Əsas Səhifə > Gündəm, Manşet > Astara sakinləri icra başçısından yorulublar...

Astara sakinləri icra başçısından yorulublar...


27-01-2022, 11:33
Astara sakinləri icra başçısından yorulublar...
DİA.AZ: - Artıq 10 ildir ki, Astaraya rəhbərlik edən Qəzənfər Ağayev yerli sakinləri əməlli-başlı yorub. Bu barədə DİA.AZ-a müraciət edən astaralılar yazırlar.

Sakinlər bildirir ki, 2012-ci ilin 14 aprelindən, yəni Astaraya gəldiyi gündən rayonda əməlli-başlı gestapo rejimi yaradan Qəzənfər Ağayev elə bir şərait yaradıb ki, bu gün Astaradakı əksər gəlir-gətirən obyektlər ya onun özünə və yaxınlarına, ya da onunla əlaqədə olan adamlara aiddir.

DİA.AZ-a yazılanlar: "Rəsmi vəzifələri başa düşdük. İstədiyini istənilən yerə təyin edir. Bəs ticarət obyektləri, iri təsərrüfatlar niyə başçıya aid olmalıdır ki?

Bir ara icra başçılarını tuthatut dövrü idi. Sevindik ki, bizim rayonun da üzü güləcək. Amma bilirdik ki, Qəzənfər Ağayevə kimsə dəyə bilməz. Çünki onun arxası güclü adamdır. Birbaşa Şeyxlə işləyən adamdır..."

Astara sakinləri icra başçısından yorulublar...

Qeyd edək ki, Ağayev Qəzənfər Arif oğlu 2 noyabr 1961-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub.
1990-ci ildə Azərbaycan Texnologiya İnstitutunu, 2002-ci ildə Azərbaycan İqtisad Universitetini bitirib.
Əmək fəaliyyətinə 1980-cı ildə başlayıb. 1983-1986-cı illərdə Naxçıvan şəhərində Tikinti trestində, 1987-1990-cı illərdə Naxçıvan Şərab Emalı Zavodunda müxtəlif vəzifələrdə, 1994-cü ildən Bakı şəhərində "Xal-xal" kommersiya şirkətinin direktoru vəzifəsində işləyib.
2000-2005-ci illərdə Vergilər Nazirliyi sistemində işləyən Qəzənfər Ağayev 2005-2006-cı illərdə Yardımlı rayon İcra hakimiyyəti başçısının Sosial-iqtisadi məsələlər üzrə müavini, 24 mart 2006-ci ildən 29 sentyabr 2006-cı il tarixə kimi Yardımlı rayon İcra hakimiyyətinin başçısı, 2006-2012-ci illərdə Masallı rayon İcra hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Astara rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

***

Sakinlər DİA.AZ-a yazırlar ki, indi daha səbrləri qalmayıb: "Yorulmuşuq. Ümid edirik ki, cənab Prezident imkan verməz Qəzənfər Ağayevin Astara xanlığı 10 ildən artıq olsun. 14 apreldə onun təyinatının yubiley ildönümüdür. Bizim isə qara günümüz. Ümidimiz Prezidentdir".

İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt