Əsas Səhifə > Gündəm, Manşet > Hakimiyyət böyük dəyişikliklər astanasında - Köhnə eşalona «əlvida» deyilir
Hakimiyyət böyük dəyişikliklər astanasında - Köhnə eşalona «əlvida» deyilir7-03-2014, 09:35 |
DİA.AZ: - Hakimiyyət daxilində yeni islahat dalğası gözlənilir. Bu barədə DİA.AZ-ı bilgiləndirən hökumət içindəki mənbənin iddialarına görə, konkret olaraq Prezident Administrasiyası və Nazirlər Kabineti strukturlarında ciddi dəyişikliklər olacaq. Xatırladaq ki, hələ keçən ilin sonlarından bildirmişdik ki, fevral ayının sonuncu dekadasında dəyişikliklər baş verəcək. Və artıq bu məlumatlarımız təsdiqini tapmaqdadır. Doğrudur, hələlik təhsil sahəsində daha çox yeniliklər müşahidə olunur. Amma Bakı metropoliteninin rəisini Tağı Əhmədovun vəzifəsindən alınması da bir hadisə olaraq nəzərlərdən yayına bilməz. Məlumatlı mənbə diaaz.space-a açıqlamasında bildirir ki, yeni dəyişiklik dalğası daha çox köhnə heyəti hədəfə alacaq: «Konkret olaraq iki «qocaman nazir»in vəzifəsindən uzaqlaşdırılması nəzərdə tutulub. Eyni zamanda 4 nüfuzlu fiqurun, habelə onlarla orta ranqlı məmurun da gözlənilən dəyişikliklər dalğasının birinci mərhələsində vəzifələrindən ayrılacağı istisna deyil». Mənbəmiz bildirir ki, bütün bunlar may ayına qədər baş tutacaq: «Ardından isə daha böyük miqyaslı dalğa gəlir. Bir sözlə, rəsmi Bakı böyük dəyişikliklər astanasındadır». Geri qayıt |