Əsas Səhifə > Gündəm, Manşet > ŞOK: Ukraynadakı savaş Azərbaycana da sıçraya bilər
ŞOK: Ukraynadakı savaş Azərbaycana da sıçraya bilər12-05-2014, 09:43 |
DİA.AZ: - Ukraynada artıq müharibə ovqatı tam olaraq hakim kəsilib. Rəsmi Kiyevin nəzarətində olan hərbi birləşmələr Rusiyanın Ukrayna hüdudlarına yeridə bildiyi «kamufulyajlı» orduya qarşı hələlik pərakəndə də olsa, hərbi əməliyyatlar keçirməkdədir. Buna paralel olaraq Ukrayna ciddi savaş tədarükündədir. Eyni zamanda Kiyevə dəstək olaraq Qərbə aid müxtəlif təyinatlı hərbi birliklər də Ukrayna içinə və sərhədlərinə yerləşdirilir. Bu isə tam olaraq müharibəni anons edən bir situasiyadır. Bu ərəfədə DİA.AZ-a hökumət içindəki bilgili qaynaqlardan çox ilginc bir informasiya daxil olub. Məlumatlı mənbənin iddialarına görə, artıq Rusiya ilə yollaşan rəsmi Bakı Kremlin məxfi planlarında belə mühüm bir mövqe ilə «dəyərləndirilib». Xəbəri verən qaynaq diaaz.space-a açıqlamasında bildirir ki, Kreml Ukraynada savaşın başlayacağı təqdirdə Qarabağ cəbhəsində də müharibənin bərpası qərarını verib. Mənbənin söylədikləri: «Rusiya üçün Qarabağda, bu gün Qərbin xüsusi marağı olan Cənubi Qafqaz regionunda savaşın başlaması artıq şərtə çevrilir. Kreml çalışır ki, Kiyevi Krım itkisi ilə barışdıra bilməsi üçün əlavə anklav əraziləri əldə etsin. Yəni sonradan alver predmetinə çevirə bilməsi üçün. Necə ki, vaxtilə Qarabağ ətrafı 7 rayon məhz Qarabağın ermənilərə birdəfəlik təslim edilməsi üçün Rusiyanın dəstəyilə Ermənistan tərəfindən işğal edilmişdi, eləcə də bu gün Rusiya Krımı əlində saxlaması üçün Ukraynanın Şərqini daha çox qarışdırmaqda maraqlıdır. Amma kimsə iddia edə bilməz ki, bu gün Rusiyaya Ukraynada açıq müharibəyə girmək sərf edir. Əsla. Kreml bacardığı qədər müharibədən qaçır. Artıq bunu Qərb də yaxşı görür və yaxşı anlayır. Putinin yalandan da olsa, rus qoşunlarını Ukrayna sərhəddindən geri çəkilməsi ilə bağlı dedikləri əslində müharibədən ehtiyatlanmanın təzahürüdr». Mənbə bildirir ki, məhz bu səbəbdən, yəni Qərbin Ukraynada Rusiyaya qarşı savaşmaması naminə Kreml Cənubi Qafqaz regionunda həm Gürcüstan-Osetiya, Gürcüstan-Abxaziyə cəbhələrində, həm də Qarabağ cəbhəsində savaşın bərpasına qərar verib. Paralel olaraq Dnestryanı bölgədə də eyni qaydada Rusiya savaş anonsu verməkdədir: «Əgər Qərb bütün regionun qarışmaması naminə Ukraynadakı maraqlarını sərt formada ifadədən çəkinməzsə, yəni savaş müstəvisindən geri çəkilməzsə, o zaman Rusiya özü ilə bərabər bütöv regionu (bu həm də Avrasiya məkanını iflic etmək anlamını daşıyır -red.) müharibə meydanına çevirməyə israrlıdır». Mənbə bu arada diaaz.space-a maraqlı bir faktı da açıqladı: «Rusiyanın bu planında Bakının iştirakı gözlənilir. Kreml bu halda Azərbaycana Qarabağın açarlarını vəd edir. Yəni Ukraynada savaş başlayacağı an, Azərbaycan qoşunları da Qarabağa girəcək. Eyni zamanda digər qeyd olunan istiqamətlərdə də müharibə başlayacaq ki, bu da Rusiyanın qazından imtina edən Qərbi daha da böyük böhrana soxa bilər». Yəni Rusiyanın Qərbə qarşı ciddi plan işlədiyini bildirən mənbə onu da əlavə edib ki, təbii ki, bununla kifayətlənməyən Kreml eyni zamanda Şərqi Avropa ölkələrini də savaşa soxması üçün çaba sərf edəcək: «Bu günlərdə Kremlin Rumıniyanı hədələməsi, Polşanı təhdid etməsi və digər Şərqi Avropa ölkələrinə meydan oxuması təsadüfi deyil. Rusiya Kosovodakı məğlubiyyətinin acısını hələ unutmayıb. Odur ki, Ukraynada başlayan savaşın 3-cü Dünya Savaşına çevrilmə ehtimalları olduqca yüksəkdir». Geri qayıt |