Əsas Səhifə > Gündəm, Manşet > `Azəriqaz` daxilində 37-Cİ İL AB-HAVASI...

`Azəriqaz` daxilində 37-Cİ İL AB-HAVASI...


26-09-2023, 09:21
`Azəriqaz` daxilində 37-Cİ İL AB-HAVASI...
DİA.AZ: - Mart ayında Ağsu Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Zaur Məmmədov və Ucar XS-nin işçisi İlkin Məmmədov arasında baş verən mübahisəyə görə İlkin işdən (ARƏM maddə 70 ç) azad olundu. DİA.AZ xatırladır ki, işdən azad olunmuş işçi "Azəriqaz" rəhbərliyindən kömək istədi.

Amma təəssüflər olsun ki, işçini tutduğu vəzifəsindən azad etməklə ürəyi soyumayan Ağsu RQİİ-nin rəhbərliyi İlkin Məmmədovdan idarədə "tətil təşkil etdiyinə" və "Narkotik istifadəçisi" kimi Ucar rayon polis idarəsinə şikayət etdi. Nəticədə İlkin qondarma ittihamla bir ay müddətinə həbs olundu.

DİA.AZ bildirir ki, bu olayı xatırladan Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı prosesin hələ də davam etdiyini bildirir:

"İlkin Məmmədov işdən azad olunmasını qeyri qanuni və qərəzli hesab edib Ağsu rayon məhkəməsinə müraciət etdi. Məhkəmənin 6.09.2023-cü il tarixli qətnaməsi ilə onun iddiası( işə bərpa) təmin olundu.

Ədalətli qərara görə Ağsu rayon məhkəməsinin hakimi Anar Əsgərova və vəkil Səbuhi Axundova təşəkkür edirəm.

Amma indi də vicdan əzabı çəkmədən Apellyasiya məhkəməsinə hazırlaşırlar. Bir insana qarşı bu qədər insafsızlığin , qərəzliliyin günahı o qədər böyükdür ki... Vallah bəndə cəzasından qurtarsanız da, Allah cəzasından qurtara bilməyəcəksiniz..."

Məsələ diqqətimizdədir. Qarşı tərəfi də diaaz.space olaraq dinləməyə hazırıq...

Geri qayıt