Əsas Səhifə > Gündəm, Manşet > "NBC Bank «Aqrolizinq» ASC-nin rəhbərliyi ilə əlbir olub pulumu mənimsəyiblər..."

"NBC Bank «Aqrolizinq» ASC-nin rəhbərliyi ilə əlbir olub pulumu mənimsəyiblər..."


22-02-2021, 08:35
"NBC Bank «Aqrolizinq» ASC-nin rəhbərliyi ilə əlbir olub pulumu mənimsəyiblər..."
DİA.AZ: - Ucar rayonu Məlikballı kənd sakini İbrahimov Eyvaz Əbülfət oğlu tərəfindən ölkə rəhbərliyinə şikayət ərizəsi ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Bu şikayətimdə yazıb Sizə məlum edirəm ki, NBC Bank «Aqrolizinq» ASC-nin rəhbərliyi ilə əlbir olub mənim pulumu mənimsəyiblər.Belə ki, Kənd Təsərrüfatı texnikasının lizinqlə almaq üçün 24 dekabr 2019-cu il tarixdə Bakı şəhərində "Aqrolizin" ASC-də oldum.Orada razılaşdım Traktor Belarus-892 markalı teknikanı lizinqlə almalı oldum.Buna görə NBC Lizinq MMC ilə Kənd Təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 27 dekabr 2019-cu il tarixdə 560 nömrəli müqavilə bağladıq.
Mənə verilən sənəd (müqavilə və etibarbanamə) əsasında 27 dekbar 2019-cu il tarixdə 10292 (on min iki yüz doxsan iki) manat pulu NBC Banka ödədim. Bundan sonra mənə dedilər ki, sənə zəng edəcəyik həmin vaxt gələrsən texnikanı götürərsən.Uzun müddət gözlətdikdən sonra 24 aprel 2020-ci il tarixdə məni çağırdılar açılan aylıq ödənişə əsasən 275 manat NBC Banka ödəniş etdim.Mənə bildirildi ki, 15 may 2020-ci il tarixdə texnika sənə veriləcək.
28 aprel 2020-ci il tarixdə mənə zəng edib bildirdilər ki, NBC Bank bağlanıldı.Buna görə sizə lizinq yolu ilə texnikanı vermək mümkün olmayacaq.Həttda NBC Bank mənə müqaviləyə görə texnikanın alınmasına dair açılmış qrafikə əsasən bir ayın pulunu 275 manat pul ödətdirib.Hansı ki, mənə tarktor hələ verilməyib.
27 dekabr 2019-cu il tarixdə 560 nömrəli müqaviləyə əsasən texnika mənə 20 gün müddətinə verilməli idi.Əvvəlcədən əlbir olmuş bir qrup vəzifəli şəxslərin mənə qarşı etdikləri bu qanunsuzluqlar korrupsiya cinayətidir ki, araşdırılıb onların barəsidnə qanuna müvafiq tədbirlər görülməlidir.
Aqrolizin ASC tərəfindən mənə bildirdilər ki, NBC Bank sən ödədiyin pulu bizə köçürməyib.Mənə bundan sonra məlum oldu ki, bir qrup vəzifəli şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edib məni aldadıb pulumu ələ keçiriblər. Bunun adı korrupsiya cinayətidir.
Hazırda isə ödədiyim 10567 manat özümə qaytarılmayıb nədə ki, texnika mənə verilməyib.
Etdiyim şikayətdən sonra 08 iyun 2020-ci il tarixdə məni "NBC Bank" ASC-nin Ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondundan çağırıb lizinq hesabına ödədiyim pulu təchizatçıya ödənilməsi xahişi ilə mənə ərizə yazdırdılar.
Bundan sonra mənə dedilər ki, pulun təchizatçıya ödənilməsi uzun proses çəkəcək.Mən ikinci qrup əliləm, ailəmizdə heç kəs işləmir.Lizinq yolu ilə almaq istədiyim texnikaya görə 27 dekabr 2019-cu il tarixdə bağladığım müqavilənin şərtlərinə tam əməl etmişəm, həttda bir aylıq ödənişdə etmişəm.
Xüsusi olaraq qeyd edim ki, 27 dekabr 2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən NBC Bank pulu 20 gün müddəti ərzində Aqroliznq ASC yə köçürməli idi.Ancaq bunu etməmiş yalnız 4 aydan sonra bank bağlanmışdır ki, indi bunun əsas göstərilməsi qanunsuzluqdur.
Bu cinayət əməlidir ki, NBC Bank Aqroliznq ASC ilə əlbir olub ediblər.Nəsimi rayon prokuroluğunda mənim şikayət ərizəm araşdırıldı rüşvət alıb qanunsuz olaraq cinayət işi başlamadılar.Əslində isə onıarın əməllərində cinayət tərkibi var.Bir qrup vəzifəli şəxslər dəldəuzluq, korrupsiya cinayəti törədib mənim pulumu ələ keçiriblər.
Sizdən xahiş edirəm şikayət ərizəmi araşdırıb müqaviləyə əsasən NBC Banka ödədiyim 10567 manat pulu tez bir zamanda təchizatçıya qayratılmasına köməklik göstərəsiniz, mənə qarşı cinayət etmiş NBC Bankın rəhbərliyi barədə qanunu tədbirlər görəsiniz.Əks təqdirdə mən intihar etsəm bunun məsuliyyəti NBC Bankın, Aqro Lizinqin rəhbərliyinin və Nəsimi rayon prokurorunun üzərinə düşəcək".

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt