbəmiz diaaz.space-a açıqlamasında bildirir ki, əslində Azərbaycan yeni təzyiqlərə hazır olmalıdır: «Həm Qərbin və həm də Kremlin. Amma vəziyyət elədir ki, hər iki tərəfin eyni anda və eyni şiddətdə təzyiq niyyətinə düşməsi Azərbaycana əlavə manevr imkanı tanıyır. Yəni rəsmi Bakı özünün də bəyan etdiyi kimi nə Avrasiya Birliyinə qoşulmayacaq, nə də Qərbin antiRusiya planlarında yer almayacaq. Əslində Qərbin Azərbaycandan yararlana bilməsi üçün ən ideal format GUAM olsa da, bu ideya Qərb üçün hansısa səbəblərdən o qədər də aktuallıq kəsb etmir». Geri qayıt |