Əsas Səhifə > Gündəm / Manşet > Nazir Məcnun Məmmədov Hollandiyada 3-cü KURSDA TƏHSİL ALIR?
Nazir Məcnun Məmmədov Hollandiyada 3-cü KURSDA TƏHSİL ALIR?26-05-2025, 15:56 |
Ajans.az-ın əldə etdiyi məlumata görə Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov Hollandiyada Wageningen Universiteti və Araşdırma (WUR) (Wageningen university&research) institutunda təhsil alır. Nazirin hazırda 3-cü kursda təhsilini davam etdirdiyi bildirilir. Qeyd edək ki, Nazir Məcnun Məmmədov 2024-cü ilin iyul ayında Niderlandda səfərdə olub və burada Wageningen Universiteti və Araşdırmalar, o cümlədən digər institutlarla tanış olub. Səfər zamanı kənd təsərrüfatı sahəsində əməkdaşlığın araşdırılması və bu sahədə fikir mübadiləsi aparılıb. Wageningen Universiteti və Araşdırmalar insitutu kənd təsərrüfatı və meşəçilik sahəsində dünyada 1-ci yerdədir. Pakistanın Pəncab Əyalətinin paytaxtı Lahorda yerləşən LUMS – Lahor İdarəetmə Elmləri Universitetinin rəsmi səhifəsində qeyd olunub Azərbaycanın Kəndə Təsərrüfatı Naziri Məcnun Məmmədov hazırda Wageningen Universiteti və Tədqiqat və TIAS Biznes və Cəmiyyət Məktəbinin birgə proqramı olan Qida və Aqrobiznes üzrə Executive MBA dərəcəsini davam etdirir. Yazıda həmçinin qeyd olunur ki, LUMS-da Məmmədov LUMS Sahibkarlıq Cəmiyyətində, LUMS Macəra Cəmiyyətində və LUMS Səyyahlar Cəmiyyətində fəal iştirak edib. Universitet Məmmədova gələcək fəaliyyətində uğurlar arzulayır. Geri qayıt |