Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Ləğvi planlaşdırılan DSMF-nin səlahiyyətləri bölüşdürüləcək...
Ləğvi planlaşdırılan DSMF-nin səlahiyyətləri bölüşdürüləcək...10-12-2015, 11:44 |
DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, gözlənilən növbəti striktir islahatları çərçivəsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ləğv edilməsi də planlaşdırılır. Artıq belə bir qərarın verildiyini vurğulamaqla yanşı bildirmişdik ki, bununla əlaqədar DSMF rəhbərliyi müvafiq qaydada məlumatlandırılıb. DİA.AZ-a daxil olan son informasiyada isə vurğulanır ki, DSMF-nin ləğv edilərək Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə birləşdirilməsi işi son günlərdə daha da sürətləbdirilib. Mənbənin söylədikləri: "Qurumun əsas səlahiyyətləri ƏƏSMN-yə verilsə də, bəzi səlahiyyətləri "ASAN-Xidmət"ə veriləcək. Bu sahədə müvafiq prosedurlara tədarük görülür. "ASAN-Xidmət"in də sistemi yeni səlahiyyətlərə uyğunlaşdırılır ki, DSMF-nin ləğvinin ardından hansısa böhran xarakterli problem yaşanmasın". Mənbəə diaaz.space-a açıqlamasında onu da bildirib ki, DSMF-nin ləğvindən sonra yüzlərlə məmur işsiz qalsa da, qurumun hazırki rəhbərliyinə aid bir neçə simaya ƏSSMN-də vəzifənin veriləcəyi də şübhəsizdir: "Çünki onlar indinin özündə də elə keçmiş DSMF sədri, hazırki ƏƏSMN şefi Səlim Müslümovun "adamları" hesab olunurlar". Əlavə bilgilərimiz olacaq... Geri qayıt |