Əsas Səhifə > Gündəm, Manşet > YENİ FAKTLAR: Naxçıvan təhsilində NƏLƏR BAŞ VERİR?
YENİ FAKTLAR: Naxçıvan təhsilində NƏLƏR BAŞ VERİR?28-04-2023, 07:56 |
DİA.AZ: - Neçə müddətdir ki, DİA.AZ olaraq Naxçıvan təhsil sistemindəki eybəcərliklərlı bağlı faktları təqdim edirik. Qeyd edək ki, açıqladığımız faktların böyük əksəriyyəti həqiqəti əks etdirdiyindən qarşı tərəf kimi çıxış edənlər yalnız bir-iki məqamla bağlı əhəmiyyətsiz yanlışlıqları rəhbər tutaraq təqdim etdiyimiz faktların toplusunu inkar etməyə çalışdı ki, bu da əslində real mənzərənin ört-basdır edilməsinə səbəb olmadı. DİA.AZ olaraq sözügedən istiqamətdən əldə etdiyimiz yeni faktları da təqdim edəcəyimizə söz vermişdik. Beləliklə... Qeyri qanuni formada müəllimlərin təyinatı və yaxud yerdəyişməsi: "Müəllimlərin işə qəbulu 14 aprel 2018 ci ildə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil, məktəbəqədər təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları” əsasında aparılmasına baxmayaraq qaydalardan kənar müəllimlərin təyini və yerdəyişməsi aparılıb. Naxçıvan şəhərində yerləşən ümumtəhsil müəssələrinə digər təhsil müəssələrindən və rayon və kənd ümumtəhsil müəssələrində müəllimlərin müxtəlif şəhər və rayon təhsil müəssələrindən qanunsuz olaraq yerdəyişmə adı altında əvvəlcədən müəyyənləşmiş 18 nəfər müəllimin təyinatı aparılmışdır. Yerdəyişmə adlanan bu proses çox gizli şəkildə həyata keçirilmiş hətta muxtar respublika üzrə ən yaxşı nəticələrin ingilis dili fənnindən olduğu halda sertifikasiyadan kəsilən (birinci dəfə ikinci imtahanda keçirdilər) Culfa şəhər 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Mahmudova Sevda Vidadi qızı Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbinə müəllim kimi təyin edilmişdir. Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin psixoloqu İsmayılova Gülay müəllim əmrinin olmamasına baxmayaraq 2020-2021 ci tədris ilində dərs aparmasına icazə verilmiş, 2021 ci ilin sentyabrından isə psixoloq vəzifəsindən azad edilərək qanunvericiliyə zidd olaraq məktəbə müəllim təyin edilmişdir. Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbdə müəllim sıxlığının mövcud olmasına baxmayaraq Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbin müəllimi Səfərova Zərifə Fazil qızı, (Nazirliyin sektor müdiri Muradın həyat yoldaşı) Azərbaycan dili müəllimi təyin edilmiş iki yerdə işləyənlərin azad edilməsinə baxmayaraq Səfərova Zərifə Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə adı saxlanılmaqla iki yerdə işləməsinə şərait yaradılmışdır. Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbə Babayeva Aliyə Cəfərağa qızı, Babək rayon Şıxmahmud məktəbindən, Qasımova Xuraman Vaqif qızı, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbindən Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbə Xudanova Mehriban Adil qızı, Babək rayon Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbindən, Naxçıvan şəhər 3 nömrəli məktəbə Mehdiyeva Xəyalə Hacı qızı Şada kənd tam orta məktəbindən, Vəliyev Aybəniz Rəsul qızı Şərur şəhər 1 nömrəli tam orta məktəbindən məqsədli şəkildə yerləşdirilmişdirlər. Abdullayeva Aytən Eliyar qızının ixtsası Riyaziyyat olmasına baxmayaraq imtahandan keçirdərək 01.11.2018 ci ildə məktəbə psixoloq təyin eilmiş(psixoloq vəzifəsinə diplom üzrə Təhsildə sosial-psixoloji xidmət ixtsasını bitirənlər qəbul edilir) və 12.11.2019 cu il tarixdən müəllim əmri olmadığı halda informatika (halbuki ixtsası riyaziyyatdır) dərslərini tədris etməsinə icazə verilmişdir və müəllim kollektiv içərisində mən Rəşad Əlizadəyə 5-min manat pul vermişəm dərs aparacam deyir. Şərur rayon 2 nömrəli tam orta məktəbin direktorunun qızı Əliyeva Günel Səid qızını Şərur 1 nöməli məktəbdən Şərur 2 nömrəli tam orta məktəbə dəyişdirilməsinə 5000 manat vəsait alıb, 2021-ci ildə yoxlama zamanı bu fakt yoxlama zamanı aşkar edildikdən sonra müəllim əvvəlki iş yerinə qaytarılıb direktor verdiyi vəsaiti tələb etdikdə səni işdən çıxardırdılar imkan vermədim onun qarşılığıdır deyərək qeyd olunan vəsaiti mənimsəyib. 02.03.2020 tarixdə Əliyeva Günay Dünyamalı qızı isə ingilis dili müəllimi kimi məktəbə təyinat alıb. Şərur rayon Xələc kənd tam orta məktəb üzrə vakant olan İbtidai sinif müəllim yerinə imtahandan kəsilən (38 bal ) Nəbiyeva Arzu Vüqar qızı, Qaytaranlı Ləman Hacan qızı, Məmmədova Leyla Kamal qızı isə Gümüşlü kənd tam orta məktəbinə imtahandankənar müəllim qəbul ediliblər". DAVAMI VAR... Açıqlanan faktlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |