Əsas Səhifə > Gündəm, Manşet > İslam Aləmi Liqasının baş katibi Allahşükür Paşazadəni hədələyib? - Şeyxin «Həcc biznesi» təhlükədə
İslam Aləmi Liqasının baş katibi Allahşükür Paşazadəni hədələyib? - Şeyxin «Həcc biznesi» təhlükədə6-03-2014, 09:36 |
DİA.AZ: - Redaksiyamıza son günlərin ən aktual olayları olan vəhabi məsələsilə bağlı maraqlı bir məlumat daxil olub. Verilən xəbərə görə, bu ilin fevral ayının ortalarında Qafqaz Müsəlmanları İdarəsinə Səudiyyə Ərəbistanından - İslam Aləmi Liqasının (İAL) baş katibi Abdulla əl-Türkinin adından məktub-müraciət daxil olub. Xatırladaq ki, artıq Qafqazın Şeyxi Allahşükür Paşazadə mart ayının 1-də bu ölkəyə səfərə gedib. Həm də Abdulla əl-Türkinin dəvətiylə… DİA.AZ-a daxil olan informasiyada bildirilir ki, QMİ-yə daxil olan məktubda Şeyxin ünvanına rəsmən ağır ittihamlar səsləndirilir: «QMİ sədrinin son zamanlarda vəhabilərə qarşı atdığı addımlar İslam Aləmi Liqasının (İAL) baş katibi Abdulla əl-Türki tərəfindən bəyənilməyib və bu da məktubda xüsusi olaraq vurğulanıb. Bunun ardından da Şeyx Səudiyyə Ərəbistanına dəvət olunub». Xatırladaq ki, Şeyxin Səudiyyə Ərəbistanına səfər edəcəyi ərəfədə də məlumat vermişdik ki, bu səfər daha çox «razborka» xarakterlidir. Çünki buna qədər Şeyx vəhabilərlə yanaşı «qəlblərini qırdığı» nurçularla münasibətlərini qaydasına sala bilməsi üçün İstanbulda mücərrəd bir tədbirdə iştirak etmişdi. Əslində tədbir bəhanə, İstanbulda bağlı qapılar arxasında aparılan danışıqlar daha şahanə idi… Verilən xəbərlərdə deyilirdi ki, Şeyx «Palmali» şefi Mübariz Mənsimovun dəvətiylə və araçılığı ilə nurçularla probleminit həll edə bilmişdi. diaaz.space-a daxil olan son informasiyada isə qeyd olunur ki, Şeyxin Səudiyyə səfəri də ağır keçib. Mənbə iddia edir ki, növbəti illərdə Həcc ziyarəti QMİ-dən alına bilər: «Maraqlıdır ki, hətta bu ziyarətin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməsi də gözlənilir». Geri qayıt |