Əsas Səhifə > Gündəm, Manşet > Arzu Rəhimovun rəhbərlik etdiyi dövlət xidmətində həbslər gözlənilir

Arzu Rəhimovun rəhbərlik etdiyi dövlət xidmətində həbslər gözlənilir


2-05-2014, 09:32
Arzu Rəhimovun rəhbərlik etdiyi dövlət xidmətində həbslər gözlənilir
DİA.AZ: - Son bir neçə ayda ordu sistemində ciddi olaylar baş verməkdədir. İlk dəfədir ki, yüksək ranqlı zabitlər korrupsiya ittihamları ilə həbsə atılır və prosesin hətta keçmiş müdafiə naziri Səfər Əbiyevin hədəfə gətirilməsinə qədər uzanacağı da proqnozlaşdırılır.

Bu arada DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, müdafiə nazirliyi ilə yanaşı, daha bir hərbiləşdirilmiş qurumda da anoloji təlatümlər yaşana bilər. Söhbət yaranışının iki ili tamam olmayan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən gedir.

Hərbi qaynaqlardan diaaz.space-a ötürülən informasiyadan aydın olur ki, hələ də fəaliyyətlərini arzuolunan şəkildə qura bilməyən sözügedən dövlət xidmətinin işi heç də «yuxarıların» rəğbətini qazanmayıb. Hətta bir neçə hərbi komissarın həbsə atılması da mövcud problemlərin həllinə gətirib çıxarmayıb ki, bu da Arzu Rəhimovun rəhbərlik etdiyi dövlət xidmətinin yenidən hədəfə çevrilməsilə nəticələnib.

Məlumatlı mənbənin söylədikləri: «Yaxın günlərdə daha iki hərbi komissarla bağlı həbs qərarı çıxarıla bilər. Maraqlı orasıdır ki, Arzu Rəhimov köhnə dönəmdən qalan əksər hərbi komissarlardan imtina etmədi və bu fakt da «yuxarıların» diqqətini cəlb edib».

Mənbə diaaz.space-a açıqlamasında iddia edir ki, təxminən 20-yə yaxın hərbi komissarın SHXÇDX rəhbərliyinə aid şəxslərə vəzifələrində qala bilmələri, yenidən təyinat almaları müqabilində rüşvət verdiyi üzə çıxıb: «Bununla bağlı müvafiq istintaq orqanlarında kifayət qədər faktlar toplanılıb. Qərar verilən gün ajiotaj baxımından Müdafiə Nazirliyi sistemindəki həbslərdən heç də az səs-küyə nədən olmayacaq həbslər hərbi səfərbərlik sahəsini əhatə edəcək».



Geri qayıt