Əsas Səhifə > Gündəm, Manşet > Məşğulluq mərkəzindən iş axtaran yaşlı qadına ABSURD CAVAB
Məşğulluq mərkəzindən iş axtaran yaşlı qadına ABSURD CAVAB25-02-2021, 09:54 |
62 yaşlı Maisə Quliyeva tənha xanımdır. Mingəçevirdə yataqxanada yaşayan və kimsəsi olmayan Maisə Quliyeva acınacaqlı şəraitdə məskunlaşsa da, əsas dərdinin bu olmadığını deyir. DİA.AZ xəbər verir ki, onun giley-güzarı təkcə sığındığı yataqxanadakı şəraitsizlikdən deyil, həm də işsizlikdəndir: “Nə ünvanlı sosial yardım, nə pensiya ala bilirəm, nə başqa bir yerdən gəlirim var, iş üçün də hansı qapını döyürəmsə, deyirlər, 62 yaşın var, əl-ayağını uzat, öl… Bu yaşda insanlara heş yerdə iş yoxdur. Gedirəm Məşğulluq Mərkəzinə, deyir: “Heç cavan yaşda adamlara iş yoxdur, sənə hardan iş tapaq?” Gedirəm hansısa kafenin, restoranın qapısını döyürəm, xahiş edirəm ki, məni qabyuyan kimi işə götürsünlər, deyirlər: “Bizə cavan işçi lazımdır, bura qocalar evi deyil…”” İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |