Əsas Səhifə > Gündəm / Manşet > "Dedilər ki, ya dediyimizi eləyəcəksən, ya da burada cМ§ürüyəcəksən..."

"Dedilər ki, ya dediyimizi eləyəcəksən, ya da burada cМ§ürüyəcəksən..."


17-07-2020, 08:58
"Dedilər ki, ya dediyimizi eləyəcəksən, ya da burada cМ§ürüyəcəksən..."
Azərbaycanda kosmetika, parfümeriya mallarının satışıyla məşğul olan "Sabina" və "IМ‡deal" mağazalar şəbəkəsinin daxil olduğu "Adore Company" MMC-nin hesablarına həbs qoyulub. Bu barədə Xəzər Rayon Məhkəməsi qərar cМ§ıxarıb. Həbs qərarı şirkətin müxtəlif banklarda ("Paşa Bank", "Kapital Bank", "Unibank", "AFB Bank" və s.) olan hesablarını əhatə edir.

DİA.AZ xəbər verir ki, qərar "IМ‡deal" mağazalarının kecМ§miş sahibi, "IМ‡deal Company" MMC-nin təsiscМ§isi və kecМ§miş baş direktoru IМ‡lqar IМ‡smayılovun ərizəsi əsasında cМ§ıxarılıb. "IМ‡deal"ın zorla əlindən alındığını deyən IМ‡.IМ‡smayılov bununla əlaqədar "Adore Company"ə qarşı məhkəmədə iddia qaldırıb. IМ‡ddianın təmini tədbiri kimi də Öncədən şirkətin bank hesablarına həbs qoyulmasını istəyib. Məqsəd də budur ki, gələcəkdə məhkəmə bu cМ§əkişmədə onun xeyrinə qərar versə, tələb etdiyi məbləği qarşı tərəfdən ala bilsin. diaaz.space xəbər verir ki, məlumatı IМ‡.IМ‡smayılov da təsdiqləyib. Bildirib ki, ayrı-ayrılıqda beş məhkəmə iddiası qaldırıb, proseslər davam edir.

IМ‡şadamı "IМ‡deal"dakı payının əlindən alınmasında sucМ§ladığı "Premium Bank" (kecМ§miş "SilkWay Bank") rəhbərliyinə qarşı da iddia qaldırıb. Eyni zamanda, müxtəlif dÖvlət orqanlarına şikayət edib. Vergilər Nazirliyindən aldığı cavab məktubunda yazılıb ki, bankda yoxlamalar nəticəsində qanunsuzluq halları aşkarlanıb, uyğun tədbirlər gÖrülüb. Bu bankda adına 5 milyonluq saxta kredit müqaviləsi tərtib olunması haqda IМ‡.IМ‡smayılovun iddiasına gəlincə, işadamına bildirilib ki, bu, onlara aid məsələ deyil, məhkəməyə müraciət etsin: "Müraciətinizdə vergi orqanlarının səlahiyyətinə aid olmayan digər məsələlər barədə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada məhkəməyə müraciət edə bilərsiniz".

IМ‡.IМ‡smayılov 1999-cu ildə "IМ‡deal" mağazalar şəbəkəsini yaradıb, 2011-ci ilə qədər onun tək sahibi olub. IМ‡şadamının sÖzlərinə gÖrə, həmin ilin noyabrında "Premium Bank" rəhbərliyində təmsil olunan şəxslərin təklifi ilə 100 faizlik payının 50 faizini onlara satıb. IМ‡şadamı iddia edir ki, şirkətdəki qalan 50 faizlik payını satması ücМ§ün 2015-ci ildən təzyiqlərlə üzləşib. Bu üzdən daha 25 faizi təhvil verməli olub. Qalan 25 faizə gəlincə, işadamının iddiasına gÖrə, onu saxta ittihamla həbs edib, qalan payını da əlindən alıb buraxıblar:

"Adıma 5 milyonluq saxta kredit müqaviləsi rəsmiləşdirib, qalan payımı da aldılar. 2017-ci ilin sentyabrında Bankın Müşahidə şurasının sədri ElcМ§in Əhmədov vəkili ilə həbsxanaya gəldi, notarius dəvət elədilər. Mənə vəkilin adına etibarnamə imzalatdırdılar. Dedilər ki, "ya dediyimizi eləyəcəksən, ya da burada cМ§ürüyəcəksən, uşaqlarını düşün". Həmin etibarnamə əsasında mənim 25 faizlik payım da alqı-satqı yoluyla əlimdən aldılar. Dərhal ev dustaqlığına buraxıldım, ardınca cinayət işinə xitam verildi".

"Premium Bank"dan isə mediaya bildirilib ki, IМ‡.IМ‡smayılovun müxtəlif dÖvlət orqanlarına gÖndərdiyi şikayətlər araşdırılıb. Onun iddiaları təsdiqini tapmayıb. Bankdan onu da qeyd ediblər ki, 5 milyonluq kredit müqaviləsi gercМ§ək olub, IМ‡.IМ‡smayılovun həmin vəsaiti almadığı haqda sÖylədikləri həqiqətəuyğun deyil.

"IМ‡deal Company" MMC adını dəyişərək sonradan "Adore Company" MMC kimi dÖvlət qeydiyyatına aldırıb. şirkətin dÖvlət qeydiyyatında bununla bağlı dəyişiklik 10 yanvar 2020-ci ildə baş verib. Həmin ərəfədə şirkət "Sabina" mağazalar şəbəkəsini də alıb. Hər iki mağazalar şəbəkəsi hazırda "Adore Company" MMC-də birləşib. Rəsmi sənədlərə əsasən, "Adore Company"nin qanuni təmsilcМ§isi isə Samir Əliyevdir.

Geri qayıt