Əsas Səhifə > Gündəm, Manşet > "Buta"-ya baxanda AZALA ŞÜKÜR...

"Buta"-ya baxanda AZALA ŞÜKÜR...


26-07-2022, 07:53
"Buta"-ya baxanda AZALA ŞÜKÜR...
DİA.AZ: - ""Buta Airways", "Azerbaijan Airlines" bu nədir belə?" DİA.AZ bildirir ki, bunu "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Sadıq Əlivedibəyli adlı istifadəçi qeyd edir.

"Buta"-ya baxanda AZALA ŞÜKÜR...

Daha sonra narzı vətəndaş yazır: "404.50 USD-yə Bakı-Ankara-Bakı (gediş-dönüş) reysi üçün öncədən bilet alınıb. Qidanı falan anladım... bu təyyarədə oturacaq seçimi niyə ödənişlidir?

Ön sırada daha geniş yer - 43.25 AZN, Kabinin ön sıralarında yer - 23.95 AZN, Adi yer - 8.65 AZN.

"Buta"-ya baxanda AZALA ŞÜKÜR...

Salonun ortasında bardaş qurub yerdə oturmaq olar? O pullu deyil ki? Problem deyil, evdən stul və ya taburetka da götürə bilərik. Səyavuş Aslan demişkən, sizdən adam olmayıb, olmayacaq da. Düzələn deyilsiz..."

Qeyd edək ki, öncədən ucuz düşsün deyə bilet alan və sonradan əlavə ödənişlərlə üz-üzə qalan vətəndaşın gileyini sosial şəbəkə istifadəçiləri geniş müzakirə ediblər. Nona Əhməd adlı istifadəçi də eyni şirkətdən narazılığını ifadə edib:

"Buta"-ya baxanda AZALA ŞÜKÜR...

""Buta" dəhşət bahalanıb, sayta girib baxanda hər dəfə əsəblərim pozulur... Onsuz da təyyarənin içi dar və oturacaqlar narahatdır. Gərəksiz yerə qiymətləri çıxarıblar dağın başına... Baqajsız biletlər belə od qiymətinədir. Və heç cür ölçü götürən yoxdur bu məsələ ilə bağlı...."

Məsələ ilə əlaqədar diaaz.space olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt