Əsas Səhifə > Gündəm, Manşet > DSMF dövlətin əlillərə ayırdığı vəsaiti mənimsəyir...
DSMF dövlətin əlillərə ayırdığı vəsaiti mənimsəyir...25-03-2020, 14:08 |
DİA.AZ: - "BMT konvensiyası, yerli qanunvericilik əlillər barəsində ayrı-seçkiliyi qadağan etsə də, toplumsal, iqtisadi, siyasi, sosial yaşamın bütün sahələrində sözügedən kateqoriyadan olan insanların heç bir hüququ tanınmır. Son çağların koronavirus epidemiyası onsuz da “evdə qalan” əlilləri ac qoymaq təhlükəsində qoyub. Axı, evdə qalmaqla yaşam üçün gərəkli qidalar qəbul edilməlidir ki, sağ qala biləsən". Bu barədə DİA.AZ-a daxil olan məqalədə deyilir. Məqalədə daha sonra bildirilir: "Aztəminatlı əlillərin göz dikdikləri aylıq 130-200 manat arası pul təminatı da Novruz bayramına kimi yeyilib, üstündən də su içilib , oda atılıb , yelə verilib və torpağa basdırılıb. Əlil müavinətinin , demək olar , hamısı kommunal xidmətlərin qarşılanmasına xərclənir. Özü də əlillərə tətbiq edilməsi qadağan edilməli olan limit bu insanları çıxılmaz duruma salıb. Gerçəkdə əlillərə müəyyən ödənişsiz limit tətbiq edilməsinə baxılmalıdır. Əlillərin sosial müdafiəsinə cavabdeh olan ƏƏSMN yanında DSMF-in sosial təminat xidmətçiləri isə dövlətin əlillərə ayırdığı vəsaiti mənimsəməklə məşğuldur. Sözügedən xidmətin əlillərin mənzil -məişət problemlərini alver predmetinə çevirmələri gündəmdə qalmaqda davam edir. ƏƏSMN, yanındakı DSMF əlillərin sosial müdafiəsi sahəsində tədbirlər görməkdənsə, dövlətin və onun başçısının bu sahə ilə bağlı hüquqi aktlarını öz ciblərinə uyğunlaşdırıb, müavinətləri yemək yolunu seçiblər. Azərbaycan Respublikası Prezidentininin 26 dekabr 2001 -ci il tarixli 613 saylı “ Kommunal , nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında “ Fərmanı ilə Qarabağ əlilləri və onlara bərabər tutulanlara 2002-ci ildən ayrılan 26 manatlıq ( digər əlillərə 4-6 manat ) , Prezidentin 29 dekabr 2000-ci tarixli 597 saylı “ Əlil olmuş və digər kateqoriyalardan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında “ Sərəncamı ilə Qarabağ və 20 Yanvar əlillərinə 2001-ci ildən ayrılan 10-14 manatlıq aylıq müavinət nəinki bu 18-19 ildə indeksasiya olunub, əksinə, yerli-dibli verilməyib. Hətta “Əmək pensiyaları haqqında” qanunun 19.1.4 maddəsinə əsasən 1-ci dərəcəli əlillərə qulluq üçün pensiyalarına əlavə olunmalı olan cüzi 10-11 manatlıq aylıq əlavə də hesablanmayıb. Onu da vurğulayaq ki, 01.04.2019-cu il tarixində bu maddə ləğv olunub və aylıq 50 manata qaldırılmaqla 1-ci dərəcəli əlilə qulluq edənə Prezident təqaüdü kimi verilir. Sual doğur, bəs ötən ilin aprelinədək DSMF-in sosial təminat xidmətçilərinin yediyi “əlilə qulluq” pulu niyə ödənilmir? Özü də Konstitusiyanın 149-cu maddəsinin VII bəndinə görə, vətəndaşların hüquqi vəziyyətini yaxşılaşdıran qanunların geriyə qüvvəsi olduğundan, 1-ci dərəcəli əlillərə qulluq üçün verilməyən müavinətin aylıq 50 manat hesabı ilə ödənilməsi həyata keçirilməlidir. Gerçək isə budur ki , əlillər kommunal xidmət haqlarının “limit hücumu” qarşısında sosial müdafiədən, qulluqdan, təminatdan, xidmətdən də məhrumdurlar. Bir yandan da bu sosial bəla -virus epidemiyası!" diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |