Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Əsabil Qasımovdan yeni un fırıldağı...
Əsabil Qasımovdan yeni un fırıldağı...20-01-2016, 13:15 |
DİA.AZ: - “Azərbaycanda unun qiyməti minimum 1 il müddətində qalxmayacaq”. Xatırladaq ki, dünən bu açıqlamanı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, ölkədəki ən böyük un istehsal edən şirkətlərdən birinin - “Karat Holdinq” MMC-nin sahibi Əsabil Qasımovla verib. Qeyd edək ki, Əsabil Qasımov ölkədə unun qiymətini süni şəkildə bahalaşdırmaqda ittiham olunurdu. Hətta deputat həmkarı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Əsabil Qasımovu açıq-aşkar ittiham hədəfinə də şevirmişdi. Xatırladaq ki, əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən (ƏDV) azad olunub. Amma belə bir qərarın olması da Əsabil Qasımovu durdurmayıb və deputatın unun qiymətini qaldırmayacağı ilə bağlı dedikləri də yalan imiş. Bunu DİA.AZ-a müraciət edən sadə vətəndaşlar bildirib. Onların sözlərinə görə, hazırda deputatın satışa 50 kiloluq çəki adı altında satışa çıxardığı un kisələrinin real çəkisi 43-44 kiloqrama bərabərdir. Narazı vətəndaşlar diaaz.space-a bildirir: "Bu da o deməkdir ki, un kisələrini yüngülləşdirən deputat elə yenə də qiyməti qaldırmış olub". İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına görə, hazırda daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb. Amma görünəni odur ki, vətəndaşlar nazirliyin göstərdiyi qiymətə 50 kilo yox, ən yaxşı halda 44 kilo un alırlar... Geri qayıt |