Əsas Səhifə > Gündəm, Manşet > Həbsdəki icra başçısının AT BAXICISI necə müəllim oldu?

Həbsdəki icra başçısının AT BAXICISI necə müəllim oldu?


12-03-2024, 08:20
Həbsdəki icra başçısının AT BAXICISI necə müəllim oldu?
Dünən Göygöl rayonu 1 saylı orta məktəbdə direktor vəzifəsini tutan Qabil Misirov barəsində cinayət işinin açıldığı haqda xəbər vermişdik. Məlumatı diaaz.space-ya verən qaynaq iddia edir ki, cinayət işinin açılmasına səbəb direktorun konkret bir insidenti törətməsi olub.

Mənbə iddia edir: "24 Yanvar 2024-cü il tarixdə saat 19-20 radələrində 1 saylı orta məktəbdə
saxta diplom ilə direktor işləyən Qabil Misirov sərxoş halda mikroavtobus
sürücüsünə zəng edərək onun övladını evə gətirməyi tələb edir. Sürücü isə buna
bildirir ki, gətirə bilmərəm, axı maşında başqa sərnişinlər də var. Belə olduğu
halda Qabil Misirov sərxoş vəziyyətdə öz dostu ilə Göygöl rayon Üçtəpə
kəndindən Goranboy rayonunun Borsunlu kəndinə gəlir. Sərxoş halda
mikroavtobusun qarşısını kəsir, maşındakı sərnişinləri və oğlunu yerə salır.
Sonra isə sürücüyə əl-qol atır, ona ciddi xəsarətlər yetirir.
Onu da nəzərinizə catdıraq kı, sərnişinlər məktəb şagirdləri olub. Onların
qarşısında insana yaraşmayan ifadələr işlədib, sürücünü güllələməklə
hədələmişdir. Sonra da sürücüyə qışqırıb ki, get kimə istəyirsən şikayət et.
Onsuz da bu məsələdə Qabil Misirovun qanunu keçəcəkdir".

Həbsdəki icra başçısının AT BAXICISI necə müəllim oldu?
Həbsdəki icra başçısının AT BAXICISI necə müəllim oldu?
Həbsdəki icra başçısının AT BAXICISI necə müəllim oldu?

Lakin onu bildirək ki, mənbə barəsində cinayət işi açılan direktorun diplomunun saxta olduğunu bildirməklə yanaşı qeyd edir:

Həbsdəki icra başçısının AT BAXICISI necə müəllim oldu?
Həbsdəki icra başçısının AT BAXICISI necə müəllim oldu?

"Qabil Misirov Təhsil İdarəsində işləyənə qədər hal-hazırda həbsdə yatan keçmiş İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin oğlunun atına baxırdı. Sonradan "dayısı" tərəfindən Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filalının saxta diplomunu aldığından Vilyam Hacıyev Göygöldə İcra Hakimiyyətinin Başçısı işlədiyi dövrdə atlarına yaxşı baxdığı üçün onu təhsil idarəsinə metodist vəzifəsinə işə götürdü".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...

Geri qayıt