Əsas Səhifə > Gündəm / Manşet > Binəqədi sakinləri В«AzərsuВ» rəhbərini yeyintidə ittiham edirlər - В«Pulu yeyiblər, biz də problem yaşayırıqВ»

Binəqədi sakinləri В«AzərsuВ» rəhbərini yeyintidə ittiham edirlər - В«Pulu yeyiblər, biz də problem yaşayırıqВ»


9-04-2014, 08:54
Binəqədi sakinləri В«AzərsuВ» rəhbərini yeyintidə ittiham edirlər - В«Pulu yeyiblər, biz də problem yaşayırıqВ»
DİA.AZ: - Bu günlərdə adı nurçularla qoşa çəkilən və bu ortaqlıqdan külli miqdarda qazanc əldə etdiyi öyrənilən В«AzərsuВ»nun rəhbəri Qorxmaz Hüseynov indi də Binəqədi sakinlərinin ittiham hədəfinə çevrilib.

Bu barədə DİA.AZ-a müraciət edən Binəqədi rayonu, 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsi ev 2 ünvanında yaşayan sakinlərin sözlərindən belə aydın olur ki, dünən onların üzləşdikləri problem əslində Qorxmaz Hüseynovun pula olan marağının təzahürüdür.

Binəqədi sakinləri В«AzərsuВ» rəhbərini yeyintidə ittiham edirlər - В«Pulu yeyiblər, biz də problem yaşayırıqВ»
Binəqədi sakinləri В«AzərsuВ» rəhbərini yeyintidə ittiham edirlər - В«Pulu yeyiblər, biz də problem yaşayırıqВ»

Hər halda, qeyd olunan ünvanda 1 ay əvvəl təzələnən su boru xətlərinin dünən gecə partlamasına bir özgə ad qoymaq mümkün deyil: DÖVLƏT BÜDCƏSİNİN TALANMASI…

DİA.AZ-a müraciət edən sakinlər bildirir ki, bir ay əvvəl istifadəyə verilən В«AzərsuВ»nun ərazidəki içməli su xətti dünən gecə partlayıb: В«Həm ətrafı su basıb, gediş-gəliş problemə çevrilib, həm də evlərin içməli su ilə təminatı dayandırılıbВ».

Sakinlər bildirir ki, əgər В«AzərsuВ» dövlətin bu işlərə ayırdığı pulu mənimsəməyib, bütün vəsaiti təyinatı üzərə xərcləsəydi, belə problemlər də ortaya çıxmazdı: В«Onlar pulu yeyib, əvəzində ortaya keyfiyyətsiz iş qoyurlar. Sonrakı əzabını isə biz çəkirik»…

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt