Əsas Səhifə > Gündəm / Ana xəbər > Azərbaycanda biabırçı brend oğurluğu:
Azərbaycanda biabırçı brend oğurluğu:10-07-2020, 17:13 |
![]() Azərbaycanın 30 illik tarixə malik “Naigin K Tovuz Baltiya” şirkəti rəqib kompaniyanın brend oğurluğuna məruz qalıb. Şirkətdən "BakuPost"a verilən məlumata gÖrə, Azərbaycanın, o cümlədən, bir sıra başqa Ölkələrin spirtli və alkoqolsuz icМ§ki bazarında müəyyən mÖvqeləri olan “Az Granata” MMC “Naigin K Tovuz Baltiya”ya məxsus “Tovuz” konyak brendini Öz məhsulu kimi Ukrayna və daxili bazarda satışa cМ§ıxarıb. Hazırda məşhur brend alıcılara məhz “Az Granata”nın məhsulu kimi təqdim olunur. “Naigin K Tovuz Baltiya” şirkətindən bildirlib ki, brend oğurluğuna əl atan “Az Granata” qanun qarşısında cavab verəcək: “HÖrmətli “Tovuz-Baltiya” məhsullarının keyfiyyətinə güvənən, inanan alıcılarımız. Partnyorlarmız, baxın, gÖrün! Öz məhsullarının keyfiyyətinə güvənə bilməyən şirkətlərdən biri, konkret olaraq, “Az Granata” bizə məxsus olan “Tovuz” brendini saxtalaşdıraraq, o ad altinda keyfiyyətsiz məhsullarını bazara cМ§ıxarıblar. Həmin saxta məhsulların üzərindəki loqo və yazıların hecМ§ biri bizim şirkətə aid deyil! Biz bu saxtakarlıqla bağlı aidiyyatı qurumlara məlumat verəcəyik. Hər kəs bilsin ki, “Tovuz-Baltiya” Öz keyfiyyətini cМ§oxdan təsdiq edib! Bu saxtakarlığa əl atanlar qanun qarşısında cavab verəcəklər!” “Az-Granata” MMC-nin ictimai işlər üzrə meneceri Ülvi Günəşli isə “BakuPost”a bildirib ki, səsləndirilən iddialarla razılaşmırlar. O bildirib ki, həmin məhsulun patentini Ukrayna dövlətindən Əlimxan Mahmudov adlı şəxs alıb. “Az-Granata” MMC-yə isə öz loqoları ilə “Tovuz” konyakı şüşələrinə məhsul süzüb Ukraynaya göndərməyi Ə.Mahmudov sifariş verib. “Naigin K Tovuz Baltiya” şirkətlər Qrupunun təsiscМ§isi və Baş direktoru Naiq Məmmədhəsənov isə bütün bunları “bÖyük rəzalət” adlandırıb: ""Tovuz Vino" şirkətinin səhmlərinin 50 faizi mənə, yəni “Tovuz” brendinin istesalcМ§ısına, digər 50 faizi isə Əlimxan Mahmudova məxsusdur. Hər kəs bilməlidir ki, məhsul harada istehsal olunursa, onun yeri və mənşəyi haqda bütün məlumatlar məhsulun üzərində qeyd olunmalıdır. Yəni hansısa şəhərdə istehsal olunan məhsul başqa bir şəhərin məhsulu kimi gÖstərilmir. Sadə dillə desək, Fransada yerləşən Konyak şəhəri də Tovuz və ya Ağsu kimi şəhərdir. Ona gÖrə də məhsulun üzərində istehsal edildiyi şəhərin adı yazılmalıdır. Konyak da Tovuz kimi bir əyalətdir. Eyni zamanda, Armanyak da, Kalvados da Ağsu kimi bir rayondur. O baxımdan, Konyakda istehsal olunan hər hansı brend məhsul Armanyakda da istehsal edilə bilməz. Eynilə də, Armanyakda buraxılan məhsulun Konyakda istehsalı mümkün deyil. Yəni hər bir regionun mənşə sertifikatına gÖrə məhsul buraxılır. Hansısa regionun adından sui-istifadə edərək, məhsul buraxmaq həmin şirkətin imicinə bÖyük zərbədir. Özünə hÖrmət edən şirkət hecМ§ vaxt başqa bir brendi Öz məhsulu kimi istehsal edib, bazara cМ§ıxarmaz. CМ§ünki Ağsu ənənəvi üzümcМ§ülük bÖlgəsi kimi tanınıb. Bu gün Ağsunun qədim üzümcМ§ülük ənənəsinə malik olan “Tovuz”un 30 ilə yaxın müddətdə reklam olunan adından istifadəsi acМ§ıq-aşkar spekulyasiya və alvercМ§ilik cəhdidir". N.Məmmədhəsənov bildirib ki, dünyanın hecМ§ bir yerində bu kimi cəhdlər qəbul edilmir: "Azərbaycanın Nazirlər Kabinetinin regionların spesifik məhsul istehsalı ilə bağlı qərarı var. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə fransalı iş adamlarının birgə, geniş tərkibli tədbiri də kecМ§irildi. Orada da qeyd olundu ki, hər bir regiona xas məhsulların məhz o bÖlgələrdə istehsal edilməsi məqsədəuyğundur. O baxımdan, konkret bir şirkətin hansısa brendin patentləşdirilməsindən asılı olmayaraq, bu və ya digər regionun məhsulunu Öz adından istehsal etməsi yumşaq desək, yaxşı qarşılanmır. Ona gÖrə də, vaxtilə Nazirlər Kabinetində, Kənd Təsərrüfatı, IМ‡qtisadiyyat və Vergilər nazirliklərində müvafiq iclaslar kecМ§irildi. Bu məsələyə dair mənim gÖndərdiyim xüsusi məktub da var. Təsəvvür edin ki, bizim “Tovuz” brendinə xas eyni butılka, eyni loqo, eyni qrafika və dizaynda, sadəcə, bizim loqonun əvəzinə Öz loqolarını yerləşdirməklə, guya “məhsul” istehsal ediblər. Bu qədər zavodu, məhsulu, brendi, Özünə gÖrə ad-sanı olan bir şirkət belə bir oğurluğa əl atırsa, ona sadəcə, “ayıb olsun!” demək qalır. Yenə deyirəm, “Tovuz Vino”nun səhmlərinin 50 faizi mənə, 50 faizi də Əlimxana məxsusdur. Bu barədə nəsə deməyə onun ixtiyarı yoxdur. Bir daha bildirirəm ki, onları məhkəməyə verəcəyik və brendimizi saxtalaşdırdıqları ücМ§ün təzminat Ödəmələrinə nail olacağıq. Onların bu əməli həqiqətən də, rəzalətdən başqa bir şey deyil. Brenddən istifadə zamanı hecМ§ olmasa, dizaynı müəyyən qədər dəyişdirməyə də ehtiyac gÖrməyiblər. Yaxşı, mən də durub o şirkətin məhsulları olan “Xürrəmilər” və ya “Ağsu” arağı istehsal etsəm, buna nə münasibət olar? Bununla Özümü gülüş hədəfinə cМ§evirmiş olaram, hər kəs mənə gülər… IМ‡nanın ki, belə bir iş tutsam, intihar edərəm. Mənim Özümə gÖrə adım, nüfuzum var. Pula gÖrə Özlərini biabır edənlərə ayıb olsun! Belə bacarıqlısınızsa, gedin, başqa Ölkələrin bazarlarına cМ§ıxın. Niyə bizim brendin kÖlgəsinə sığınırsınız? GÖrün, bu cür adamlar o şirkətin adını necə biabır edirlər. CМ§ox ayıb olsun!” ![]() Geri qayıt |