Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Arzu Rəhimov indi hara göndərilir?
Arzu Rəhimov indi hara göndərilir?8-01-2016, 11:41 |
DİA.AZ: - Dövlət Sərhəd Xidmətindən Dövlət Miqrasiya Komitəsinin rəhbərliyinə, ondan sonra isə hazırki postuna - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə transfer olunan general-leytenant Arzu Rəhimov yenidən başqa bir ünvana təyinat ala bilər. Bu barədə DİA.AZ-a hökumətdəki məlumatlı mənbələr informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, əslində "MTN işi" qalmaqalı bir sıra rəhbər vəzifəli şəxslərlə bağlı planlaşdırılan qərarların ertələnməsinə nədən olub ki, onların sırasında Arzu Rəhimov da var. Mənbənin diaaz.space-a söylədikləri: "Arzu Rəhimov, Ziya Məmmədov, Nazim İbrahimov və daha bir neçə vəzifəli şəxslə bağlı çoxdan planlaşdırılan qərarlar var. Səs-küylü "MTN işi" qalmaqalı bir növ bu prosesin ertələnməsinə gətirib çıxardı. Amma hazırda "nisbi sakitlik" hesab oluna bilər. Və hökumət həmin dəyişikliklərin icrasına start vermək üzərədir". Mənbə bildirir ki, Arzu Rəhimov bu dəfə də yeni vəzifə ilə "mükafatlandırılacaq": "Görünür, ondan tam imtina olunmur və yaxud da himayədarları onu sona qədər qorumaq fikrindədir. Hələlik konkretləşməsə də, Rəhimovun nazirliklərin birinə idarə rəisi təyin olunması gözlənilir". Əlavə bilgilərimiz olacaq. Bizi izləyin... Geri qayıt |